GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səhiyyəmizdəki korrupsiya və rüşvət bataqlığı

Səhiyyəmizdəki korrupsiya və rüşvət bataqlığı

Tarix: 29-03-2015, 14:28 Bölmə :Manşet Baxış: 0
Səhiyyəmizdəki korrupsiya və rüşvət bataqlığı

Azərbaycanın səhiyyə sistemindəki problemlər günü-gündən artır. Ölkə vətəndaşlarının hətta asan müalicə olunan xəstəliklər səbəbindən xarici ölkələrə üz tutmaları da buna sübutdur. Gün ərzində Azərbaycandan Biləsuvar sərhəd keçid məntəqəsi vasitəsi ilə Ərdəbil əyalətinə orta hesabla üç min azərbaycanlı gəlir. Ərdəbil əyalətinə olan səfərlərin əksəriyyəti müalicə üçündür.

Bu isə o deməkdir ki, Azərbaycanda xəstə olan hər üç vətəndaşdan biri müalicə üçün İrana üz tutur. Belə olan təqdirdə ortaya maraqlı sual çıxır: İnsanlar nəyə görə analoqu olmayan iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycanda yox, qonşu İrana müalicəyə gedir?

Məlumat üçün bildirək ki, 2013-cü ildə Azərbaycan səhiyyəsinə azı 670 milyon manat dövlət vəsaiti ayrılıb. Bu isə o deməkdir ki, son 10 ildən səhiyyə xərcləri 10 dəfə artsa da, bu artımın qarşısında hər hansı inkişaf yoxdur. Son illər paytaxt Bakı da daxil olmaqla, 12 bölgədə diaqnostika mərkəzləri tikilib. Dövlət Neft Şirkətinin maliyyəsi ilə Naxçıvan, Lənkəran, Cəlilabad, Şirvan, Xızı, Gəncə, Bərdə, Quba, Zaqatala, Qəbələ və Şamaxıda Müalicə Diaqnostika mərkəzləri inşa olunub. Bu mərkəzlər demək olar ki, eyni layihəyə əsaslanır. Hər bir mərkəzdə inzibati, qəbul, hemodializ, konsultativ poliklinika, cərrahiyyə profilli 20 çarpayılıq stasionar, anesteziologiya və reanimasiya şöbələri fəaliyyət göstərir.

Pul var, normal mütəxəssis yox...

Bundan əlavə, köməkçi müalicə-diaqnostika bölməsinə Funksional Diaqnostika (ultrasəs müayinəsi (USM), elektrokardioqrafiya (EKQ) və exokardioqrafiya (Exo KQ) daxil edilib. Diaqnostika mərkəzlərində şüa diaqnostikası-rentgen müayinəsi, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiya-MRT, fizioterapiya-masaj, elektriklə və işıqla müalicə, laboratoriya şöbələri-biokimyəvi, hematoloji, immunoloji-seroloji və mikrobioloji də var. ARDЌŞ bu mərkəzlərin tikintisinə 100 milyon manatdan çox vəsait

xərcləyib. Belə ki, Cəlilabadda tikilən Diaqnostika Mərkəzinə 9 milyon, Bərdədəkinə 11 milyon, Gəncədəkinə 13 milyon manat sərf edilib. Amma tikintisinə on milyonlarla manat sərf edilən diaqnostika mərkəzlərinə xəstə axını gözlənilən sə-viyyədə olmayıb, xəstə insanlar müalicə üçün başqa ölkələrə getməkdə davam edirlər. Bunun əsas səbəblərindən biri isə müasir aparatlarla işləyəcək mütəxəssislərin olmamasıdır.

Azərbaycanın Səhiyyə Nazirliyi isə ölkədə bu sahədə yüksək nailiyyətlərin əldə olunduğunu iddia edir. Nazirlikdən verilən məlumata görə, təkcə 2013-cü ildə Azərbaycanda 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Onların 56-sı artıq istifadəyə verilib. Bundan əlavə, yeni ilin ilk günlərində möhtəşəm çoxprofilli klinikanın - ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzinin də dövlət başçısının iştirakı ilə açılışı olub.

Bir sözlə, bütün sahələrdə olduğu kimi, ölkə səhiyyəsinin də problemləri kifayət qədərdir. İlk növbədə qanunvericilik səviyyəsində müvafiq problemlər mövcuddur. Tibbi fəaliyyətin tənzimlənməsi sahəsində mövcud qanunverici baza isə müasir tələblərə cavab vermir: "Tibbi sığortanın tətbiqindəki lənglik, pullu və pulsuz səhiyyə arasında sərhədin nisbiliyi, səhiyyə kontingentinin əmək haqlarının gülünc səviyyədə aşağı olması, korrupsiya və rüşvət, proteksiya halları səhiyyə sahəsində problemləri artırır.

Etiraf etmək lazımdır ki, bir sıra müsbət xarakterli təşəbbüslər də olub. Lakin ümumi problemlər ucbatından, hətta külli miqdarda yatırımlar belə, effektiv olmur. Təəssüf ki, məmur ordusunda müvəqqətilik sindromu var. Elə bil vəzifəyə hamı bir fürsət kimi yanaşır. Ona görə də əsaslı deyil, taktiki qərarlar qəbul edilir. Fikrimcə, ayrı götürülmüş bir sahədə inqilab yaratmaq çətindir. Çünki səhiyyənin inkişafı üçün digər sahələrdən dəstək olmalıdır.

Səhiyyənin inkişafı ilk növbədə təyin olunan kadrlardan asılıdır. Proteksiya aradan qaldırılmalı, kadrlar, region, qohumluq, şəxsi əlaqə prinsipi ilə deyil, bacarıq və kompetensiya meyarı ilə təyin olunmalıdır. Tibb

təşkilatçıları nazirlik dəstəyinə və bütövlükdə hökumətin tam dəstəyinə malik olduqdan sonra planlı inkişafa aparan fəaliyyət göstərməlidirlər.

Pasientlərin xaricə axını yalnız cənuba doğru deyil. İmkanı zəif olanlar özlərini İran həkimlərinə təslim etsələr də, İsrail, Türkiyə, ABŞ, Avropa səhiyyəsinə müraciət edənlər də çoxdur. İrana müraciət əsasən qiymətlərin bizim qiymətlərdən xeyli aşağı olması, orada farmasiyanın, yəni dərman sferasının nəzarətdə olması, keyfiyyətli dərman təminatı səbəbindəndir. Etiraf etmək lazımdır ki, qapalı şəraitdə inkişaf etməsinə baxmayaraq, İran səhiyyəsi bir sıra sahələr üzrə inkişafa nail ola bilib.

O ki qaldı imkanı olan təbəqəyə, onlar daha yüksək tibbi xidmət üçün adıçəkilən digər dövlətlərə üz tuturlar. Bu isə ölkədən xeyli vəsait axınına səbəb olur. İrana il ərzində tibbi yardım üçün gedənlərin sayı barədə müxtəlif rəqəmlər səsləndirilir. Əgər bu rəqəm ortalama 500 mindirsə və hər pasient müşayiət edənlərlə birlikdə ən aşağı dəyərləndirmə ilə 1000 ABŞ dolları xərcləyirsə, bu, il ərzində dövriyəmizdən 0,5 mlrd. vəsaitin çıxması deməkdir. Bu rəqəmin üzərinə digər ölkələrdə tibbi ehtiyaclar - dərman preparatları və avadanlıqları üçün xərclənən vəsaitlərə gəldikdə isə, hər il iqtisadi maraqlarımıza dəyən maddi zərərin həcmini görərik. 1990-cı illərin ortalarında Azərbaycanın dövlət büdcəsinin 200-300 milyon olduğunu yada salsaq, səhiyyənin bugünkü faciəsinin miqyası aşkar görünər. Lakin təkrarən onu etiraf edirəm ki, ayrıca götürülmüş bir sahədə inqilab etmək mümkün deyil.

Mövcud vəziyyəti dəyişmək üçün hökumətin idarəçilik fəlsəfəsi dəyişməlidir. Hökumətdə kadrla bağlı ciddi problemlər var. Ölkənin hökumət başçısının yaşı 9-cu onilliyə qapı döyür. Müavinləri də ondan geri qalmır. Belə hökumətlə yalnız neft və qaz pullarının "yuyulmasını" uğurla həyata keçirmək olar.

Diqqət yetirin, Nazirlər Kabinetində qərar verilir ki, büdcə təşkilatlarında (əsasən tibb və təhsil sahələrində) 65 yaşından yuxarı şəxslər işləyə bilməzlər. Hökumət hesab edir ki, bu yaşdan sonra insanlar bioloji və fizioloji olaraq iş qabiliyyətli olmurlar. Lakin auditoriya və ya xəstəyə xidmət göstərməyə çətinliyi olan bu kontingentdən bəzilərinin, nədənsə 9,5

milyonluq əhalinin makro problemlərini həll etməyə fenomenal imkanları qorunur. Nədənsə ölkə əhalisinin əksər hissəsinə tətbiq olunan bu məhdudiyyət bu ideyanın müəlliflərinə tətbiq olunmur. İkili standartlardan əziyyət çəkən YAP-çılar nədənsə bu ədalətsizlikdən danışmırlar. Ukraynada dəyişikliklərdən danışan qonşumuz Gürcüstanı çevikliyi və Borjomisi ilə Avropa İttifaqının astanasına daşımış Saakaşvili bu yaxınlarda müsahibəsində ukraynalı həmfikirlərinə verdiyi tövsiyədə idarəçiliyə 30 yaşlıları cəlb etməyi tövsiyyə edib.

Köhnə Azərbaycan səhiyyəsi...

Azərbaycan vətəndaşlarının müalicə üçün başqa ölkələrə getməsi təkcə yerli səhiyyə ocaqlarına etimadsızlıqla bağlı deyil. Yəni, dünyanın hər yerində xaricə müalicəyə getmək praktikası var. Amma Azərbaycanda müalicəyə gedənlərin sayı həddindən artıq çoxdur. Hər halda, bununla bağlı ciddi düşünmək lazımdır. Hesab edirəm ki, burada bir neçə faktorlar mövcuddur. Burada peşəkarlıqla bağlı olaraq, etimadsızlıq məsələsi də var. Bir az millətin özündə də xarici mütəxəssisləri özümüzünkülərdən üstün tutmaq məsələsi də var. Bir də müalicənin İranda daha ucuz başa gəlməsi faktoru da mövcuddur. Yəni, sadaladığım üç faktor bu miqrasiyada böyük rol oynayır.

Azərbaycandakı mütəxəssislərin böyük qismi sovet dövrünün mütəxəssisləridir. Təbii ki, onlar arasında da peşəkarlar çoxdur. Amma sovet səhiyyə sistemi ilə Qərb səhiyyəsi arasında xeyli fərq var. Qərb səhiyyəsi daha avantajlı, daha inkişaf etmiş, daha üstün səhiyyədir. Hesab edirəm ki, biz tədricən Qərb səhiyyəsinin standartlarını mənimsəməliyik. Bununla bağlı, müəyyən işlər görülür. Xaricdə uzmanlar, xüsusi sahələr üzrə mütəxəssislər hazırlanır, amma bunlar yetərli deyil. Onlar regionlara da paylanmalıdırlar, bütün Azərbaycan üzrə təyin olunmalıdırlar ki, bizim səhiyyəmiz Qərb standartlarına uyğunlaşa bilsin. Yəni, kadr potensialı olduqca vacibdir. Ambulator sistemə keçmək, xəstənin stasionarda çox yatışını azaltmaq və s. məqamlar Qərb standartlarının əsas istiqamətləridir ki, biz də tədricən ona keçməliyik.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər

    İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər ...

    13-10-2014, 16:07

  • 
  • Xəstələrin aldadılması halları var

    Xəstələrin aldadılması halları var ...

    14-08-2017, 12:49

  • 
  • Varlılar Avropaya, kasıblar İrana: Azərbaycan səhiyyəsinə niyə etibar yoxdur? - HƏQİQƏTƏN DƏ...

    Varlılar Avropaya, kasıblar İrana: Azərbaycan ...

    24-06-2023, 13:29

  • 
  • Oqtay Şirəliyevin ifşası

    Oqtay Şirəliyevin ifşası ...

    20-12-2013, 16:30

  • 
  • 24 məhbus Azərbaycandan İrana ekstradisiya olundu

    24 məhbus Azərbaycandan İrana ekstradisiya olundu ...

    2-03-2017, 23:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu