26 yaşlı Rasim Orucov mismardan asılmış vəziyyətdə tapılıb
Quba rayonunda yerləşən avtoyuma məntəqəsində meyit aşkarlanıb. Quba Rayon Prokurorluğunun müstəntiqi Elvin Nəbizadənin verdiyi məlumata görə, Quba rayonu, IIi Nüqədi kənd sakini, 1987-ci il təvəllüdlü Orucov Rasim Ramiz oğlu işlədiyi avtoyuma məntəqəsində mismardan asılmış vəziyyətdə tapılıb.
E. Nəbizadənin sözlərinə görə, hadisənin hansı zəmində baş verdiyi hələlik istintaqa məlum deyil. Hazırda faktla bağlı Quba Rayon Prokurorluğunda özünə qəsd maddəsilə cinayət işi açılıb. Araşdırma davam etdirilir.
Xatırladaq ki, R. Orucov iki gündür polislər tərəfindən axtarılırdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?