8 Mart Beynəlxalq Qadınlar günündən bir neçə gün ötsə də, paytaxt məktəblərində hələ də bu bayramda yığılan pullarla bağlı müzakirələr davam edir.
«Gündəm Xəbər»ə şikayət edən valideynlərdən biri deyib ki, Nərimanov rayonu 37 saylı orta məktəbdə də 8 Martla əlaqədar olaraq pul yığılıb: «Pulyığma kampaniyası fərdi qaydada olmadı. Yəni bu məsələni şagirdlərin və ya valideynlərin öhdəsinə ssərbəst şəkildə buraxmadılar. Bütün məktəbboyu hər şagirddən ən azı 20 manatdan pul yığıldı. Düzdür, elə valideynləlr vardı ki, onlar fərdi şəkildə bundan əlavə 50-100 manat da özləri istədikləri müəllimlərə «paket» verdilər. Elə bəzi müəllimləri də bu varlı və iddialı valideynlərin ikrah doğuran əməlləri belə qanunsuzluqlara həvəsləndirir».
Şikayətçi deyir ki, bu qanunqsuzlluğa səslərini də çıxara bilmirlər: «Çünki həmin dəqiqədən başlayaraq, uşaqlara psixoloji təsir göstərməyə başlayırlar. Şübhəsiz ki, bütün bunlardan nazir Mikayıl Cabbarovun xəbəri var. Çünki bu hal təkcə 37 saylı orta məktəbdə yaşanmayıb. Demək olar ki, bütütn məktəblərdə belə biabırçı hallar baş verib».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?