“Sahil D Compani” tikinti şirkətinin icraçı direktoru olmuş Məzahir Cəfərovun istintaqı yekunlaşıb, komitə sədri qohumunun dələduzluğuna görə arxasından çəkilib
İki tikinti şirkətinin rəhbərinə cinayət işi açılıb. Baş prokurorluğun yaydığı məlumata görə, STS və “Sahil D Compani” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı Məzahir Cəfərovun qeyd edilən şirkətlərin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib. Rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, özgənin əmlakını ələ keçirmək məqsədilə, “Sahil-D Kompani” MMC tərəfindən paytaxtın Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satılıb.
Nəticədə 4 milyon 458 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatının istintaq dövründə ödətdirilməsi təmin edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Gündəm xəbər”ə verilən məlumatlara görə, dələduzluq etmiş M.Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır. Ancaq komitə sədri qohumuna qahmar çıxmayıb.
O, qaynının dələduzluq əməlindən xəbər tutan kimi yaxasını kənara çəkib və qanun qarşısında cavab verməli olduğunu yaxın ətrafına bildirib.
N.İbrahimov bu işdə adının çəkilməsini qəti şəkildə istəməyib və bu günə qədər də qaynı üçün hər hansı addım atmayıb.
Mənbə bildirir ki, M.Cəfərov komitə rəhbərinə güvənərək əməllərini davam etdirib. Ancaq ona dəstək verilmədiyi üçün məsələ həbsə qədər uzanıb. “Sahil D Kompani” MMC-nin təsisçisi Taleh Abdullayevin o dövrdə verdiyi məlumata görə, vəsaitin 16 milyon 625 min dolları diaspor komitəsinin rəhbəri Sahib İbrahimov tərəfindən qoyulub.
S.İbrahimovun istinad etdiyi məhkəmə qətnaməsində yazılır ki, "cavabdeh "Sahil-D Kompani" MMC-dən fərdi sahibkar Sahib İbrahimovun xeyrinə 16 milyon 625 min dollar tutulsun və tutma "Sahil-D Kompani" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binalarının yaşayış və qeyri-yaşayış sahəsi daxil olmaqla 54687 kv.m sahəsinə yönəldilsin.
S.İbrahimov isə mətbuata vaxtilə qalmaqallı işlə bağlı bunları deyib: “Nazim İbrahimovun qohumu çoxdur, hansısa qohum gedib nəsə edəcəksə, cavabdehliyini də özü daşımalıdır. Buna Nazim İbrahimov neynəsin? O, Nazim müəllimin ortağı deyil, mənim ortağım olub və işbirliyimizdən hələ nəsə almamışam. Nazim müəllimin adını çəkibsə, ona qara yaxmaq üçün mətbuata çıxıb ki, özünü hamıya təmiz adam kimi təqdim etsin”.
Komitə rəhbərinin qardaşı əlavə edib: “İnşaatla 2003-cü ildən məşğul idim, binalar tikirdim. O isə inşaat sektorunda deyildi, tikintiyə 2007-ci ildə ilk dəfə mənimlə Bakı Əyləncə Mərkəzində başladı. Əslində ideya mənim idi: ərazinin sahibi olan "İSR Holdinq" şirkətlər qrupu ilə anlaşmışdım ki, onlar bizə yer, biz də əvəzində tikintidən onlara pay verək.
Holdinqə pul ödəməmişik, şərtlərə görə tikilən binalardan mənzillər və qeyri-yaşayış sahələri verməli idik. Audit rəyi nəticəsində mənim tikintiyə yatırdığım sərmayənin həcmi müəyyənləşdirilib və məhkəməyə müraciət edib haqqımı tələb etmişəm.
Məhkəmədə iddia qaldıraraq mənə aid olan vəsaitin tikintiyə yönləndirilməsini tələb etmişəm. Məhkəmə istəyimin bir qismini təmin edib, mənzilləri mənim ixtiyarıma verib. İlhamın isə iddia etdiyi kimi məhkəmədə qazandığı şirkətdə kimin direktor olması məsələsidir.
Əvvəldən Taleh Abdullayev direktor olub, sonradan onlar gedib məhkəməyə veriblər: "Biz istəyirik, direktor Məzahir Cəfərov olsun" deyiblər. Məhkəmə də bunu təmin edib. Bunun əmlak bölgüsünə dəxli yoxdur.
Direktor kim olursa-olsun, mən orada əmlak sahibiyəm. Direktorlar Şurası olmalı idi, yığışıb qərarlar qəbul etməli, satışlara qərarı yenə biz verməli idik. Biz Təsisçilər Şurası protokol imzalayıb, vergidə qeydiyyata durmalıydıq ki, fəaliyyətə başlayaq. Bunu etmədiyimizə görə orada nə təsisçi, nə də iştirakçı sayılırıq. Qərar qəbul etməyə ixtiyarımız olmayıb”.
Sorğu
Yeni dizaynımız necədir?