Vaqif Abdullayevin özbaşınalığı rayonda gərginliyə yol açıb
Beyləqanın icra başçısı Vaqif Abdullayevin yol verdiyi özbaşınalıqlar ölkə mətbuatının gündəmindən düşmür.
Bu barədə “Gündəm xəbər”ə daxil olan məlumata görə, rayonun icra başçısı Vaqif Abdullayevlə müavinləri arasında “soyuq külək”lər əsir. Belə ki, icra hakimiyyətində ləvğ olunan aqrar məsələlər şöbəsini müdiri və başçının müavini Xaliq Məmmədovla, keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri Rəfail Pəsiyevin işsiz qalmaları, durumu bir qədər də ağırlaşdırıb.
Mənbə bildirir ki, icra başçısı Vaqif Abdullyev Xaliq Məmmədovun şöbəsi ləvğ olunmamışdan öncə rayondakı subsidiya yoxlamalarına görə ondan 100 min manat “hesab” alıb:
“Həmin yoxlamaları bəhanə edən Vaqif Abdullayev bir çox bələdiyyə və icra nümayəndələrinin hər birindən 2500 manat
“xərac” yığıb. Xaliq Məmmədov isə 100 min manatı icra başçısına ona görə verib ki, Vaqif Abdullayevlə birlikdə həyata keçirilən subsidiya maxinasiyasının dərindən yoxlanılmasının qarşısı alınsın”.
Məlumatlı şəxsin sözlərinə görə, 2014-cü ilin iyulunda dövlət büdcəsindən ayrılmış subsidiyaların təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Beyləqanda yoxlama aparıb:
«Baş Prokurorluq araşdırmalar zamanı Beyləqan rayonunun Şərq qəsəbəsi, Allahyarlı, Bolsulu və Eyvazalılar kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, kənd sakinlərinin guya buğda əkmələri barədə sənədlərə bilə-bilə yalan məlumatlar daxil etəmələri təsdiqləndi. Aydın oldu ki, buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 14 min 278 manat pul vəsaitinin mənimsənilməsində və israf olunmasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Vaqif Abdullayev də həmin vaxtı adı çəkilən kənd bələdiyyə və icra nümayəndələrindən, həmçinin aqrar məsələlər üzrə müavini Xaliq Məmmədovdan «hesab» alaraq açılmış cinayət işini bağlatdıracağı vədini verib. İndi isə yeni yaradılacaq Kənd Təsərrüfatı İdarəsinin rəhbəri olmaq istəyən 3 iddialı şəxs arasında məharətlə oynayan icra başçısı yeni çəkişmə və narazılıqlara yol açıb. Əsasən də yeni idarənin sədri vəzifəsi
uğrunda ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin keçmiş müdiri, YAP rayon təşkilatının sədri Rəfail Pəsiyevlə, aqrar məsələlər şöbəsinin müdiri Xaliq Məmmədovun «dartışması»na rəvac verilib.Vaqif Abdullayev bu adamları «döyüşdürmək»lə, həm də həmin postun «qiyməti»ni qaldırmaq istəyir. Ancaq Xaliq Məmmədov bunu başçıya bağışlamaq niyyətində deyil. Çünki onun az əvvəl başçıya verdiyi 100 min manatı asanlıqla bağışlayacağı inandırıcı görünmür».
Bu və ya digər məqamlarla bağlı qarşı tərəfdən mövqe öyrənə bilmədiyimizdən redaksiyamıza təqdim edilən bəzi faktlara toxunmadıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?