GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Heydər Əsədovla icra başçılarının yeni mübarizəsi başlayıb

Heydər Əsədovla icra başçılarının yeni mübarizəsi başlayıb

Tarix: 17-04-2015, 11:34 Bölmə :Manşet Baxış: 0
Heydər Əsədovla icra başçılarının yeni mübarizəsi başlayıb

Yeni yaradılan idarələrə müdir təyinatı tərəfləri üz-üzə gətirib

Xəbər verildiyi kimi, Azərbaycanda rayon icra hakimiyyətlərində daha bir struktur islahatı həyata keçirilib.

«Gündəm xəbər»in məlumatına görə, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Bununla yanaşı, İcra Hakimiyyətlərində aqrar məsələlər şöbəsi də ləğv olunub.

Aldığımız məlumata görə, artıq icra başçılarının sözügedən sahə üzrə müavin ştatı və şöbələrində ixtisar aparılıb. Onların bəziləri İcra Hakimiyyətinin “İqtisadiyyat” şöbəsində işlə təmin olunub. Bəziləri isə hələ də işsiz qalıb.

İxtisarların aparılmasının zərurətinə gəlincə isə, bunun rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılması ilə bağlayırlar. Hansı ki, aprelin 1-dək icra başçılarının aqrar məsələlər üzrə müavinləri kənd təsərrüfatı və torpaqla bağlı məsələləri koordinasiya edirdilər. Bundan sonra isə həmin fuksiyanı yeni yaradılan idarələr həyata keçirəcək. Burada diqqətçəkən bir məqam isə hələ də həmin idarələrin rayonlarda fəaliyyətə başlamamasıdır.

«Gündəm xəbər»in apardığı araşdırma zamanı o da aydın olub ki, hətta əksər rayonlarda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq həmin idarələrin inzibati binalarının tikintisi də başa çatdırılmayıb:

«Bundan əlavə, prezident sərəncamına baxmayaraq, bu idarələrin hələ də ştat cədvəli müəyyən olunmayıb. Bu səbəbdən də idarələrə heç bir işçi qəbul olunmayıb. Bu prosesin isə may ayının 15-dən etibarən aparılacağı bildirilir».

Məlumata görə, may ayının 15-dən iyunun sonunadək kənd təsərrüfatı naziri Heydər Əsədov bu prosesi bitirəcəyi vədini verib:

«Maraqlıdır ki, bu müddətə qədər rayonlarda kənd təsərrüfatı sahəsinin necə kurasiya ediləcəyi və subsidiyaların necə paylanacağı, hələ də müəmma olaraq qalır».

Bu və ya digər məsələlərlə bağlı «Gündəm xəbər»i məlumatlandıran mənbə deyir ki, hakimiyyətin belə addım

atması, yanvar ayında Prezident İlham Əliyevin icra başçıları və iri ranqlı məmurlara keçirdiyi müşavirədə etdiyi xəbərdarlıqla bağlı olub:

«Xatırlayırsınızsa, Prezident İlham Əliyev həmin müşavirədə subsidiyaların məmurlar tərəfindən mənimsənildiyini açıq şəkildə deyərək, icra başçılarına və kənd təsərrüfatı nazirinə xəbərdarlıq elədi. Hətta Heydər Əsədovun ötən il istehsalın aşağı düşməsinin əsl səbəbini quraqlıq və digər bəhanələrə bağlamasına da irad tutaraq, onu açıq danışmamaqda ittiham etdi. Həmin müşavirədən bir neçə gün sonra isə ölkədə “Kənd təsərrüfatı ili” elan olundu. Bununla bərabər, bu sahə ilə bağlı müxtəlfi sərəncamlar verilməklə, Heydər Əsədovun qarşısında duran maneələr götürüldü. Yəni ötən ildən fərqli olaraq, Heydər Əsədov daha gizli hesabatlarında kimsəni, daha dəqiqi, icra başçılarını və onların tabeliyində olan məmurları ittiham edə bilməyəcək. Artıq nazirin yolunu tam açıblar. Elə icra başçılarının müavinləri və şöbə müdirlərinin ixtisar olunması və onların səlahiyyətinin bütövlükdə Heydər Əsədovun nəzarətində olacaq idarələrə verilməsi də, buna hesablanıb. İlk baxışdan Heydər Əsədovun icra başçılarına qalib gəldiyini deyə bilərik. Amma onu da unutmayaq ki, bu proses onun üzərinə çox ciddi məsuliyyət yükləyib. Yəni, bu qədər geniş imkanların yaradılması qarşılığında bu sahədə çox böyük inkişaf gözləntisi var. Və baş verəcək hər hansı bir eniş Heydər Əsədovun gələcəyini zərbə altında qoyacaq».

Müsahibimiz deyir ki, indilikdə hər şey Heydər Əsədovun «yolunun açılması» kimi sezilir və onun icra başçıları üzərində mütləq qalibiyyəti kimi görünür. Ancaq icra başçıları ilə naziri qarşıdakı aylarda daha bir gərgin mübarizə gözləyir:

«Bildiyiniz kimi, hazırda Prezident sərəncamı əsasında rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılması istiqamətində ciddi işlər aparılır. Yuxarıda qeyd etdiyimiz kimi, hələ ki, bəzi rayonlarda bu idarələrin inzibati binaları və ştat cədvəli də hazır deyil. Məhz bu məqam da nazirlə icra başçılarını üz-üzə gətirib. Bəli, nazir Heydər Əsədov rayonlardakı kənd təsərrüfatı idarələrinə rəbhər və işçilərin götürülməsini müdaxiləsiz özü həyata keçirməyə çalışır. Amma icra başçıları və hakim dairələr həmin idarələrə də digərləri kimi, icra başçılarının təqdimatı ilə müdir təyinatının həyata keçirilməsini istəyirlər. Bu isə tərəfləri yenidən üz-üzə gətirib».

Məlumatlı şəxs deyir ki, bu məsələdə icra başçıları haqlı sayıla bilərlər: «İcra başçıları rayondakı hər şeyə cavabdehdir. Onlar prezidentin yerdəki nümayəndəsi olaraq, bütün idarə və müəssisələrin fəaliyyətini koordinasiya etməli, onlara səlahiyyətləri çərçivəsində nəzarət etməlidirlər. Bəli, bunlar qanunla tənzimlənir. Yəni bütün idarələrdə ikili tabeçiliklər var. Çünki belə halda bir nəfərin təkbaşına «hakimiyyətli»liyi daha dərin korrupsiyya və digər xoşagəlməz hallara yol aça bilər. Ona görə qanuna bu məsələ salınıb. Ancaq Heydər Əsədov düşünür ki, «təkhakimyyətlilik» nəticəsində o, daha uğurlu fəaliyyət göstərər, daha böyük inkişafa nail olar. Bütün bunlar isə Azərbaycan şəraitində hər iki tərəf öz arqumentlərində haqlı göründüyünü göstərir. Ancaq qanunla bu durumda icra başçıları haqlıdır. Yəni indiki qanun və müvafiq aktlarla icra başçısının təqdimatı olmadan Heydər Əsədov həmin idarələrə müdir təyinatı həyata keçirə bilməz. Bəzi icra başçıları da bunu əsas götürərək, həmin idarələrə öz adamlarını yerləşdirməklə, böyük pulların dövran edəcəyi sahəni nəzarətdə saxlayacaqlarını planlayırlar. Heydər Əsədov da bunu bildiyindən, təyinat məsələsində vəziyyəti dəyişməyə çalışır. Ona görə də icra başçılarının aqrar məsələlər üzrə müavin və şöbə müdirlərinin

ixtisara düşməsinə baxmayaraq, hələ də rayonlarda bu sahələrə nəzarət edən iddarə rəisləri təyinatı olmayıb».

Cəfər Mərdanoğlu

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ceyhun Osmanlının atasına vəzifə verildi

    Ceyhun Osmanlının atasına vəzifə verildi ...

    20-04-2015, 22:21

  • 
  • Yasamal İcra Hakimiyyətinə də xanım müavin gəldi

    Yasamal İcra Hakimiyyətinə də xanım müavin gəldi ...

    7-01-2014, 16:51

  • 
  • İcra başçılarının “ələnmə dövrü”

    İcra başçılarının “ələnmə dövrü” ...

    15-12-2012, 14:26

  • 
  • İcra başçılarının təyinat məsələsi yanvara qaldı - ÖZƏL

    İcra başçılarının təyinat məsələsi yanvara qaldı ...

    23-10-2013, 23:24

  • 
  • İcra başçısı sabiq müavini ilə YAP sədrini üz-üzə gətirib

    İcra başçısı sabiq müavini ilə YAP sədrini üz-üzə ...

    17-04-2015, 11:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu