GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ağstafa Mərkəzi Xəstəxanasında İlham Mustafayevin “hoqqaları”

Ağstafa Mərkəzi Xəstəxanasında İlham Mustafayevin “hoqqaları”

Tarix: 13-05-2015, 22:01 Bölmə :Manşet Baxış: 0
Ağstafa Mərkəzi Xəstəxanasında İlham Mustafayevin “hoqqaları”

Bildiyimiz kimi, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə yüzlərlə yeni tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Tibb müəssisələri müasir avadanlıqlarla təmin olunub. Ölkə prezidentinin müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, bu gün ölkə əhalisinin böyük bir hissəsi keyfiyyətli səhiyyə xidmətindən istifadə edə bilmir. Təbii ki, bu da bir çox səbəblərlə izah oluna bilər. Başlıcası isə yarıtmaz kadr potensialı ilə ölçülür. Səhiyyə sistemində adicə, mərkəzi xəstəxanalara təyin olunmuş kadrlar bu sahəyə yalnız gəlir mənbəyi kimi baxırlar. Ümumiyyətlə, respublika səhiyyəsində təklif olunan xidmətlərin keyfiyyəti inkişaf etmiş ölkələrə nisbətən xeyli aşağıdır. Məhz bu səbəbdən əhalinin bir qədər imkanlı təbəqəsi Azərbaycanın səhiyyə sisteminə etibar etmədiyindən xaricə üz tutmaq məcburiyyətində qalırlar. Son vaxtlar bu hal, yəni vətəndaşların müayinə və müalicə məqsədilə xaricə üz tutması daha da çoxalıb. Bu isə insanların səhiyyəmizə etibar etməməsinin göstəricisidir. Əgər belədirsə, bəs onda dövlət nəyə görə səhiyyə sektorunun inkişafına hər il milyonlarla vəsait ayırır?

Etiraf edək ki, paytaxtla müqayisədə bölgələrdə yerləşən səhiyyə mərkəzlərində vəziyyət daha acınacaqlıdır. Buna misal olaraq, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında (RMX) üzə çıxan neqativ halları göstərmək olar. Rayon sakinlərindən əldə etdiyimiz məlumatlara görə, mərkəzi xəstəxananın baş həkimi İlham Mustafayevin işinə düzgün yanaşmaması səbəbindən ciddi problemlər meydana çıxıb. İnsaf naminə bildirmək istəyirik ki, rayonda səhiyyənin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlər görülür. Belə ki, mərkəzi xəstəxana 2008-ci ildə əsaslı şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilib. 150 çarpayılıq xəstəxana dünya standartlarına uyğun tibbi avadanlıqlar, süni tənəffüs aparatları, monitorlar, dərman preparatları və gündəlik qida, həmçinin istilik və lüks iki çarpayılı otaqlarla təmin olunub. Eləcə də rayonda fəaliyyət göstərən tibb müəssisələrində tədricən bu cür şərait yaradılır. Amma Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayevin, həmçinin onun tabeliyində çalışan bəzi həkimlərin fəaliyyəti bizi qane etmir. Ona görə ki, xəstəxanada pulsuz tibbi xidmət tətbiq olunmur. Bura müraciət edən insanlardan "şirinlik" adı altında nə isə tələb edilir. Sözsüz ki, belə xoşagəlməz hadisələrin qeydə alınması rayonun səhiyyə sisteminə sarsıdıcı zərbə vurur. Onu da qeyd etmək yerinə düşərdi ki, İlham Mustafayev gələn gündən xəstəxanada rüşvət və korrupsiya düz 2 dəfə artıb.

...Yaxşı yadımızdadır. Bu şəxs Ağstafa Rayon Mərkəzi Xəstəxanasına baş həkim gələndə belə söz-söhbət yayıldı ki, guya səhiyyə naziri Mustafayevi göndərib ki, getsin Ağstafa səhiyyəsini düzəltsin. Həkim də isti ev-eşiyini Bakıda qoyub Ağstafaya gedib. Əsla, bu da onun öz sözü imiş. Hazırda, məşhur bir mühasib lazımdır ki, Mustafayevin vaqon götürməz pulunu hesablaya...

Mustafayev əslən Qazax rayonunun Cəfərli kəndindədir. Həmin kənd də bədnam ermənilərlə həmsərhəddir. Burada o gün olmaz ki, atışma səsləri eşidilməsin. Əlbəttə, belə kəndin oğluna yaraşmaz ki, bacı-qardaşlarının başına güllə yağdırıldığı halda, bu da ağstafalılara zülm edərək onların varını-yoxunu əllərindən alsın. Səhiyyə Nazirliyinin rəhbərliyi də dəfələrlə bəyan edib ki, dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində xidmətlər pulsuzdur. Biz isə Ağstafanın səhiyyə ocaqlarında pulsuz tibbi xidməti müşahidə edə bilmirik. Baş həkim vəzifəsinə biganə münasibət göstərir. Çünki, özü rüşvəti tabeçiliyində olanlardan daha çox alır. Xəstəxananın demək olar ki, bütün şöbələrində qanun pozuntularına rast gəlmək mümkündür. Belə ki, dövlət rayonun imtiyazlı xəstələri üçün hər il dərman preparatları və digər tibbi ləvazimatları ayırır. Buna baxmayaraq, həmin dərman və ləvazimatlar ünvanına çatmır. Daha doğrusu, xəstəxananın bəzi məsul əməkdaşları pulsuz dərmanları vətəndaşlara paylayarkən onlardan nə isə umurlar. Burada yatan xəstələrin qidalanması da istənilən səviyyədə deyil. Dövlət tərəfindən xəstələrin yüksək səviyyədə qidalanması üçün ərzaq məhsullarının ayrılmasına baxmayaraq, xəstə ziyarətinə gələn insanlar özləri ilə yemək gətirirlər.

RMX-nin doğum şöbəsində vəziyyətin daha kritik olduğunu deyən sakinlərin sözlərinə görə, bəzi həkimlərin işinə məsuliyyətsiz yanaşması ana və uşaq ölümü hallarının qeydə alınmasına gətirib çıxarır: "Keçən il ərzində doğum şöbəsində bir neçə xoşagəlməz hadisə qeydə alındı. 1988-ci il təvəllüdlü Təranə Əhmədova martın 2-də Ağstafa Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Martın 3-də isə ana dünyasını dəyişib. Bu hadisədən sonra Səhiyyə Nazirliyi məsələyə müdaxilə etdi.

Nazirliyin Doğuşayardım Komissiyasının iclasında Ağstafa Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş vermiş ölüm hadisələri təhlil edilərkən bu tibb müəssisəsində doğuşayardım xidmətinin həyata keçirilməsində ciddi nöqsanların olduğu aşkar edilib. Komissiya Ağstafa Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Ziba Məmmədovanın tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edib. Bundan əlavə, ana ölümləri ilə əlaqədar aidiyyəti olan Ağstafa rayon Muğanlı kənd sahə xəstəxanasının baş həkimi İ.Sofiyevə xəbərdarlıq, mama-ginekoloq M.Qocayevaya töhmət verilməsi barədə qərar verilib. Bütün bunlara rəğmən, doğum şöbəsində vəziyyət hələ də düzəlmək bilmir. Əfsus ki, baş həkim rayonun səhiyyə sistemindəki problemlərin aradan qaldırılması haqda heç nə fikirləşmir. Elə bu səbəbdən Ağstafanın səhiyyəsinin məhvi gündən-günə daha da sürətlənir".

Mustafayev həm də korrupsiyanın içində olan şəxsdir. Dövlət vəsaitini MMC-lərin əli ilə göyə sovurur. Məsələn, bu adam elə hesab edir ki, hər şey başlı-başına və nəzarətsizdir. 2014-cü ildə mərkəzi xəstəxanaya ayrılan 39.338 manat dəftərxana xərcini fiziki şəxs Salmanlı Sabir Etibar oğlunun əli ilə nəğdləşdirmişdir. Əsaslı təmir üçün 80.896 manat, cari təmir üçün 39.400 manatın haraya xərcləndiyi sual altındadır.

Ağstafa səhiyyəsinin tabeçiliyindəki tibb məntəqələri yenə həmin vəziyyətdəcə qalır. Uzağı üzündən boya ilə boyanmış ola, ya olmaya. Bu nə deməkdir? Baş həkimin bu işləri, sadəcə hələ ki, bizə sızan balaca bir məlumatdır. Görün, bilmədiklərimiz nələr vadır.

Güman edirik ki, Səhiyyə Nazirliyi baş həkim İlham Mustafayevin çirkin əməllərinə göz yummayacaq, lazımi tədbir görəcəkdir.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

İlham Hacalı

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri - YENİLƏNİB

    Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri - ...

    29-04-2016, 20:04

  • 
  • Şəkidə yeni həbsxana tikilib

    Şəkidə yeni həbsxana tikilib ...

    29-07-2013, 16:45

  • 
  • Ağstafa Səhiyyə Şöbəsində hoqqabazlıq

    Ağstafa Səhiyyə Şöbəsində hoqqabazlıq ...

    6-10-2015, 22:14

  • 
  • Səhiyyə Nazirliyinin üstünü toz basmış on milyonları...

    Səhiyyə Nazirliyinin üstünü toz basmış on ...

    27-01-2014, 14:07

  • 
  • Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı varmı? - Açıqlama

    Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı ...

    30-06-2020, 23:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu