Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Baş Prokuror cənab Zakir Qaralova
Surəti: Daxili İşlər Naziri cənab Ramil Usubova
Masallı rayonu Ərkivan qəsəbəsinin sakini Kazımov Elxan Dəmir oğlunun müraciətinə əsasən 7GUN.az 24 sentyabr 2018-ci il tarixdə "Uydurulmuş hadisənin istintaq qərarı-Masallıda biabırçılıq" başlıqlı məqalə dərc etmişdi. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti 26 sentyabr 2018-ci il tarixdə həmin məqələ ilə bağlı açıqlama vermişdi. 30 sentyabr 2018-ci il tarixdə biz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasına birtərəfli və qərəzli olduğuna görə cavab vermişdik. Dərc edilən məqalədə qaldırılan problemlər sosial və ictimai əhəmiyyətə malik olduğuna görə hüquq mühafizə orqanlarının rəhbərliyi tərəfindən şikayətçi Elxan Kazımovun iştirakı ilə araşdırma aparılıb müvafiq hüquqi tədbirlərin həyata keçirilməsini gözləyirdik. Lakin hal-hazıra kimi hüquq mühafizə orqanlarının müvafiq strukturları tərəfindən şikayətçinin müraciətində ittiham olunan Masallı rayon Polis Şöbəsinin əməkdaşları barəsində hansı hüquqi tədbirlərin həyata keçirilməsi haqqında ictimaiyyətə və redaksiyamıza heç bir məlumat verilməmişdir.
7GUN.az olaraq ümid edirik ki, müraciətimiz obyektiv araşdırılıb ictimaiyyətə məlumat veriləcəkdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?