GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səhiyyə Nazirliyinin üstünü toz basmış on milyonları...

Səhiyyə Nazirliyinin üstünü toz basmış on milyonları...

Tarix: 27-01-2014, 14:07 Bölmə :Manşet Baxış: 1 315
Səhiyyə Nazirliyinin üstünü toz basmış on milyonları...
Lerik mərkəzi rayon xəstəxanasında 1 milyon dollara alınan müayinə aparatının işlədilməsi üçün mütəxəssis olmaması haqqında ölkə mətbuatında yer alan məlumat son illər səhiyyə sahəsində aparılan islahatların səviyyəsini göstərdi.

Məlum oldu ki, tikilən xəstəxanalar yalnız görüntü xarakteri daşıyır. Bəs niyə belədir?

Virtualaz.org saytı xəstəxanaların yenidən qurulması, avadanlıqla təchizatı və mütəxəssis hazırlığı sahəsində araşdırma aparıb.

Yüz milyonluq diaqnostika mətkəzləri...

Qeyd edək ki, son illər paytaxt da daxil olmaqla 12 bölgədə diaqnostika mərkəzləri tikilib. Dövlət Neft Şirkətinin maliyəsi ilə Naxçıvan, Lənkəran, Cəlilabad, Şirvan, Xızı, Gəncə, Bərdə, Quba, Zaqatala, Qəbələ və Şamaxıda Müalicə Diaqnostika Mərkəzləri inşa olunub. Bu mərkəzlər demək olar ki, eyni layihəyə əsaslanır. Hər bir mərkəzdə inzibati, qəbul, hemodializ, konsultativ poliklinika, cərrahiyə profilli 20 çarpayılıq stasionar, anesteziologiya və reanimasiya şöbələri fəaliyyət göstərir.

Bundan əlavə, köməkçi müalicə-diaqnostika bölməsinə Funksional Diaqnostika (ultrasəs müayinəsi (USM), elektrokardioqrafiya (EKQ) və exokardioqrafiya (Exo KQ) daxil edilib. Diaqnostika mərkəzlərində şüa diaqnostikası-rentgen müayinəsi, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiya-MRT, fizioterapiya-masaj, elektriklə və işıqla müalicə, laboratoriya şöbələri - biokimyəvi, hematoloji, immunoloji-seroloji və mikrobioloji də var.



ARDNŞ bu mərkəzlərin tikintisinə 100 milyon manatdan çox vəsait xərcləyib. Belə ki, Cəlilabadda tikilən Diaqnostika Mərkəzinə 9 milyon, Bərdədə 11 milyon, Gəncədə 13 milyon manat sərf edilib.

Amma tikintisinə on milyonlarla manat sərf edilən diaqnostika mərkəzlərinə xəstə axını gözlənilən səviyyədə olmadı. Bunun əsas səbəbi isə müasir aparatlarla işləyəcək mütəxəssislərin olmamasıdır.

Qeyd edək ki, diaqnostika mərkəzləri ilə yanaşı mərkəzi rayon xəstəxanaları da əsaslı təmir edilib, yeni avadanlıqlar quraşdırılıb. Məsələn, Səhiyyə Nazirliyi tərəfindən yeni təmir edilmiş Göyçay mərkəzi rayon xəstəxanasına dəyəri 30751 manat olan ultrasəs müayinə aparatı verilib. Cərrahi şöbəyə büdcə hesabına öd yollarında kiçik ölçüdə kəsik aparmaqla cərrahi əməliyyat keçirməyə imkan verən “Mini assistent” aparatı alınıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, son illər müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi istifadəyə verilib. 2012-ci ildə 38 tibb müəssisəsi, 2013-cü ildə isə 100-ə yaxın səhiyyə obyekti yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib.

Nazirliyin məlumatında qeyd edilir ki, dövlət büdcəsindən ayrılan vəsaitin əsas hissəsi xəstəxanaların təmirinə və yenilərinin tikilməsinə, köhnəlmiş tibb avadanlıqlarının yenilənməsinə sərf olunub.

Bəs səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb?

2012-ci ildə səhiyyəyə ayrılan xərclər 660 milyon manatı ötüb. 2013-cü ilin dövlət büdcəsindən isə səhiyyə xərcləri üçün 666,3 milyon manat ayrılıb. Ayrılan vəsaitin 326,8 milyon manatı xəstəxanaların, 98,8 milyon manatı yerli poliklinika və ambulatoriyaların saxlanılmasına, 232,4 milyon manatı səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 9,1 milyon manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldilib.

Həmçinin səhiyyə xərcləri üçün ayrılan vəsaitin 173,9 milyon manatı məqsədli proqram və tədbirlərin - vərəmlə mübarizə, səhiyyə müəssisələrinin yenidən qurulması, ana və uşaqların sağlamlığının qorunması və digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilib.



Onu da qeyd edək ki, səhiyyə müəssisələrinin inşası, yeni avadanlıqların alınması yalnız büdcə vəsaiti hesabına həyata keçirilmir. Heydər Əliyev Fondu, Dövlət Neft Şirkəti və nazirliyin əməkdaşlıq etdiyi xarici təşkilatlar da bu sahəyə yardım edib. Məsələn, son illər Heydər Əliyev Fondu sosial yüklü əsas xəstəxana, doğum evi, müalicə mərkəzlərinin inşasını həyata keçirib.

500 müəssisənin avadanlığı və...

Son dövrlər inşa edilən tibb müəssisələrinin yenidən qurulmasına sərf edilən ümumi vəsait bəllidir. Amma avadanlıqların alınmasına sərf edilən vəsait haqqında nə nazirliyin saytında, nə də açıqlamalarda statistikaya rast gəlinmir. Nazirliyə ünvanlanan suallara isə “araşdırmadan sonra cavab verərik” kimi cavablar verilir.

Amma nəzərə alaq ki, 500 müəssisənin demək olar hamısında MRT (maqnit rezonans tomoqrafiya) aparatı quraşdırılıb, deməli, avadanlıqların alınmasına ən azı 500 min manata qədər vəsait sərf olunur. Bilməyənlərin nəzərə çatdıraq ki, MRT müayinəsi bahalı müayinələrin sırasındadır (120-250 manat) və qiymətlər aparatın, eləcə də müayinədə işlədilən avadanlıqların bahalığı ilə izah olunur.

Xatırladaq ki, Lerik mərkəzi rayon xəstəxanasında neçə illərdir mütəxəssis yolu gözləyən Cənubi Koreya istehsallı aparatın qiyməti isə 800 min manatdır. Bu aparatdan Cəllilabad, Bərdə və yenilənmiş digər rayon xəstəxanalarında da var.

Lerik xəstəxanasından deyirlər ki...

Yuxarıda göstərdiyimiz problemlə, yəni mütəxəssis çatışmazlığı ilə bağlı nazirliyə rəsmi müraciət edilib-edilmədiyini öyrənmək üçün Lerik mərkəzi rayon xəstəxanası ilə əlaqə yaratmaq istədik. Amma xəstəxanadan suallara cavab vermək istəmədilər.

Lerik Rayon İcra Hakimiyyətindən isə münasibət belə oldu: “ANS-di də, nə gəldi çəkir. İTV olsaydı, bu cür xəbər verməzdi. Bizdə mütəxəssis də var, həkim də. Bakıya ayda bir-iki xəstə gedə bilər, bütün rayon sakinləri yerli həkimlər tərəfindən müalicə edilir”.

Səhiyyə Nazirliyindən isə məsələyə münasibət açıqlayacaqlarını vəd etdilər. Yəni mütəxəssis hazırlığı ilə bağlı narahat olanlar hələ gözləsələr yaxşıdır.

Müəssisələrin yenilənməsi yaxşıdır, amma...

Tibb elmləri doktoru, professor Adil Qeybulla virtualaz.org saytına açıqlamasında tibb müəssisələrinin yenidən qurulmasına, müasir avadanlıqların alınmasına tərəfdardır, amma...



Professor hesab edir ki, yeni avadanlıqlar alınarkən mütəxəssis hazırlığına da diqqət yetirilməlidir: “Mütəxəssis çatışmazlığı xüsusilə bölgələrdə daha dərindən hiss edilir. Bu isə xəstələrin haqlı şikayətlərinə səbəb olur. Doğrudur, hazırda azərbaycanlı mütəxəssislər Türkiyə və Avropa ölkələrində hazırlıq kursu keçirlər, ancaq bu da yetərli olmur. Buna görə də hələ bir müddət mütəxəssis çatışmazlığı problem olaraq qalacaq”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev isə səhiyyə sahəsində islahatların birtərəfli aparıldığını hesab edir. İqtisadçı virtualaz.org saytına açıqlamasında nazirliyi ittiham etdi: “Tibb müəssisələri Dövlət Neft Şirkətinin, həm də dövlət büdcəsinin vəsaiti hesabına yenidən qurulur, müasir avadanlıqlar alınır. Amma tibbi təhsil sahəsində yenilikləri müşahidə etmirik. Nə Tibb Universitetində, nə də iki tibb texnikumunda müasir aparatlarla işləməyi bacaracaq mütəxəssislər hazırlanmır. Səhiyyə Nazirliyi yalnız azərbaycanlı həkimləri xaricə kursa göndərir ki, bu da mütəxəssis hazırlığı üçün yetərli deyil”.



A.Mehdiyev dedi ki, dövlət hesabına xaricə oxumağa gedən tələbələr arasında müasir avadanlıqlarla işləmək istəyənlər yoxdur: “Xaricdə oxumağa gedənlər arasında bu sahəyə maraq göstərənlər yoxdur, nazirlik isə təklif vermir. Görünən odur ki, Səhiyyə Nazirliyinin islahatlar siyasəti birtərəflidir, yalnız pula əsaslanır. Sanki “baxın, pulumuz var, avadanlıq alırıq” görüntüsü yaradılır. Halbuki islahatlara sistemli yanaşmaq lazımdır”.

Ekspert özəl tibb müəssisələrinin fəaliyyətinə də toxundu: “Özəl tibb müəssisələrinin sayı artıb. Amma bu amil nə qiymətə, nə də keyfiyyətə təsir etmir. Hələ də xəstələr xaricə axın edir. Çünki bizdə qiymətlər bahadır. Özəl tibb klinikaları xaricdən həkim gətirir, onların reklamı ilə məşğul olur. Niyə Səhiyyə Nazirliyi mütəxəssis hazırlığına nəzarət etmir?”

Qeyd edək ki, texnika, tibb sahəsi ildən-ilə inkişaf edir. 2-3 il əvvəl alınan, mütəxəssis olmadığından üstünü toz basmış avadanlıqların yeninə daha mükəmməli istehsal edilir. Nazirlik isə yeniliklərə avadanlıqla deyil, mütəxəssislərlə başlamalıdır. Ən azı bu haqda düşünməlidir...

Ülviyyə Xudiyeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyəmizdəki korrupsiya və rüşvət bataqlığı

    Səhiyyəmizdəki korrupsiya və rüşvət bataqlığı ...

    29-03-2015, 14:28

  • 
  • Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzinin baş həkimi haqda ŞOK DOSYE

    Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzinin ...

    2-06-2016, 23:42

  • 
  • Ağdamda ermənilərin yaraladıqları 6 mülki şəxsdən 3-ü Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib - FOTO

    Ağdamda ermənilərin yaraladıqları 6 mülki şəxsdən ...

    29-04-2016, 11:46

  • 
  • İmtahan vaxtları bilindi

    İmtahan vaxtları bilindi ...

    15-05-2015, 13:30

  • 
  • Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah həkimi bıçaqladı

    Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah ...

    31-08-2013, 12:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu