GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Müflis olan şirkətlərin qapısını vergi müfəttişləri döyür

Müflis olan şirkətlərin qapısını vergi müfəttişləri döyür

Tarix: 14-05-2015, 12:51 Bölmə :Manşet Baxış: 0
Müflis olan şirkətlərin qapısını vergi müfəttişləri döyür

Üç şirkətin vergidən yayınması ilə bağlı cərimə kəsilib, məhkəmə cərimə olunan sahibkarların şikayətini rədd edib

Vergi münasibətləri bölüşdürücü xarakterli olduğundan ictimai tərəqqi bu münasibətlərin inkişaf səviyyəsindən asılıdır. İqtisadiyyatda bazar münasibətlərinin formalaşdırılması istiqamətində islahatların həyata keçirilməsi səmərəli vergitutma sistemi yaratmadan mümkün deyil. Vergi münasibətlərinin təkmilləşdirilməsi bütün dövlətlərin fəaliyyətlərinin ən vacib, eyni zamanda mürəkkəb sahələrindən hesab olunur. Sosial yönümlü bazar iqtisadiyyatlı bütün ölkələrdə vergi sistemi iqtisadiyyatın tənzimlənməsində, büdcə gəlirlərinin formalaşmasında, qiymət artımının məhdudlaşdırılmasında, infilyasiyanın qarşısının alınmasında, dövlət maraqlarının əsas daşıyıcısı kimi çıxış edir. Vergi sistemi təkrar istehsal prosesinin iştirakçılarının iqtisadi maraqlarını ifadə etməklə, onların tarazlığını və bununla da ictimai tərəqqini təmin edir.

Bütün bunlar vergi sisteminin nəzəri və praktiki məsələlərinin hərtərəfli araşdırılmasının vacibliyi ön plana çəkilir. Optimal vergi sisteminin qurulması vergitutmanın metodoloji və metodiki əsaslarına yenidən baxılmasını tələb edir. Vergilər yalnız proqnozlaşdırılmış büdcənin təmin edilməsi aləti deyil, həm də iqtisadiyyatın inkişafının güclü stimuluna çevrilməlidirlər. Vergilər iqtisadi münasibətlərin təkmilləşməsinə, maraqların tarazlaşmasına, paritet əsaslarla mülkiyyətin bütün formalarının inkişafına kömək etməlidir.

“Xaricdən müxtəlif mal-materiallar idxal edərək Azərbaycanda satışını təşkil etmişəm”

Laçın rayon sakini, 1955-ci il təvəllüdlü Adil Şirinov da vergi ödəyicisi olub. Onun sözlərinə görə, “Modern-M”, “Clascom-SN” və “Realiti-Az” MMC-nin fəaliyyətinə rəhbərlik edib. O qeyd edib ki, vergidən yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 2 min manat miqdarında cərimə olunub.

Adil Şirinov bildirib ki, kommersiya fəaliyyəti ilə məşğul olmaq və xaricdən müxtəlif mal-materialların idxalı və satışı ilə məşğul olmaq qərarına gəlib: “Lakin bu əməliyyatları öz adımdan yox, digər şəxsin adından həyata keçirmək istəmişəm. Bununla əlaqədar 2005-ci ilin aprel ayında dostum Rahiv İsmayılovun vasitəsi ilə onun kiçik qardaşı Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini Ramin İsmayılov ilə tanış olmuşam. Ramin təklifim ilə Qəbələ şəhərində yerləşən 10 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxs kimi qeydiyyata duraraq 4400115402 №-li VÖEN almışıq. Ramin İsmayılov öz möhürünü, ƏDV şəhadətnaməsini, pin kodunu mənə verib. Həmin sənədlər əsasında İsmayılovun adına bir neçə kommersiya bankında hesablaşma hesabı açaraq kommersiya fəaliyyətinə başlamışıq. Ramin İsmayılovun VÖEN-dən istifadə etməklə xaricdən müxtəlif mal-materiallar idxal edərək Azərbaycanda satışını təşkil etmişəm”.

“İki dəfə səyyar vergi yoxlaması keçirilib”

Onun sözlərinə görə, hesabatlarını və bəyannamələrini vergi orqanına təqdim edib, dövlətin vergilərini ödəyib: “Ramin İsmayılovun VÖEN-dən istifadə etdiyim müddətdə 2 dəfə səyyar vergi yoxlaması keçirilib. Birinci dəfə yoxlama 10 dekabr 2008-ci il tarixdə başlanıb və 4 fevral 2009-cu il tarixdə başa çatdırılıb. Həmin yoxlama 1 noyabr 2005-ci ildən 1 noyabr 2008-ci ilə kimi dövrü əhatə edib. Yoxlama zamanı fərdi sahibkarın fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilməyib”.

O, bildirib ki, “Bank of Azerbaijan” ASC 18 saylı filialının müdiri vəzifəsinə təyin olunub: “Ramin Bankın işləri çox vaxt tələb etdiyindən, kommersiya fəaliyyətində yaranan problemlərə kifayət qədər vaxt ayıra bilməmişəm. Xaricdən idxal etdiyi mallar əsasən Xaçmaz və Sumqayıt gömrük idarələrinə daxil olduğu üçün 2008-ci ilin yazında “Fortuna” şirkətində işləyən, əslən Xaçmaz rayonundan olan tanışım Səməd Məmmədova müraciət edərək, Xaçmaz rayonunda yaşayan və gömrük sənədləşməsindən başı çıxan bir adam tapmasını xahiş etdim. Məqsədim həmin şəxsin gömrükdə yaranan problemləri həll edə bilməsi ilə bağlı olub”.

“Vergi bəyannamələrini tərtib edərək 10 saylı ƏVİ-yə təqdim etmişəm”

Adil Şirinov bildirib ki, 2008-ci ilin may ayında Səməd Məmmədov öz həmyerlisi Elşən Abdullayevi onunla tanış edib: “Elşən Abdullayev təklifini qəbul edərək Xaçmaz və Sumqayıt Gömrük idarələrindən fiziki şəxs Ramin İsmayılovun adına gəlmiş və görmük rəsmiləşdirilməsindən keçmiş malların yük gömrük bəyannamələrini və digər sənədlərini qəbul edib və Bakıda mənə çatdırmağı, gömrükdə yarana biləcək problemləri öz imkanları daxilində həll etməyi öhdəsinə götürüb. Buna görə Qəbələ rayonundan Ramin İsmayılovu Bakıya çağıraraq 27 may 2008-ci il tarixdə 29 saylı dövlət notariat kontorunda Elşən Abdullayevə 3 il müddətinə etibarnamə vermişik. Elşən Abdullayevin Xaçmaz və Sumqayıt gömrük idarələrindən götürdüyü yük gömrük bəyannamələri və digər sənədləri əsasında, vergi bəyannamələrini tərtib edərək Ramin İsmayılovun adından 10 saylı ƏVİ-yə təqdim etmişəm. Buna görə Ramin İsmayılova və Elşən Abdullayevə 50-100 manat məbləğində pul vermişəm”.

“Gəlir əldə edə bilməmişik”

Dövlət büdcəsinə ödəməkdən yayınması ilə əlaqədar məsələyə toxunan Adil Şirinovun sözlərinə görə, “Bank of Azərbaijan” ASC-nin 18 saylı filialının müdiri işləyərkən 2008-ci ilin axırlarında Oqtay Mirzəyev ilə tanış olub və birlikdə kommersiya fəaliyyəti ilə məşğul olmaq qərarına gəliblər: “Bunun üçün “Modern-M”, “Clascom-SN” və “Realiti-Az” MMC-ni əldə edərək alqı-satqı əməliyyatları aparmağa başlamışıq. Hər bir cəmiyyətin alınmasına 300 manat, cəmi 900 manat pul vermişəm. Cəmiyyətlərin təsisçisi və direktoru vəzifəsində Oqtay Mirzəyev rəsmiləşdirilsə də, faktiki rəhbərliyi özüm həyata keçirmişəm. Öz aramızda belə razılığa gəldik ki, əldə etdiyimiz firmalar vasitəsi ilə kommersiya fəaliyyəti ilə məşğul olaraq, alqı-satqı əməliyyatları aparaq, dövlətin vergisini və digər məcburi ödənişləri yerinə yetirdikdən sonra əldə olunmuş gəliri bölüşdürək. Tapşırığım ilə Oqtay Mirzəyev lazım olan müqavilələri, vergi hesab-fakturalarını, qaimə-fakturaları, bank çeklərini, mədaxil orderlərini imzaladı. Mal-material almaqdan ötrü

banklardan nağd pul vəsaitlərini çıxarmışıq, mal alınması üçün bəzən bir yerdə getmişik, bəzən isə Mirzəyevi göndərmişəm. Malları alıcı təşkilatlara adətən Oqtay Mirzəyev verib. “Modern-M”, “Clascom-SN” və “Realiti-Az” MMC-nin hesablaşma hesabı bir neçə bankda açılıb, o cümlədən müdiri olduğum “Bank of Azərbaijan” ASC-nin 18 saylı filialında da olub. Bundan başqa, göstərişim ilə Oqtay Mirzəyev “Modern-M”, “Clascom-SN” və “Realiti-Az” MMC-nin hesablaşma hesablarını “Ekpressbank” ASC-də açmışıq. Həmin müəssisələrin hesablarına daxil olmuş pul vəsaitləri mal-materialların alınmasına sərf olunub, hesablara daxil olmuş nağd pul vəsaitlərini Mirzəyev Oqtayın özü çıxarıb və bu vəsaitlərə mal-material alınaraq sifarişçi təşkilatlara satılıb. Birlikdə müəssisələri işlədərək vergiləri və məcburi ödənişləri aparandan sonra, faktiki gəlir əldə edə bilməmişik. Bir neçə ay işləyəndən sonra müəssisələrin fəaliyyəti faktiki dayandırılıb”.

Yoxlama və vergidən yayınma

Onun sözlərinə görə, müəssisələrin hesabatlarını Oqtay Mirzəyevlə birlikdə hazırlayıb və internet vasitəsi ilə vergi orqanına təqdim ediblər: “Əldə etdiyimiz 3 müəssisə, yəni “Modern-M”, “Clascom-SN” və “Realiti-Az” MMC təxminən 2-3 ay işləyəndən sonra faktiki fəaliyyətlərini dayandırıblar. Tezliklə hər 3 müəssisədə səyyar vergi yoxlamaları keçirilib və vergidən yayınma faktları aşkar edilib. Yoxlama ilə müəyyən edilib ki, cəmiyyət tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilməklə 27.766,08 manat əlavə dəyər vergisi, 65.830,09 manat mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 93.596,17 manat vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılıb.

Adil Şirinov bildirib ki, “Clascom-SN» MMC-nin 1 aprel 2009-cu ildən, 1 aprel 2010-cu ilədək fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması keçirilib və nəticələri 15 iyul 2010-cu il tarixli 0900777026258236 №-li aktla r əsmiləşdirilib: “Yoxlama ilə müəyyən edilib ki, cəmiyyət tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilməklə külli

miqdar təşkil edən 179.529,03 manat əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməkdən yayındırılıb. 19 noyabr 2009-cu il tarixdən 20 may 2010-cu il tarixədək olan müddətdə “Realiti-Az” MMC-nin 1 aprel 2009-cu ildən, 1 yanvar 2010-cu ilədək fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması keçirilib və nəticələri 20 may 2010-cu il tarixli 0900777026154851 №-li aktla rəsmiləşdirilib. Yoxlama ilə müəyyən edilib ki, cəmiyyət tərəfindən vergi orqanına 2009-cu ilin yekunları üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsinə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilməklə 45.055,52 manat məbləğində mənfəət vergisi dövlət büdcəsinə ödənilməkdən yayındırılıb”.

Adil Şirinovun sözlərinə görə, aparılmış vergi yoxlamalarında onun iştirakı təmin edilməyib: Yoxlamada iştirakım olmadığından Ramin İsmayılovun adından olan fəaliyyəti və işlətdiyi cəmiyyət tərəfindən aparılmış əməliyyatların sənədləri yoxlayıcıya tam təqdim olunmadan nəticə aktı yazılıb”.

Onun sözlərinə görə, barəsində cərimənin ləğv edilməsi barədə apelyasiya şikayəti verib. O, qeyd edib ki, Sumqayıt Apellyasiya Məhkəməsində işə baxan hakimlər onun şikayətini təmin etməyiblər. Oqtay Mirzəyev bildirib ki, aparılmış vergi yoxlamalarında onun iştirakı təmin edilməyib. Onun sözlərinə görə, yoxlamalar nəticəsi olaraq cəzalandırılıb.

Vergidən nə qədər vəsait yayındırılıb?

Mülki iddiaçı Bakı Şəhər Vergilər Departamentinin rəis müavini, baş vergi xidmət müşaviri Zahid Xəlilov bildirib ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2013-cü il tarixli 7894 saylı, 28 avqust 2013-cü il tarixli 13413 saylı və 28 fevral 2014-cü il tarixli 1701 saylı rəylərinin nəticələri tam əsassızdır: “Məhkəmə həmin ekspert rəylərinə istinad etməklə Adil Şirinov və Oqtay Mirzəyev tərəfindən cəmi 3036, 98 manat məbləğində vergilərin ödənilməkdən yayındırılması qənaətinə gəlib. Bu səbəbdən qeyd edilən ekspert rəylərinə istinad edə bilməz. Məhkəmə istintaqı zamanı alınmış qeyd

olunan rəylər ibtidai istintaq zamanı alınmış ekspert rəyləri ilə kifayət qədər ziddiyət təşkil edib və həmin rəylərin məhkəmə baxışı zamanı əsassız olduğu aparılmış araşdırma ilə tam sübuta yetirilib. Belə olan halda məhkəmə qeyd olunan ekspert rəylərini sübut kimi qəbul etməyərək etibarsız hesab etməli idi. Qeyd edilənlərə baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsi qərar verərkən sadalanan bu halları nəzərə almadan qanunvericiliyin tələblərini kobud şəkildə pozub. Bakı Şəhər Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan “Modern-M” MMC-də (VÖEN:1501402951) 93596,17 manat, “Classkom-SN” MMC-də (VÖEN: 1900871211) 179529, 03 manat və “Realiti-Az” MMC-də ( VÖEN: 1900870831) 45055, 52 manat olmaqla ümumilikdə 318180,72 manat məbləğində dövlət büdcəsinə ödənilməkdən yayındırılıb”.

İş üzrə rəy verən ekspert Fəzirxan Cəfərovun sözlərinə görə, məhkəmə tərəfindən iş üzrə təyin edilmiş 27 fevral 2013-cü il tarixli birinci mühasibat ekspertizası onun tərəfindən aparılaraq rəy verilib: “Fərdi sahibkar Ramin İsmayılovun VÖEN-i əsasında fəaliyyət göstərən Adil Şirinov yoxlamada iştirak etmədiyindən və sənədləri təqdim etmədiyindən onun fəaliyyətinə yoxlayıcının əldə edə bildiyi sənədlər əsasında Yevlax rayonunda fəaliyyət göstərən sahibkar İsmayılovun fəaliyyətinə əsasən qiymət verilib. Adil Şirinov tərəfindən Ramin İsmayılovun fəaliyyəti ilə əlaqədar sənədlər təqdim edilərək ekspertiza təyin edilib. Tərəfimdən həmin sənədlər əsasında hesablama aparılıb və həmin epizod üzrə vergidən yayınmaya yol verilmədiyi müəyyən edilib”.

O, bildirib ki, digər epizodlar üzrə digər şəxslərin fəaliyyətini yoxlayıb, verginin ödənilməsinə qiymət verərkən işə əlavə edilmiş sənədlər və hesabatlar və subuçot hesabatından bank çıxarışlarına əsaslanıb və ekspertiza nəticəsində “Realiti-AZ” MMC üzrə 3036,98 manat miqdarında mənfəət vergisinin az hesablandığını və vergidən yayınmağa dair başqa hərəkətlərə yol verilmədiyini müəyyən edilib.

Hacı Zeynalov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına çatacaq

    Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına ...

    9-06-2016, 16:42

  • 
  • Yeni vergi nazirindən TOTAL TƏMİZLƏMƏ - 64 vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilib

    Yeni vergi nazirindən TOTAL TƏMİZLƏMƏ - 64 vergi ...

    9-01-2018, 15:30

  • 
  • Vergidə aparılacaq dəyişikliklər

    Vergidə aparılacaq dəyişikliklər ...

    5-08-2016, 01:09

  • 
  • Nazirlikdən vergi ödəyicilərinə ciddi — XƏBƏRDARLIQ

    Nazirlikdən vergi ödəyicilərinə ciddi — ...

    19-02-2018, 19:39

  • 
  • Azərbaycanda “vergi xəbərçiliyi”nə görə mükafatlar verilə bilər

    Azərbaycanda “vergi xəbərçiliyi”nə görə ...

    25-12-2018, 15:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu