GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Cavid Qurbanovun bankı ilə bağlı dələduzluqdan prezidentə müraciət edildi

Cavid Qurbanovun bankı ilə bağlı dələduzluqdan prezidentə müraciət edildi

Tarix: 7-05-2015, 13:38 Bölmə :Manşet Baxış: 0
Cavid Qurbanovun bankı ilə bağlı dələduzluqdan prezidentə müraciət edildi


“Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin adamları qadını həbs etməklə hədələyiblər

Gəncə şəhər sakini Natalya Kərimova “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın dələduzluğu ilə üzləşməsi ilə bağlı prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, Rusiyanın Azərbaycandakı səfirinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova və digər səlahiyyət sahiblərinə müraciət ünvanlayıb.

Natalya Kərimova vəkili Ceyhun Yusifov vasitəsi ilə mətbuata müraciət daxili olan müraciətdə qeyd olunub ki, “Gəncəbank” ASC-nin qadın rəhbəri Pərvanə Cəmil qızının mənim başıma oyun açaraq Gəncədəki mülklərimi ələ keçirməsi barədə ölkə prezidenti cənab İlham Əliyevə, 1-ci xanım Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarına və Rusiyanının Azərbaycandakı səfirliyinə etdiyim müraciətdən məlumatınız vardır. Mən Azərbaycana gəlmək istəmirdim. Araşdıranda ki, Azərbaycan necə bir demokratik ölkə olub və ölkə prezidentinin insanlara və xüsusən də milli azlıqlara göstərdiyi diqqət və qayğı mənim yenidən Azərbaycana gəlməyimə və Pərvanə Cəmil qızı tərəfindən tapdalanmış hüquqlarımın bərpa edilməsi üçün müraciət etməyimə səbəb oldu. Mən ölkə prezidenti cənab İlham Əliyevə çox inanıram. Azərbaycan onun sayəsində regionda, mən deyərdim ki, dünyada söz sahibi olan ölkə həddinə çatmış və ən nümunəvi tolerant ölkədir. 2001-ci ildə mənə imkan vermədilər ki, rəhmətlik mərhum Heydər Əliyevin qəbuluna düşüm. Ona görə ki, mənim mülklərimi ələ keçirtmək məqsədilə Pərvanə Cəmilqızı iki azyaşlı qızımın başına oyun açdırmaq hədəsi ilə məni ölkədən çıxmağa vadar etdi. Mən dediyim kimi, Azərbaycana gəlməmişdən araşdırdım ki, Sizin də həmin bankda səhmləriniz var. Sizin kim olduğunuzu araşdırdım. Gördüm ki, Azərbaycanda hörmət edilən el ağsaqqalı və ədalətli insansınız. Mən bu sözləri səmimi hislərimlə yazıram. Düzdür, Sizin 2001-ci ildə həmin bankda səhmləriniz olmamışdır. Ancaq keçmişi cinayətkar qrupu maliyyələşdirən və rəhbəri Pərvanə Cəmilqızı yetirən bir bankda Sizin səhmlərinizin olması məni çox təəccübləndirdi. Sonra fikirləşdim ki, bu hadisələrdən Sizin xəbəriniz olmaz. Çünki Siz böyük bir elin,

Kəlbəcərin ağsaqqalı, Azərbaycan xalqının ürəyində xoş bir yeriniz olan bir insan və ən əsası “Dədə Şəmşir” Ocağının yetirməsisiniz. “Dədə Şəmşir” öz əsərlərində daima haqqı və ədaləti təmsil etmiş və həmişə də bu cür haqsızlıqlara baş əymədən ömür sürmüşdür. Mən hesab edirəm ki, onun övladı və nəvəsi də bu cür insandı. Sadəcə, mənim Sizdən bir xahişim var ki, bu işin ədalətli şəkildə araşdırılmasında maraqlı olasınız. Kimsəsiz və sahibsiz bir rus qadınının başına açılmış bu oyunlara göz yummayacağınızdan əminəm. Mənim sonda bir xahişim də var: vaxtınızdan 5 dəqiqə ayırıb məni dinləyəsiniz”.

N.Kərimova məktubunda yazır ki, “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzova onun biznesini, mülklərini zorakılıqla ələ keçirib: “Milliyətcə rusam. Mahir Kərimovla 1982-ci ildə ailə həyatı qurmuşuq. 2 qızım var. O dövrdə həyat yoldaşım hərbiçi idi və biz Gəncə şəhərindəki hərbi şəhərcikdə yaşayırdıq. Həyat yoldaşım 1988-ci ildə Qarabağ müharibəsi başlayandan sonra, 1991-1994-cü il tarixədək Tərtər və digər rayonunda döyüşlərdə iştirak edib. Atəşkəs elan olunduqdan sonra polis orqanlarında fəaliyyətə başlayıb. 1998-ci ildə Gəncə İcra Hakimiyyətinin sərəncamı ilə Qarabağ müharibəsi iştirakçısı olan yoldaşıma sahibkarlıq fəaliyyəti göstərmək üçün Gəncə şəhəri, H.Əliyev prospekti 87 ünvanında torpaq sahəsi ayrıldı. Borc-xərc taparaq həmin ünvanda gözəllik salonu tikdirdik. Anam Yelena Drobıyşeyevskaya Rusiyadakı mülklərini sataraq Azərbaycana gəlmişdi. Obyektin tikintisinə xərclədiyimiz pulların böyük hissəsini də bizə o vermişdi. 2000-ci ilin sentyabr-oktyabr aylarında gözəllik salonunu tam tikdirib başa çatdırdım. Adını da adıma uyğun ”Nataşa” salonu qoydum. Salonun rəsmi açılış mərasimi də keçirildi. Həmin açılışda Gəncə şəhərinin rəsmi şəxsləri, o cümlədən icra başçısı E.Babayev və polis rəisi Qərib Həsənov da iştirak etdilər. Açılışın videosu hazırda əlimdədir. Həmin salondan 20-22 ailə dolanırdı. 1 il həmin salonu mən özüm işlətmişəm”.

N.Kərimova yazır ki, bu gün “Afrodita” adlanan salonun ön hissəsi o dövrdə şüşədən olub və bu səbəbdən yay aylarında salonda dözülməz istilik yaranıb: “2001-ci ilin yayında hazırda ”Gəncəbank" ASC-nin idarə heyətinin sədri Pərvanə Novruzova salona gəldi. Salon həddindən çox isti idi. Pərvanə Novruzova kondisioner quraşdırmağı məsləhət gördü. Dedim ki, binanın tikilməsi üçün aldığım borcları hələ qaytara bilməmişəm. Borcları ödədikdən sonra kondisioner alacağam. O da dedi

ki, “bacın ölməyib ki, mən sənə pul verərəm, 5 il müddətində yavaş-yavaş qaytararsan”.

“Pərvanə yanındakı qolçomaqlara bildirdi ki, onun o azyaşlı qızını zorlayın. Mən əvvəlcə buna inanmadım. Düşündüm ki, bu qədər də qəddar olmazlar ki, azyaşlı uşağın başına oyun açsınlar. Sonra baxdım ki, qızımın əynindəki paltarı cırmağa başlayırlar. Belə olan halda nə qədər onlara yalvardımsa, mümkün olmadı ki, olmadı...”

Pərvanə Novruzovanın bu addımı mənə yaxşılıq etmək məqsədi ilə atdığını düşündüm. Onun idarə etdiyi bankdan 5 il müddətinə 5 min dollar pul götürdüm, girov kimi də aldığım kondisionerləri qoymuşdum. Bir gün Pərvanə banka yoxlama gəldiyini, ona görə də yoxlama gedənədək həmin kredit müddətinin 3 aylıq etməsini məndən xahiş etdi. 1 həftə, 10 gün sonra yəni yoxlama gedəndən sonra yenidən dəyişdirib 5 illik edəcəyini söz verdi. Aradan bir ay keçməmiş mənim üstümü kəsdi ki, nə olur olsun, pulu qaytar, nə 5 il, pulu 3 ay ərzində qaytarmalısan. Qaytarmayacağım təqdirdə salonu məndən zorla alacağını bildirdi. 1 gün sonra “Gəncəbank”ın rəhbəri Pərvanə Novruzova və yanındakı 3 maşın qolçomaqla salona gələrək salonun şüşələrini sındırıb içəri daxil oldular. Onunla gələnlər mənə işgəncə verdilər. Çölə atıb qapının kilidlərini də dəyişdirib obyektimi zorla əlimdən aldılar. Pərvanənin həddindən çox nüfuzlu və təhlükəli bir adam olduğunu bildirib rayondakı dövlət idarələri şikayətlərimi qəbul etmədilər".

N.Kərimova müraciətində yazır ki, həyat yoldaşı şərlənmək təhlükəsi qarşısında ölkədən gedib. Onun özü isə zorakılıqlara məruz qalıb: “Səhəri gün salonun qabağında olan zaman Pərvanənin adamları məni zorla bir maşına qoyub Gəncədən qırağa apardılar. Ölümlə hədələyib həmin günün sonunadək bir zirzəmidə saxladılar. Gecə yarısı Gəncəyə qaytarıb tanımadığım bir yerdə tulladılar. Soruşa-soruşa birtəhər gəlib evimi tapdım. Azyaşlı qızım Esmira məni bu halda görüb qorxudan ağlamağa başladı. Qərib Həsənovun qabağını kəsib başıma gələnləri ona danışdım. O da dedi ki, “bilirəm, o salon sənindi, açılışında mən də olmuşam, amma Pərvanə Novruzova çox təhlükəli adamdır. Çoxlu pulu var və məni də Gəncədən didərgin salar. Ən yaxşısı, get cənab prezidentin qəbuluna düş, yoxsa ayrısının buna gücü çatası deyil”. Rəisin dilindən bu sözləri eşitmək məni qorxuya saldı. Oradan çıxıb, birbaşa Gəncə şəhər prokurorunun qəbuluna gəldim. Orada məni prokurorun köməkçisi qəbul etdi. O da dedi ki, Pərvanə Novruzovaya

bizim gücümüz çatmır. O, Gəncədə çox adamın başına bu cür oyun açır. Daxil olan şikayətləri qorxudan qeydiyyata belə ala bilmirlər. Həmin gün axşam məni evimdən məcburi qaydada çıxarıb Pərvanənin yanına apardılar. Dedi ki, Nataşa, sən bu gün Qəribdir nədir, nə bilim prokurordu nədi, onun yanına getmisən. Sən bil ki, rəis yox, mən nə desəm o olacaq”.

N.Kərimova Gəncədə gizli işgəncə zirzəmisinə salındığını qeyd edir: “Yenə məni bir zirzəmiyə salıb olmazın işgəncə verdilər. İşgəncə verə-verə deyirdilər ki, hamı bizdən it kimi qorxur, sən burda yiyəsiz, sahibsiz adam, bizə nə edə bilərsən. İki gün ac-susuz məni həmin zirzəmidə saxladılar. Sonra buraxdılar ki, get fikirləş, salonun sənədlərinin Pərvanə xanımın adına keçir, sənədlərə imza at. Razılaşmadım. Çünki bilirdim ki, əvvəl-axır cənab prezident mərhum Heydər Əliyevin qəbuluna düşəcəm. Ancaq 2 gün sonra təkrar olaraq məni və azyaşlı qızım Esmiranı da bir maşına qoyub apardılar tamam başqa bir sahibsiz və yiyəsiz yerə. Orada Pərvanəni də gördüm. Dedi ki, bu ölkədə bank sahibi 2-3 nəfər adam var, biri də mənəm. Yanındakı adamlara azyaşlı qızımı zorlamaq əmri verdi. Mən əvvəlcə buna inanmadım. Düşündüm ki, bu qədər də qəddar olmazlar ki, azyaşlı uşağın başına oyun açsınlar. Sonra baxdım ki, qızımın əynindəki paltarı cırmağa başlayırlar. Belə olan halda nə qədər yalvadımsa, mümkün olmadı ki, olmadı. Axırda bu cür hərəkətə dözə bilməyib məndən nə desələr onu edəcəklərini bildirdim. Pərvanə mənə dedi ki, ”sən qızını da götür, bu ölkədən çıx, bu ölkədə sənə yer yoxdur". Azyaşlı qızımın başına oyun açacaqlarının real olduğunu, hüquq-mühafizə orqanlarının hərəkətsizliyini görüb ölkədən çıxmağa razılaşdım. Pərvanənin qolçomaqları bizi Bakı Dəmiryol vağzalından yola saldılar".

N.Kərimova Rusiyadan 1 həftə əvvəl geri döndüyünü və mülklərinin geri qaytarılmasını tələb etdiyini yazır.

C.Yusifov deyir ki, N.Kərimovanın müraciətlərindən sonra qadını hədələməyə başlayıblar, ona qarşı cinayət işi başladılacağını bildiriblər. Vəkil baş verən qanunsuzluqlarla bağlı yaxın günlərdə mətbuat konfransı keçiriləcəyini və şok faktlar açıqlayacağını da söyləyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunu qəbul edib

    İlham Əliyev “Rusiya Dəmir Yolları” ASC-nin baş ...

    6-05-2019, 12:03

  • 
  • QSC-də Əlirza Süleymanov erası bitir - onun yerinə Ukraynadan kadr gətirilir

    QSC-də Əlirza Süleymanov erası bitir - onun ...

    31-10-2018, 14:19

  • 
  • 7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

    7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının ...

    17-10-2018, 15:16

  • 
  • CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! – “Azərbaycan Dəmir Yolları”na ŞOK tövsiyə

    CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! – ...

    16-04-2019, 16:35

  • 
  • İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında

    İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının ...

    19-11-2019, 12:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu