GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xəstələrin aldadılması halları var

Xəstələrin aldadılması halları var

Tarix: 14-08-2017, 12:49 Bölmə :Cəmiyyət Baxış: 420
Xəstələrin aldadılması halları var


İran rəsmiləri bildirirlər ki, onlara ən çox xəstələrin gəldiyi ölkələrdən biri də Azərbaycandır


Onlar xaricdən xəstə axınını İranda tibbi xidmətin ucuzluğu ilə izah edirlər.
Astara şəhər sakini Camal İbrahimov deyir ki, Azərbaycanda ürəyindən əməliyyat olunub.
Lakin dərman almaqdan ötrü İrana gedir:

“İranda eyni firmanın dərmanları yarıbayarı ucuzdur”

“Ölkəmizdə əməliyyat olundum. Çünki, sığortam var idi. Amma dərman üçün İrana gedirəm. Eyni firmanın dərmanlarıdır, bizdə baha onlarda ucuz. Qiymət arasında fərq yarıbayarıdır.”

Adının çəkilməsini istəməyən bir rayon sakini isə İranda əməliyyat olunduğunu bildirir:

"İranda əməliyyat da ucuzdur”

”Getdim Bakıya, gördüm əməliyyat bahadır. İrana getmyə məcbur oldum. Hardasa,1500-2000 Amerika dolları xərc çəkmişəm. Düzdür narazıyam. Amma bizdəkindən ucuz başa gəldi. Keyfiyyətini deyə bilmərəm, hələ müalicə olunuram ”

“Bu məsələ kökündən araşdırılmalıdır”

Həkim ekspert Davud Qurbanov Azərbaycandan insanların müalicə məqsədi ilə İrana getməsini bir neçə səbəblə izah edir:
“Bizdə müalicə və əməliyyatlar bahadır. Keyfiyyət də yüksək deyil. Peşəkaralıq da tələbatı ödəmir. İrana müalicəyə gedənləri araşdırmaq lazımdır. Öyrənilməlidir ki, onlar hansı xəstəlikdən əziyyət çəkirlər. Bu məsələ kökündən araşdırılmalıdır.”

“İrandan kor-peşiman qayıdanlar da az deyil”

Həkim hesab edir ki, Azərbaycanın tibb müəssisələrində xəstələrə münasibət dəyişməlidir:
“Xəstələrin aldadılması halları var. Xəstələrə daha çox dərman yazırlar. Amma İrandan kor-peşiman qayıdanlar da az deyil. Bir sözlə öz vətəndaşlarımıza sahib çıxmalıyıq. Problemimiz çoxdur.”

“Dollar qonşu ölkəyə axır”

İqtisadçı Vidadi Mirzəyev deyir ki, hər il Azərbaycandan İrana minlərlə adam müalicəyə gedir:
“Bir sözlə İran səhiyyəsinə yatırım qoyuruq. Dollar qonşu ölkəyə axır.”
İqtisadçının sözlərinə görə, Azərbaycan tərəfi də cavab tədbiri görməlidir:
“Bəzən xəstələri İrana xərəkdə aparırlar. Bu nə deməkdir?! Cənub bölgəsində diaqnostika mərkəzləri var. Gözəl binalar tikilib, avadanlıqlar var. Lakin xidmətin keyfiyyəti aşağıdır, həm də bahadır. Halbuki, tibb sahəsi pulsuzdur...”
İqtisdçı hesab edir ki, Azərbaycanın xəstəxanalarında rüşvət yığışdırılmalıdır:
“İranda, Trükiyədə müalicə üçün xəstəxanaya mürciət edəndən sonra dövlətin qoyduğu qaydada pul köçürülür. Onunla da məsələ həll olunur. Bizim xəstəxanaların şəvqət bacıları iynəni vurmaq üçün, həmin anda pul alırlar. Biyabırçılıqdır. İndi İrana müalicəyə gedənlərin sayı müəyyən qədər azalıb. Bu da ondan irəli gəlir ki, manat dollara nisbətən dəyərdən düşür. İran realı isə yerində qalır. Bizim pulumuzun hesabına xərc artır...”

Rəsmilər nə deyir?

Azərbaycan səhiyyəsinə cavabdehlik daşıyan rəsmilər isə ölkədə bu sahənin inkişaf edildiyini deyirlər.
Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanov jurnalistlərə müsahibələrinin birində demişdi ki, bəzi insanların müalicədən ötrü xaricə getmələri heç də Azərbaycanda səhiyyənin zəif inkişaf etdiyi demək deyil. Onun sözlərinə görə, elə bir xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın:
“Bu gün siz Almaniyaya getsəniz, oradan da müəyyən qrupun müalicə üçün ABŞ-a getdiyini görəcəksiniz. Məsələn, Türkiyədəki zənginlər Almaniyaya müalicəyə gedirlər. Son illər dünyada geniş yayılmış «xəstə turizmi» deyilən dəbə düşmüş proses var. Ona görə də bir ölkədən digərinə müalicə üçün gedənlərin sayı çoxdur. Amma bu o demək deyil ki, Azərbaycanda səhiyyə sahəsi inkişaf etməyib”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran da Azərbaycanın gününə düşdü

    İran da Azərbaycanın gününə düşdü ...

    11-06-2017, 21:44

  • 
  • “Bura cəhənnəm qapısıdır”

    “Bura cəhənnəm qapısıdır” ...

    23-02-2017, 21:02

  • 
  • İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər

    İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər ...

    13-10-2014, 16:07

  • 
  • Qazax prokurorunun müavini İranda vəfat edib

    Qazax prokurorunun müavini İranda vəfat edib ...

    26-11-2013, 11:40

  • 
  • “Analoqu olmayan ölkə”nin ərzaq fiaskosu

    “Analoqu olmayan ölkə”nin ərzaq fiaskosu ...

    15-03-2013, 10:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu