Baş prokurorluğun mətbuat xidmətindən gundemxeber.az-a daxil olan məlumata görə “Karat” mənzil tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşmışdır. İstintaq zamanı “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadənin, tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan R.Hacızadəyə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Q.Əmiraslanova isə 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilmişdir. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. gundemxeber.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?