GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səfir Hidayət Orucovla diaspor rəhbəri arasında kəskin qalmaqal

Səfir Hidayət Orucovla diaspor rəhbəri arasında kəskin qalmaqal

Tarix: 17-03-2015, 00:10 Bölmə :Manşet Baxış: 0
Səfir Hidayət Orucovla diaspor rəhbəri arasında kəskin qalmaqal


Hidayət Orucov diaspor təşkilatının sədri ilə torpaq davası edir, işə təhlükəsizlik orqanları qarışıb

Azərbaycanın Qırğızıstandakı hazırkı səfiri, keçmiş komitə sədri və Prezident Administrasiyasında müşavir vəzifəsində işləmiş Hidayət Orucov sözügedən ölkədə xoşagəlməz qalmaqala imza atıb. O, Bişkəkdəki Türk dilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti, Qırğıstanın hazırkı baş prokurorunun tələbə yoldaşı Nüsrət Məmmədovla Heydər Əliyev adına parkın ərazi ilə bağlı «savaş»a çıxıb. Məsələ burasındadır ki, səfirin soydaşımızla davasının kökündə siyasi maraqlardan daha çox, korporativ maraqların dayandığı da iddia olunur.

Hidayət Orucovun notası XİN-lə razılaşdırılıbmı?

Bu barədə “Gündəm Xəbər”ə daxil olan materiallarda Nüsrət Məmmədovun Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovla yanaşı, baş nazir Artur Rəsizadəninin birinci müavini Yaqub Eyyubovun park ərazisi ilə bağlı “oyunları”nın arxasında gizlənən səbəblərlə yanaşı, digər maraqlı məqamlara toxunulub.

Materialda fond sədri bildirir ki, vəziyyət o həddə çatıb ki, səfir ümummilli məsələləri br kənara qoyaraq soydaşımız haqda sözügedən ölkənin Milli Təhlükəsizlik Nazirliyinə rəsmi şikayət edib. Bu azmış kimi, Hidayət Orucov səfir vəzifəsinin verdiyi üstünlükdən yararlanaraq, Bişkek hökumətinə nota verməkdən də çəkinməyib. Onun bu notasının Azərbaycanın Xarici İşlər Nazirliyi ilə razılaşdırılıb, razılaşdırılmadığı da hələ ki sirr pərdəsi olaraq qalır. Amma güman olur ki, Xarici İşlər Nazirliyimizin Hidayət Orucovun şəxsi maraqlarının ifadəsi olan torpaq savaşından xəbərli deyil. Olsa belə, XİN-nin belə «ucuz məsələ»lər üzündən notaya ehtiyac duyulmasına razılıq verməsinin nazirliyin funksiyalarına daban-dabana zidd məsələ olduğunu əminliklə söyləmək yetər.

Fond sədri «KQB»yə niyə çağrılıb?

Fond sədri yazır ki, Hidayət Orucov tamamilə əsassız şəkildə torpaq davasını az qala özünün və Azərbaycan dövlətinin ən vacib və ümummilli problemi - Qarabağ problemi kimi qabardıb. Görün, səfirimiz soydaşımız haqda nələrə əl atıb:

“Mən, Bişkəkdəki Türk dilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinə çağrılmışam. 2 saata yaxın DMTK-da dindirilmişəm. Mənim DMTK-ya çağrılmağıma səbəb Azərbaycanın həmin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun bu quruma yazdığı şikayət ərizəsi əsasında baş tutub.

Belə ki, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov vəzifə səlahiyyətlərini icra etməyə başladığı ilk gündən fondun fəaliyyətinə maneələr yaratmağa çalışır. Səfir Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun keçirdiyi tədbirlərdə iştirak etsə də, qurumun uğurlarına qısqanclıqla yanaşır. O, bütün görüşlərində Fondu aşağılamağa çalışır, hər kəsi bizimlə əlaqə qurmamağa çağırır».

Səfir niyə Heydər Əliyevin adını daşıyacaq torpaq sahəsini niyə istəyir?

Fond sədri yazır ki, səfir onun aldığı torpaq sahəsini ələ keçirmək üçün müxtəlif oyunlara və variantlara əl atıb: «Hidayət Orucov ulu öndər Heydər Əliyev adını daşıyacaq parkın salınması üçün Fondun aldığı torpaq sahəsinə sahiblik etmək istəyir. Hər kəsdə parkın salınmasında mənim şəxsi marağımın olduğu fikrini formalaşdırır. Mən parkın salınması və abadlaşdırılması məsələsini öz üzərimə götürdüyüm halda hansı şəxsi maraqdan söz gedə bilər?

Görüşdüyümüz zaman hətta Hidayət Orucovdan ona yaxın hər hansı bir adamın Fonda təhkim olunmasını və birgə işləməyimizi təklif etdim ki, arada olan xoşagəlməz söz söhbətlər aradan qaldırılsın. O isə mənim həmin təklifimi başqa cür yozaraq rəsmi qurumları parkın salınmasında şəxsi maraqlarımın olduğuna inandırmağa çalışır. Axı, mən, şəxsən maliyyələşdirdiyim bir işdə nə maraq güdə bilərəm?

Onu da qeyd edim ki, Hidayət Orucov bu işdə tək deyil. Ona dəstək verənlər arasında Azərbaycanın rəsmi dairələrindən olan yüksək vəzifəli məmurlar da var. Onların əsas məkrli planı Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyən xaricdəki diaspor təşkilatlarını məhv edərək prezidentin mövqeyini zəiflətməkdir. Ulu Öndər Heydər Əliyevin irsinin, İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti öz vəsaiti

hesabına təbliğ edən, şəxsi maliyyə imkanları hesabına ulu öndərin adını daşıyacaq park salmaq istəyən bir insanın nə marağı ola bilər? Belə dezinformasiyalarla Fondu aşağılamağa çalışan Hidayət Orucovun fikri, əslində, aydındır. Bu yersiz ittihamlar səfirə yaraşmayan və Azərbaycanı aşağılayan bir hərəkət, eyni zamanda cənab prezidentimizin seçkiqabağı imicinə xələl gətirməkdir. Buna başqa ad verə bilmirəm - görünən kəndə nə bələdçi. Hər şey gün kimi aydındır. “Hörmətli” səfirimizin başqa nə marağı ola bilər? Ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar Bişkəkdə 29 kitabxanada eyni vaxtda sərgi keçirmişik. 29 kitabxanaya uu öndərimiz Heydər Əliyev və İlham Əliyevin apardığı uğurlu xarici və daxili səyasəti özündə əks etdirən kitablar hədiyyə etmişik. Neçə illərdir xalqımızın ləyaqətli oğullarını Orta Asiyada tanıtmaq üçün çox işlər görmüşük. Bir sözlə, bu yolda can-başla xidmət edirik. Buna dəyər vermək əvəzinə səfir Qırğıızstan Dövlət Milli Təhlükəsizlik Komitəsinə məndən şikayət edir. Əhsən vallah, belə qardaşlığa, belə millətçiliyə, belə vətənpərvərliyə!

Hidayət Orucovla baş nazirin müavinini hansı maraqlar birləşdirir?

Daha sonra N.Məmmədov yazır: «Mənim dəfələrlə cənab prezidentimizlə, akademik Ramiz Mehdiyevlə görüşüm olub. Onlar Fondun gördüyü işləri yüksək qiymətləndiriblər. Amma çox təəssüf ki, səfir H.Orucov öz şəxsi mənafeyini üstün tutaraq məni və rəhbərlik etdiyim qurumu ittiham edir. O, öz üstündəki çamuru atsa da, o çamur mənə yapışmaz. Mən kiminsə vəsaiti ilə yox, öz vəsaitimlə tədbirlər keçirir, kitablar nəşr etdirib yayıram. Hər hansı qurumun pulunu mənimsəmək üçün müxtəlif saxta sənədlər toplamıram. Mən hesabatı ancaq özümdən özümə verirəm.

Mənim DMTK-ə çağrılmağıma gəlincə, buna səbəb öz hüquqlarımı qorumaq istəyərkən park üçün torpaq sahəsinin əlimdən alınmasına etiraz olaraq bəzi sözlər işlətmişəm. Belə ki, Yaqub Eyyubov Qırğızıstan Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri olaraq 29-30 aprel 2012-ci ildə Bişkəkdə olub. Həmin il aprelin 6-da artıq park üçün torpaq sahəsi Fondun ərizəsi və maliyyə dəstəyi ilə ayrılmışdı. Qırğızıstan Azərbaycan hökumətlərarası komissiyanın protokolunda Bişkəkdə Heydər Əliyev adına Parkın salınması öz əksini tapmışdır. Amma Yaqub Eyyubov Azərbaycanın rəsmi qurumlarına məruzə edir ki, park üçün

torpaq sahəsini o, həll edib. Qırğızstan tərəfinin həmsədri ilə görüşü zamanı “Hansısa bir fondun lazım olmadığını” bildirib. Bu, Qarabağa iddialı ermənilərin Azərbaycana qarşı işlətdikləri taktikaya bənzəmirmi? DMTK-də izahat verərkən hüquqlarımın bərpa olunanadək qanun çərçivəsində mübarizə aparmaqda davam edəcəyəm. Dinc mitinqlərin keçirilməsi üçün Bişkək şəhər rəsmi qurumlarına müraciət edəcəm. Mitinq zamanı təkcə Yaqub Eyyubovun yox, həm də Azərbaycanın Qırğızstandakı səfiri, Yaqub Eyyubovun züy tutanı Hidayət Orucovun da portretlərini etiraz olaraq yandıracağam».

Təşkilat sədri səfir və Yaqub Eyyubovdan məhkəməyə şikayət edib

Fond sədri bildirir ki, hazırda hüquqlarımın bərpası üçün məhkəməyə müraciət edib: «Azərbaycanın Qırğızstandakı səfirliyi prosesdə tərəf olmadığı halda, Qırğıstan dövlətinə növbəti notanı verib. Hidayət Orucovun mənə qarşı nota verməkdən başqa bir işi yoxdur? Hidayət Orucov kimi adamlarımız olan yerdə, vallah, bizə düşmən lazım deyil. Məhkəmənin ilkin qərarında mənim tələbim təmin edilməsə də, park üçün torpaq sahəsinin bizim müraciətimiz nəticəsində ayrıldığı qeyd olunur. Bundan başqa, Bişkək şəhər meriyası da iddiaya yazdığı təkzibində park üçün torpaq sahəsinin bizim müraciətimiz əsasında ayrıldığını etiraf edir. Bişkək şəhəri Munisipial Mülkiyyət İdarəsi də analoji fikri bildirir. Amma çox təəssüflər olsun ki, Hidayət Orucovun verdiyi notaya cavab olaraq məhkəmə “Çar Solomon”un qərarını verir. İndi qarşımızda apelyasiya və beynəlxalq məhkəmələrə çıxmaq durur».

«Hidayət Orucovun maskasını yırtacam»

Daha sonra təşkilat sədri səfirin ona hədə-qorxu gəldiyini deyir: «Hidayət Orucov mənə hədə-qorxu gəlir. Ətrafımı seyrəltməyə çalışır, Azərbaycanda çox yüksək təbəqələrdə əlaqələrinin olduğunu deyir və mənim başıma olmayan oyunlar açacağını vurğulayır. “Sifarişçi” Röya Osmanova ittihamlarına cavab olaraq demək istəyirəm ki, get dərslərini oxu. Çox gözəl bilirəm ki, Hidayət Orucovun mənə qarşı sifarişini yerinə yetirirsən. Digər “sifarişçi” Əsəs Həsənov mediaya açıq müraciət

edərək mənə şər-böhtan atır. Hətta diplomumun saxta olduğunu deyir. Bu ittihama bir cümlə ilə cavab vermək istərdim: Qırğızstanın hazırkı baş prokuroru Aida Salyanova ilə tələbə yoldaşı olmuşam!

Sonda əlavə edim ki, rəsmi dəvətim olduğu halda Hidayət Orucov Türkdilli dövlətlərin diaspor rəhbərlərinin birinci qurultayından məni çıxartdırdı. Qırğızıstanın DMTN-ə məndən şikayət yazdı. Onun hədələrinə görə xarici dövlətlərdən siyasi sığınacaq istəməyə qərar vermişəm. Təhlükəsizliyim təmin olunduqdan sonra yenə də mübarizəmi davam elətdirərək Hidayət Orucovun üzündəki maskanı yırtacaq və onun əsl üzünü xalqa göstərəcəyəm. Mən bundan sonra da cənab prezidentimiz İlham Əliyevin apardığı bütün işlərə dəstək verəcəyəm”.

Məsələ ilə bağlı səfirin və baş nazirin müavinini mövqeyini öyrənmək mümkün olmayıb. Amma onları da dinləməyə hazırıq.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Adil Əliyevin “Heydər Əliyev kuboku” yalanı ifşa olundu

    Adil Əliyevin “Heydər Əliyev kuboku” yalanı ifşa ...

    13-05-2014, 10:30

  • 
  • Azərbaycan yığması cüdo üzrə dünya çempionatında ilk medalını təmin edib - YENİLƏNİB

    Azərbaycan yığması cüdo üzrə dünya çempionatında ...

    27-08-2019, 12:00

  • 
  • Nazir Sahil Babayev özünə iki yeni müşavir təyin edib

    Nazir Sahil Babayev özünə iki yeni müşavir təyin ...

    27-09-2018, 20:34

  • 
  • 100 milyon mənimsəməkdə ittiham olunurdu, AZADLIĞA BURAXILDI – Cahangir Hacıyevin bacanağı haqda GÖZLƏNİLMƏZ QƏRAR

    100 milyon mənimsəməkdə ittiham olunurdu, ...

    1-10-2019, 12:12

  • 
  • “Bakı Metropoliteni”nə sədr müavinləri təyin olunub

    “Bakı Metropoliteni”nə sədr müavinləri təyin ...

    24-07-2014, 17:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu