GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 102 saylı məktəbdə illərlə bitməyən rüşvət rüzgarı

102 saylı məktəbdə illərlə bitməyən rüşvət rüzgarı

Tarix: 22-11-2016, 02:11 Bölmə :Ölkə Baxış: 715
102 saylı məktəbdə illərlə bitməyən rüşvət rüzgarı

Artıq dəfələrlə qeyd olunduğu kimi bu gün ölkənin təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Halbuki, bu istiqamətdə görülən tədbirlər artıq çoxdan Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çıxarmalı idi. Xüsusi olaraq qeyd olunmalıdır ki, Təhsil naziri cənab Mikayıl Cabbarovun da bu sahədə mühitin sağlamlaşdırılmasına yönəldilmiş səyləri təqdirə layiqdir. Lakin müəyyən subyektiv səbəblər bu mütərəqqi prosesləri hələ də ləngitməkdə davam edir. Biz dəfələrlə öz yazılarımızda belə fikri vurğulamışıq ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır.
Lakin təəssüflər olsun ki, bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir. Bununla bağlı apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə bu yönümdə xüsusilə seçilən tədris müəssisələrindən biri də Bakının Binəqədi rayonu, Naxçıvani küçəsində Mirzə Xosrov Axundzadə adına 102 saylı orta məktəbdir. Həmin məlumatlarda bildirilir ki, Binəqədi rayonu 102 saylı məktəbdə hər ay valideynlərdən “qapıçı pulu” adı altında 2 manat, “fond pulu” üçün 5 manat pul tələb edilir: “Bundan başqa, bayramlarda, müəllimlərin ad günündə əlavə pul yığılır. “Qapıçı” və “fond” pulu məcburi olsa da, müəllimlərə hədiyyə pulu könüllüdür. Bu məsələdə “kimin nəyə gücü çatırsa” prinsipi əsas götürülür. Həmçinin, ibtidai siniflərdə rus dili tədris olunmadığından əlavə kurslar təşkil edilib. Bu kurslarda aylıq ödəniş 15 manatdır. Kursda iştirak da məcburi deyil. Bu barədə övladları adıçəkilən məktəbdə təhsil alan valideynlər məlumat verib. Onlar iddia edir ki, qapıçı və fond pulu hər uşağa görə alınır”.
Onu da bildirək ki, valideynlərin müraciəti ilə bağlı məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Mailə İsmayılova iddiaların bəzisi ilə razılaşdı, bir qisminin isə yalan olduğunu dedi: “Düzdür, məktəbdə mühafizə üçün hər şagirddən 1 manat toplanır. Ancaq bu məcburi deyil, könüllüdür. Təhlükəsizlik məqsədilə mühafizə şirkətlərinin biri ilə müqavilə imzalamışıq. Məktəb icması tərəfindən hər ay həmin mühafizəçinin əmək haqqını ödəmək üçün vəsait toplanır.(bizimdovr)Mühafizəçiyə ayda 300 manat veririk. Təhsil Nazirliyi tərəfindən mühafizəçi üçün vəsait ayrılmır. Mühafizəçinin olması məktəbin təşəbbüsü idi, valideynlər də təhlükəsizlik baxımdan bunu dəstəkləyiblər”. Fond pulu yığılmasına gəldikdə, M.İsmayılova bunun mümkün olmadığını deyib: “Fond pulu illərdir ləğv edilib. Lakin siniflərin özünü fondu var. Bu barədə eşitmişdim. Hansısa əlavə vəsaitlər almaq üçün məktəb icması və valideyn komissiyaları tərəfindən sinif fondu yaradıla bilər. Lakin məktəbin ümumi fondu yoxdur və bunun üçün də heç bir valideyndən 1 manat tələb edilə bilməz”. M.İsmayılova vurğulayıb ki, ümumiyətlə, valideynlərdən qapıçı pulundan başqa 1 manat belə alınması mümkün deyil. Direktor məktəbdə ödənişli kurs açılmasını isə təsdiqlədi: “Məktəbdə ibtidai siniflərdə rus dilinin tədrisi valideynlərin təşəbbüsü idi. Lakin bu fənn ibtidai sinifdə yalnız pilot məktəblərdə keçirilir. Bizim məktəbdə dərslər iki növbəlidir və rus dilinin keçilməsi üçün əlavə otaq yoxdur. Ona görə də rus dilinin ibtidai sinifdə tədrisini aparmağımız mümkün deyil. Sadəcə “Sağlam Həyat” Cəmiyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi və məktəbimizlə müqavilə imzalayıblar. Onlar məktəbdə rəqs, müxtəlif idman növləri, ingilis və rus dili qrupları təşkil edəcəklər. Bunun məktəbə heç bir aidiyyatı yoxdur. Tədrisi də həmin cəmiyyətin müəllimləri həyata keçirəcək. Onlar məktəbdə otaqları kirayələyir, ödənişli dərslər keçirlər. Bizim məktəbdə belə kursların açılması üçün bir neçə gün əvvəl müqavilə imzalamışıq. Lakin kurslarda ödənişdən xəbərsizəm”.
Adıçəkilən məktəblə bağlı “Gündəm Xəbər”olaraq mediada yer alan məlumatları araşdırarkən digər məqamlara da rast gəldik. Məsələn, hələ bir neçə il öncə bu məktəbdə şagirdlərdən 20 manat pul yığılması haqda məlumat yayılmışdı. Belə ki, bu barədə ANS PRESS-in qaynar xəttinə məktəbin 9-cu sinif şagirdləri şikayət etmişdi. Pul yığımının səbəbinin açıqlanmadığını bildirən şagirdlər dəfələrlə belə hallarla rastlaşdıqlarını söyləyiblər: “Deyirlər 20 manat pul gətir, səbəbini də açıqlamırlar. Pul verməyəndə də başlayırlar adamı sıxmağa”, söyləyən şagirdlərdən biri artıq təngə gəldiyini bildirdi. Bununla da bitmir. Belə ki, araşdırma zamanı maraqlı bir görüntüylə rastlaşdıq. Bu görüntülərdə dərs prosesi zamanı məktəbdə təmir işlərinin aparıldığı öz əksini tapıb. Qarşı tərəfin də bütün bu məlumatlarla bağlı mövqeyini ifadə etmək hüququnu tanıyaraq .

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məktəb direktorlarının yeni “pul yığımı” üsulu

    Məktəb direktorlarının yeni “pul yığımı” üsulu ...

    8-11-2013, 12:14

  • 
  • Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi

    Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi ...

    17-01-2014, 11:12

  • 
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03

  • 
  • Direktor Nuranə Mirzəyeva I sinfə qəbulu 100 manata edir

    Direktor Nuranə Mirzəyeva I sinfə qəbulu 100 ...

    20-08-2015, 22:15

  • 
  • Mikayıl Cabbarovdan direktorlara növbəti xəbərdarlıq

    Mikayıl Cabbarovdan direktorlara növbəti ...

    16-09-2013, 13:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu