Firudin Nəbiyev və şəbəkəsinin gecə basqınları və digər özbaşınalıqları səfirlikləri hərəkətə gətirib
Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi bir sıra diplomatik qalmaqallara imza atıblar. Bu qurum rəhbərliyinin, hətta, Azərbaycana gələn əcnəbilər və onların haqlarını tələb edən səfirliklərlə Rabitə və YüksəkTexnologiyalar Nazirliyini də üz-üzə gətiriblərməsi haqda xəbərlər yayılıb.
«Gündəm Xəbər»in məlumatına görə, viza tələb olunmayan ölkələrdən Azərbaycana gələn əcnəbilər qanuna uyğun olaraq,10 gün Azərbaycanda rahat qalmaq hüququna sahib olsalar da, Firidun Nəbiyevin rəhbərlik etdiyi Dövlət Miqrasiya Xidmətindəki yaxın qohum-əqrabalarından ibrət olan şəbəkə onlara da «aman» vermirlər: «Xidmətin əməkdaşları, xüsusiylə Bakı Regional İdarəsinin rəhbərliyinin sözün həqiqi mənasında qoçu dəstələri cərimə planını doldurmaq üçün hər vasitəyə əl atırlar. Bəli, dünən ölkənin populyar saytlarından birində yayılan məlumat da düz vurğulanıb. DMX-nin Baş İdarə rəisi Rövşən Səfərov və onun rəhbərlik elədiyi idarə öz səlahiyyət hədlərini aşır, faktiki olaraq ölkədə əcnəbiləri qanunsuz şəkildə "ovlayır”lar. Onlar nəinki Avropa ölkələrindən gələn turistləri, iş adamlarını, hətta bəzən
diplomatlara belə, qanunun aliliyini tanımaq istəmirlər. Eyni zamanda, digər maraqlı fakt odur ki, bu xidmətin əməkdaşları əsasən təmiz türk kökənli iş adamlarına qarşı qanunsuz əməllərini davam etdirməkdən də çəkinmirlər. Onların Azərbaycanın hüquqi dövlət olmasını kölgələyən əməlləri isə dövlətimizin imicini böyük zərbə altında qoyur. Bəli, Firulin Nəbiyev və onun qohumları xidməti şəxsi təsərrüfatları zənn edərək, Azərbaycan dövlətini təhlükəli xəttə sürükləyirlər. Təsadüfi deyil ki, artıq Firudin Nəbiyevin və onun qohumlarının əməlləri Azərbaycaanın nazirlərindən birini də kəskin addım atmağa məcbur eləyib».
Müsahibimizin sözlərinə görə, Firudin Nəbiyevin bu gün Rövşən Səfərov və digər qohumları vasitəsiylə qurduğu şəbəkə özlərini Miqrasiya Xidmətinin, yəni dövlətin məmuru kimi deyil, sanki qeyri-leqal hərbiləşmiş qurumun nümayəndələri kimi aparırlar. Bu səbəbdən Azərbaycan dövləti bir neçə ictimailəşməmiş diplomatik qalmaqalla da üzləşib:
«Bəli, bu qurum əməliyyat-axtarış fəaliyyətinin subyekti olmasa da, xəbərsiz, sahibinin icazəsi olmadan obyektlərə də basqın edirlər. DMX-nin şöbə müdiri Qüdrət Məmmədovun rəhbərlik etdiyi qrup tapşırıq əsasında gecə vaxtı əcnəbilərin, hətta qardaş Türkiyə vətəndaşlarının yaşadığı mənzillərə basqın edərək, zorla
onların əl-qolunu burub avtomobilə basır, mobil telefonlarını əlindən alaraq Bakı Regional Miqrasiya idarəsinə gətirirlər. Burada isə istədikləri məbləğdə onları cərimələyərək, sonra deportasiya edirlər. Kimdən daha çox pul qoparsalar, onları cərimə ilə yola salırlar, yəni ölkədə qalmalarına “yaşıl işıq” yandırırlar. Belə hallar Avropanın əsas gücü sayılan ölkələrinin vətəndaşlarına qarşı da edilir. Maraqlıdır ki, həmin vətəndaşların çoxu da qanuni yolla müvəqqəti yaşamaq icazəsi almış insanlardır. Ancaq xidmət də pula görə buna əhəmiyyət verilmir. İş, yəni qanunsuzluqları böyüyüb, diplomatik qalmaqala səbəb olduqda isə xidmət rəhbərliyi suçu başqalarının üzərinə ataraq özlərini vəziyyətdən çıxarmağa çalışırlar. Ən pis halda isə bir-iki kənar kadrı işdən azad edib, bir neçə aydan sonra yenidən onları vəzifələrinə qaytarmaqla, əməllərini ört-basdır etməyə çalışırlar. Ancaq nazir Əli Abbasovun kəskin qərarı Firudin Nəbiyev və onun şəbəkəsinin fakt qarşısında qoyub. Belə ki, ötən aya qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi poçt şöbələri vasitəsiylə miqrantların qanuni qeydiyyatını dayandırılması qərarı xidmət əməkdaşlarının ən azı bir bəhanəsini əlindən aldı. Bəli, nazir Əli Abbasov diplomatik qalmaqalların genişlənməməsi, nazirliyin və Azərbaycan dövlətinin nüfuzunu qorumaq üçün bu addımı atmaq zorunda qalıb. Çünki son aylar Dövlət Miqrasiya Xidməti poçtla göndərilən sənədləri bilərəkdən qeydiyyata almayaraq, həm əcnəbiləri, həm də Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyini çox çətin vəziyyətdə qoyub. Belə ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları poçt vasitəsi ilə qeydiyyata düşən əcnəbiləri Azərbaycanı tərk etmək istəyərkən, sərhəddən geri qaytarır, onların hər birini cərimə məbləğinin ən yüksək həddi ilə cəzalandırırlar. Sərhəddə qəfil üzləşdikləri qaba rəftar və qadağadan şoka düşən əcnəbilərin bəziləri əlavə vaxt və əsəb sarsıntısı yaşamamaq üçün maksimum cərimə həddini - 400 manatı ödəməklə, xidmətin "cəngi"ndə qurtulurlar. Ancaq nazirliyin, dolayısı ilə dövlətin etibarı zədələnir, insanların bu quruma, onun müəssisələrinə inamı itir. Çünki bəzi əcnəbilər üzləşdikləri "pul tələsi" haqqında Azərbaycanda olan səfirliklərinə şikayətlənirlər. Bəziləri isə ölkəni tərk etdikdən sonra öz dövətlərinin müvafiq qurumlarına müraciət edirlər. Həmin ölkələrin səfirlikləri isə öz vətəndaşlarının müvafiq poçt şöbələrinin verdiyi sənədlər əsasında qanuni yolla qeydiyyata düşmələrini təsdiqləyən faktları Miqrasiya Xidmətinə göndərməklə, belə hallara son qoyulmasını tələb edirlər. Ancaq Miqrasiya Xidməti buna da məhəl qoymur. Nazir Əli Abbasov da həm nazirliyin etibarını, həm də Azərbaycanın nüfuzunu qorumaq üçün Dövlət Miqrasiya Xidməti və bu xidmətin rəisi Firudin Nəbiyevlə bir neçə dəfə təmas yaradıb. Ancaq nazirliyin təsdiqləyici sənədləri təqdim etməsinə baxmayaraq, xidmət rəhbərliyi hər dəfə "sənədlər xidmətə daxil olmayıb" bəhanəsi
ilə suçu nazirliyin üzərinə atıb. Əli Abbasov da bundan sonra kəskin qərar verərək, Dövlət Miqrasiya Xidmətinə sənəd göndərilməsini qadağan edib".
Məlumata görə, nazir Əli Abbasov aprel ayının 1-dən poçt şöbələrinə Dövlət Miqrasiya Xidmətinə bütün növ məktubların və miqrasiya sənədlərinin göndərilməsini qadağan edib:
Onu da qeyd edək ki, ölkəmizə gələn əcnəbilər qanunla 10 gün qeydiyyatsız burada qala bilərlər. 10 gündən 90 günə qədər Azərbaycanda qalmaq istəyən əcnəbilər isə Dövlət Miqrasiya Xidmətinin regional İdarələrinə və istənilən poçt şöbəsinə tələb olunan sənədləri təqdim etməklə, pulsuz (yəni qeydiyyat rüsumu ödəmədən) problemi həll edirdilər. İndisə vəziyyət dəyişib. Yəni, yuxarıda vurğulandığı kimi, əcnəbilərin poçt vasitəsiylə qeydiyyata alınmasına artıq qadağa qoyulub. Bu isə Avropa Olimpiya Oyunları ərəfəsində ölkəmizin imicinə zərbə vurmaqla yanaşı, həm də Miqrasiya Xidmətinin regional şöbələrində dəhşətli basabasa yol açıb. Ancaq xidmət rəhbərliyini ölkənin nüfuzunu zədələyən diplomatik qalmaqallar maraqlandırmadığı kimi, insanların elementar hüquqları da düşündürmür. Hətta bu basabasdan isifadə edərək, pulsuz qeydiyyata alınmalı olan əcnəbilərdən «şirinlik» alanlar da az deyil. Bir sözlə, xidmətin Bakı Regional İdarəsi əsl bazara çevrilib. Başqa vaxtı idarədə olan müşahidə kameralarını bəhanə edən pulsuz “xahiş-minnət”ləri başından eləyən Firudin Nəbiyevin yaxın
qohumu Rövşən Səfərov (onların necə qohum olmaları da maraqlıdır-redak) isə nədənsə bunları «görmür». Daha dəqiqi, o, belə «şirinlik»lərə «obed pulu» kimi baxır».
Mənbə deyir ki, xidmətdə yaranan özbaşınalıqlar genişləndikcə, DMX-nin rəisi Firudin Nəbiyevin "büdcəsi” şişir və obyektlərinin sayı artır:
«İş o yerə çatıb ki, DMX hərbiləşmiş qurum olmasa da, xidməti əməkdaşları gecə toplanır və gecə basqınları haqda qərarlar qəbul edirlər. Təbii ki, belə hərəkət xidmətin əsasnaməsində yoxdur. Yəni, onların belə basqınlar etmək səlahiyyəti yoxdur. Ancaq arxalarını Firudin Nəbiyevə söykəyən bu adamların yeganə amalı pul qazanmaq və daha da varlanmaqdır. Xidmət rəisinin qohumları bu fürsətin bir də ələ düşməyəcəyinin fərqindədirlər. Ona görə də dövlətin etibarını və nüfuzunu da zərbə altında qoyurlar. Ancaq onlar düşünmürlər ki, bu əməlləri Azərbaycan dövlətini və onun rəhbərlərini çox gərgin vəziyyətdə qoya bilər».
Məlumatlı şəxs «Gündəm Xəbər»ə Dövlət Miqrasiya Xidmətində rəis Firudin Nəbiyevin çalışan bütün qohumlarının siyahısını, onların çox qısa zamanda nələrə sahiblənməsi, hansı əməllərlə məşğul olmalarını, türk kökənli Türkiyə vətəndaşlarına qarşı nədən daha sərt davranmaları haqqında da maraqlı faktlar veriblər.
Bu və ya digər məsələlərləl bağlı araşdırmalarımızı növbəti saylarımızdan oxuya bilərsiniz.
Sorğu
Yeni dizaynımız necədir?