gundemxeber.az Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevdən narazı məmurlar bir cəbhədə birləşib. Adı çəkilən rayonda olan mənbəmizin Gunxeber.com-a verdiyi məlumata görə, yeni yaradılan qrupun üzvüləri icra başçısı Vaqif Abdullayevin vəzifəsindən getməsi üçün bütün vasitələrdən istifadə edir. Hətta, qrup üzvüləri sırasında mətbuat orqanları ilə sıx işləyən şəxslər də var. Məlumata görə, qrup üzvüləri demək olar ki, hər gün bir araya gəlir və icra başçısına qarşı planlar qururlar. Onu da əlavə edək ki, qrup üzvüləri arasında vəzifəli şəxslərin də olduğu bildirilir. Artıq Vaqif Abdullayevə qarşı birləşən qrup üzvülərinin siyahısını da əldə edib. Bunlar Beyləqan rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Məhəmməd Qələndərov, təhsil şöbəsinin müdiri Tofiq Sadıqov, Beyləqan bələdiyyəsinin sədri Bakir Balakişiyev, Beyləqan rayon MKTB-nin sədri Telman Sarıyev və bir müddət əvvəl işdən çıxarılan icra başçısının birinci müavini Nürəddin Bayramov və digərləridi. Onu da qeyd edək ki, adı çəkilən şəxslər əsasən Vaqif Abdullayevin abadlıq işlərinə görə, məmurlardan külli miqdarda pul almasından hiddətlənərək, qrup halında birləşiblər. Amma Beyləqan rayon MKTB-nin sədri Telman Sarıyevin qrupa daxil olması hələ də sual doğurur. Çünki, onun baş verənlərlə birbaşa bağlılığının olmadığı vurğulanır. Sonda onu da qeyd edək ki, Beyləqanda dövlət proqramı adı altında abadlıq və yenidənqurma işləri aparılır. bu işlər isə yerli məmurlardan alınan pulların hesabına görülür. Elə adıçəkilən rayonda məmurları bir-birinə qarşı qoyan da bu kimi səbəblərdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?