GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ölkədə səs-küylü oliqarx həbslərinin şok pərdəarxası məqamları...

Ölkədə səs-küylü oliqarx həbslərinin şok pərdəarxası məqamları...

Tarix: 22-05-2015, 13:59 Bölmə :Manşet Baxış: 0
Ölkədə səs-küylü oliqarx həbslərinin şok pərdəarxası məqamları...

Biznesmenlərin maliyyə xəyanətləri prezidentin gözəgörünməz etibarlı komandası tərəfindən ifşa edildi, dövlətin iqtisadi siyasətinə böyük zərbə vuran 14 oliqarx-məmur istintaqa cəlb olundu; Hacı İbrahim Nehrəmli daha çox sərvət əldə etmək hərisliyinin qurbanına necə çevrildi – “Gündəm-xəbər”də...

Azərbaycanda burjuaziyanın total şəkildə həbsinə başlanıb. Bu həbslər dalğası maliyyə-bank sektorunu əhatə edib. İri ranqlı bankirlərin, oliqarxiyaya çevrilmiş biznesmenlərin maliyyə xəyanətlərinin bağışlanmaz bir xəta kimi qiymətləndirilməsi onların bir -bir qandallanması ilə müşahidə olunur.

Hakimiyyətin ən üst təbəqəsində özünə yer etmiş və iqtidarın kifayət qədər ciddi biznes şəbəkələrini idarə edənlərin tək-tək xəyanət etdiyi, ölkənin büdcəsinə və dövlətin iqtisadi siyasətinə böyük zərbə vurduğu ifşa edilib.

Hökumətin bel bağladığı və maliyyə əməliyyatlarında güvəndiyi kadrların məkrli planı ölkə rəhbərliyinin gözəgörünməz qüvvələri tərəfindən faş olunub. Məlum olub ki, ölkədə ciddi şəkildə qeyri-leqal maliyyə əməliyyatları, pul köçürülməsi, manatın devalvasiyası fonunda dolların külli-miqdarda toplanması müəyyən edilib.

Prezidentin uğurlu dövlət siyasəti

Prezident İlham Əliyevin uğurlu iqtisadi manevrləri və ətrafındakı etibarlı komandası bu “xain şəbəkə”ni tezliklə ifşa etməyi bacarıb. Dövlətin puluna xəyanət edən və büdcəni çətin situasiya ilə üz-üzə qoyan bu qüvvələrin aşkarlanaraq həbs olunması İ.Əliyevə inamı möhkəmləndirmiş oldu. İctimai rəy ondan ibarətdir ki, dövlət burjuaziyanın, korrupsiyaya bulaşmış,

banklardan milyonlarla manat kredit götürmüş oliqarxların fəaliyyətini yaxından izləyir, nəzarət edir.

Hər şey Bayraq Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin ətrafında cərəyan edən proseslərlə start götürdü. Ardınca iş adamları - "PNN Group" şirkətinin rəhbəri Nizami Piriyev, "Azərinşaat" MMC-nin rəhbəri Mehdi Əliyev, Şəkinin sabiq icra başçısı, "BakFen" MMC sahibi Murad Cabbarlı, sabiq deputat, "Globus Plaza"nın sahibi Dünyamin Xəlilov, "Avesta" holdinq və "Xəzər İsland"ın rəhbəri Hacı İbrahim Nehrəmli saxlandılar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən dəvət olunan iş adamlarının maliyyə xəyanətləri sübuta yetirildi.

Rəsmilər də bu dövləti aldatmaq istəyən oliqarxların həbsinin davamı olacağını açıqladı. Həbs olunanların ictimai statusu onların sıradan şəxs olmamalarını sübut edir. Burada səbəblər heç də kredit məsələləri və aşağı faizlərlə bağlı deyil. Bu həbslərin arxasında hər hansı bir şəkildə ictimai əmlakın ələ keçirilməsi və başqa xarakterli məsələlər də var. Bu ondan ibarətdir ki, hər zaman hökumət maliyyə-bank sektorunda fəaliyyəti diqqət mərkəzində saxlamalıdır. Çünki böyük pul kütlələri həmişə ölkədəki maliyyə sabitliyinə təsir göstərə bilir.

Manatdan sui-istifadə edən məkrli qüvvələr

Əgər 21 fevral devalvasiyadan sonra kimlərsə ölkədə möhtəkirliyə əl atıbsa, eyni zamanda külli miqdarda vəsaitləri malik olduqları sirlər əsasında əldə ediblərsə və bunun nəticəsi olaraq Azərbaycan özünün müəyyən maliyyə rezervlərindən məhrum olubsa bu yöndə işləri daha konfidensial, daha fərqli şəkildə aparmaq lazımdır.

İkincisi, müxtəlif maliyyə vəsaitlərinin aşağı faizlə verilməsi fonunda əvəzi olaraq qoyulmamış hansısa əmlaklar praktikası aşkarlanırsa, bu cinayətlər müəyyənləşirsə, burada başlıca məsələ külli miqdarda kreditlərin verilməsi mexanizminin dəqiq müəyyənləşməməsi ilə bağlıdır.

Bu həbslərin ən ali nöqtəsi Hacı İbrahim Nehrəmli oldu. Xəzər adaları layihəsini reallaşdıran iş adamı günün birində etdiyi əməllərin cavabını verməli oldu.

Layihə Bakıda fənərli qaloş istehsalı və ya Xəzərin ortasında süni adalar yaradılmasını nəzərdə tuturdu. Həmin layihə ilə bağlı reklam kampaniyası başlanır, təbliğat aparılırdı. Bir qədər keçən kimi kommersiya bankından o layihənin biznes-planına əsaslanan kredit götürülürdü. Kreditin məbləği milyonlarla manat olurdu. Layihə ilə bağlı illüziya davam etdirilir və axırda kreditlərin ümumi məbləği onlarla, yüzlərlə milyon manata çatdırılırdı.

Bu isə yüklənmə və borclanmaya gətirib çıxarmışdı. Hacı İbrahimin ərəb investorlara kələk gəlməsi, adadan ev almaq istəyənlərin pulunu mənimsəməsi ciddi şəkildə problemər meydana çıxardı. Elşad Məmmədovu aldadan iş adamı indi maliyyə xəyanətlərinə görə istintaqa cəlb olunub.

“Çarıqlı milyoner” hacı İbrahimin sonu

Əslində, harınlamış oliqarxların və bankirlərin həbsi gözlənilən idi. Dövlətin pullarını mənimsəyən oliqarxların və onların övladlarının harınlığı hamını təngə gətirmişdi. Saxlanılanlar arasında “dilənçilikdən şahzadəliyə” yüksəlmiş Hacı İbrahim Nehrəmlinin şəxsiyyəti diqqəti daha çox çəkdi.

Ekstravaqant, adı ətrafında qalmaqallar dolaşan, daima gözəl qadınların və bahalı avtomobillərin fonunda fotoqraflara poz verməyi sevən bu əyalətçi ilə cəmi bir neçə dəqiqə söhbət etmək kifayət edirdi ki, şoka düşəsən - bu intellektin sahibi bu qədər sərvətə necə sahib olub?

Hacı İbrahimin rəhbərlik etdiyi “Avesta” konserni 1996-cı ildən fəaliyyət göstərir. Konsernin tərkibinə “Azər-Ross” MTK, “Günel LTD”MMC, “Həsən-96” MTK, “Hüseyn-94” kiçik müəssisəsi, “İlkan”MMC, “Azər-Ross İk ”MMC və “SHIG INVESTMENT LTD” daxildir. “Avesta” tikinti biznesində əsas oyunçulardan hesab edilir. 1995-2000-ci illər ərzində Naxçıvan MR-nin Ali Məclisinin deputatı olub.

Hacı İbrahimin qurbanlarından biri olan iş adamı Elşad Məmmədov “Avesta” konserniinə daxil olan “Həsən - 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat olan iki mənzil almasına baxmayaraq, mənzilinə sahib ola bilməyib.

Məhkəmələrə baş vuran biznesmen heç nəyə nail ola bilməyəcəyini anlayaraq, Hacı İbrahimin süqutunu gözləməyə başlayıb. Hacı İbrahim daha çox sərvət əldə etmək hərisliyinin qurbanına çevrilməli idi. “Xəzər adaları”na 1 milyard manatdan çox vəsait xərclədiyini bildirən Hacı İbrahimin blef etdiyini hətta ən sadəlövh insan da dərk edir.

Ekspertlər əmindirlər ki, ən yaxşı halda, layihəyə 50-60 milyon manat xərclənib. Nehrəmli iş adamı manatın devalvasiyaya uğraması, Rusiyadakı böhranın Azərbaycanın sərhədlərinə yaxınlaşdığı dövrdə möhtəkirliyini daha da artmağa başladı. Aydın məsələ idi ki, dövlət belə bir həssas zamanda İbrahim İbrahimova milyonları mənimsəməyə imkan verməyəcək.

Hacı İbrahim və saxlanılan bankirlərin sayəsində ölkədə iqtisadi sabotajın hazırlandığı ehtimalı da yaranmaqda idi. Özünü “Azərbaycanın Berezovskisi” hesab edən Hacı İbrahim iqtisadi böhran nəticəsində daha da varlanmaq arzusunda bulunurdu. Onun “Xəzər adaları”na qurban edəcəyi 125 milyard manata sabotajdan başqa ad vermək mümkün deyildi.

Hacıyevə üç gün möhlət

Bu prosesin baş qəhrəmanı Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sabiq sədri Cahangir Hacıyevi unutmaq olmaz. Onun brend mağazası cərimə olunub. Məlumata görə, cəriməni C.Hacıyevin françayzeri olduğu “Harvey Nichols” şirkəti edib. Şirkət Azərbaycan nümayəndəliyini onun adına xələl yetirməkdə ittiham edir.

Buna görə də “Harvey Nichols” Cahangir Hacıyevi 25 milyon dollar cərimə edib. Şirkətin Azərbaycandakı rəsmi distribyutoruna 3 gün vaxt verilib. Bu müddət ərzində cərimə ödənilməzsə, “Harvey Nichols” şirkəti françayzinq müqaviləsini pozaraq, adını geri götürəcək.

Məlumat üçün bildirək ki, françayzinq bir şirkətin öz əmtəə nişanından istifadə ediməsinə rəsmi icazə verməsidir. Françayzer onun əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alır. Qeyd edək ki, “Harvey Nichols”un Bak nümayəndəliyinin ofisi “Globus Plaza”da yerləşir. “Globus Plaza”nın rəhbəri, sabiq millət vəkili Dünyamin

Xəlilovun dünən maliyyə xəyanətində ittiham olunaraq saxlanıldığı barədə məlumat yayılıb. Plazanın özü isə polis nəzarətinə götürülüb, mağazaların kassaları möhürlənib və plazada axtarış işləri aparılıb. “Harvey Nichols”un Azərbaycan üzrə françayzerinin isə Cahangir Hacıyev olduğu bildirilir.

Onu da qeyd edək ki,“Harvey Nichols Baku” Böyük Britaniya və İrlandiya hüdudlarından kənarda “Harvey Nichols”un portfoliosunda 8-ci beynəlxalq mağazadır.

Həbslər davam edəcək, bankirlərə çatacaq

“Çox təəssüflər olsun ki, bəzi bank rəhbərləri yalnız özlərini, ətraflarını, qohum-qardaşlarını düşünürlər. Amma Azərbaycanın dövlət müstəqilliyi uğurunda mübarizə aparmağı o qədər də düşünmürlər. Həmin bankların rəhbərləri müəyyən qədər səhvlərə yol veriblər. Ona görə də cəzalarını çəkməlidirlər”. Bunu millət vəkili Vahid Əhmədov deyib. Maliyyə fırıldaqçılığında ittiham edilən oliqarxların kütləvi həbsindən söz açan deputat qeyd edib ki, bundan sonra da həbslər davam edəcək.

V.Əhmədov hesab edir ki, kimliyindən aslı olmayaraq, belə əməllərə yol vermiş bütün şəxslər məsuliyyətə cəlb olunmalıdırlar:

“Həbslər dalğası hələ də davam edəcək. Həbslərin əhatə dairəsi genişlənəcək. Çünki burada külli miqdarda vəsaitin mənimsənilməsindən, dövlətə olan borcalardan və devalvasiya prosesindən sui-istifadə hallarından söhbət gedir.

Həmçinin Bayraq Meydanı ətrafında gedən proseslər, tikinti ilə əlaqədar evləri sökülən insanlardan alınan külli miqdarda vəsaitin mənimsənilməsi dövlətin diqqətindən yayınmır. Hüquq-mühafizə orqanları bu işləri çox yüksək səviyyədə aparacaqlar”. Millət vəkili həmçinin qeyd edib ki, bəzi bank rəhbərlərini də həbslər gözləyə bilər: “Bank sahəsində gedən proseslər son vaxtlar məni heç qanə etmirdi. Bu sahədə çox ciddi qanun pozuntuları hiss olunurdu. Biz buna mütəmadi olaraq toxunurduq.

Amma indi həmin qanunsuzluq halları yavaş-yavaş aşkarlanır. Dövlətin, xalqın etibar ilə bank rəhbəri vəzifəsinə təyin edilən bütün şəxslər qanun

çərçivəsində hərəkət etməlidirlər. Onlar verilən kreditlərin vaxtında geri qaytarılmasına, normal faiz dərəcələrinin tətbiqinə çalışmalıdırlar.

Ancaq kimliyindən aslı olmayaraq, Azərbaycanda qanuni kobud formada pozan və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradan bütün şəxslər məsuliyyətə cəlb olunmalıdırlar”.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı oliqarx dünya gözəllərini Bakıya yığır

    Azərbaycanlı oliqarx dünya gözəllərini Bakıya ...

    18-08-2014, 18:18

  • 
  • Dövlət bankını soyanların arxasında kimlər var - Şok faktlar

    Dövlət bankını soyanların arxasında kimlər var - ...

    14-05-2015, 21:33

  • 
  • Hacı İbrahim Beynəlxalq Bankı aldadıbmış – ŞOK FAKTLAR

    Hacı İbrahim Beynəlxalq Bankı aldadıbmış – ŞOK ...

    27-05-2015, 18:09

  • 
  • Prezidentin kadr islahatı hansı məmurları vuracaq

    Prezidentin kadr islahatı hansı məmurları vuracaq ...

    1-12-2015, 13:35

  • 
  • Deputatlar baş bankirlə naziri niyə “vurdu”lar? - Təfsilat

    Deputatlar baş bankirlə naziri niyə “vurdu”lar? - ...

    29-09-2016, 20:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu