GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Oliqarxların həbsinin pərdəarxası

Oliqarxların həbsinin pərdəarxası

Tarix: 24-05-2015, 01:14 Bölmə :Manşet Baxış: 0
Oliqarxların həbsinin pərdəarxası


6 milyard manatı mənimsəyənlər qanun qarşısında cavab verəcəkmi?

Böyük iş adamlarının həbsi barədə mediada məlumatların yayılması fonunda rəsmilər susur. Bu sükut qəribədir, çünki sphbət yüz milyonlarla fırıldaqçılıqdan, dövlət vəsaitlərinin talanmasından gedir.

Müxtəlif KİV-in məlumatına görə, bu vəsaitlər müxtəlif dövrlərdə böyük iş adamlarına Beynəlxalq Bankı tərəfindən verilib və geri alınmayıb. Onu da qeyd edək ki, oliqrxların həbsindən qabaq Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev istefa verdi. Bununla bağlı bank özü açıqlama yaydı. Cahangir Hacıyev ölkənin ən məşhur və ən təcrübəli bankirlərindən biri sayılır. Onun istefasının rəsmən açıqlanan səbəbləri və irəli sürülən iddialar bir-birindən kəskin fərqlənir.

Beynəlxalq Bankın yaydığı rəsmi məlumatda deyilirdi ki, Cahangir Hacıyev səhhətilə əlaqədar tutduğu vəzifədən istefa verib. İdarə heyəti onun ərizəsini təmin edib. İdarə heyəti sədri vəzifəsini isə müvəqqəti olaraq birinci müavin, Emil Mustafayev icra edəcək.

İclasda Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edib və qurum ölkənin ən iri bankının inkişafına gələcəkdə də dəstək vəd edib. Rəsmi səbəbə baxmayaraq ekspertlərin versiyaları müxtəlifdir. Bəziləri bankın problemli kreditlərinin həddən artıq çox olduğunu, bəziləri isə əksinə, Cahangir Hacıyevin daha yüksək vəzifəyə təyin oluna biləcəyi ehtimalını irəli sürür. İkinci ehtimala əsas kimi isə bu göstərilir ki, hökumət Cahangir Hacıyev kimi bir mütəxəssisi belə asanlıqla itirməz. Ancaq ikinci versiya o qədər də ağlabatan görünmür.

Qeyd edək ki, Cahangir Hacıyev 26 oktyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin, şərqşünaslıq fakültəsində, Texas Universitetinin, Menecment, beynəlxalq ticarət, maliyyə və hüquq fakultəsində, Hollandiyanın Xarici Əlaqələr Nazirliyi nəzdində kurslarda təhsil alıb. Bank sektoruna qədər ərəb dili üzrə tərcüməçi, Ticarət Nazirliyində müxtəlif vəzifələrdə və özəl şirkətdə çalışıb. 1995-ci ildən Azərbaycan Beynəlxalq Bankında fəaliyyətə başlayıb, 2011-ci idarə heyətinin sədri olub. Rus, ingilis və ərəb dillərini bilən Cahangir Hacıyev ölkənin aparıcı bank mütəxəssislərindən sayılır.

Səslənən fikirlərdən biri isə budur ki, bu qərar Beynəlxalq Bankın özəlləşdirilməsi məsələsilə bağlı ola bilər. Hazırda bankın səhmlərinin 51,07%-i Maliyyə Nazirliyinə, qalanları isə qeyri-dövlət müəssisələrinə və fiziki şəxslərə məxsusdur. Qurumun tamamilə özəlləşdirilməsi uzun müddətdir müzakirə mövzusudur.

Ölkənin ən böyük bankı olan Beynəlxalq Bank 1992-ci ildən fəaliyyətə başlayıb. 590 milyon manat nizamnamə kapitalı və 14 mindən artıq işçisi olan bank 900 mindən çox müştəriyə xidmət edir. 35 filialı ilə ölkədə ən geniş bankomat və pos-terminal şəbəkəsinə malikdir.

Cahangir Hacıyevin istefasından çox keçməmiş Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslərə başladı.

KİV-də yayılan məlumatlara görə, artıq 70-ə yaxın nüfuzlu iş adamı həbs olunub. Həbslərin davam edəcəyi gözlənilir. Həbs olunanlar Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək fırıldaqçı sxemlər əsasında mənimsəyən, yaxud kreditləri alıb qaytarmayan iş adamlarıdır. Onların əksəriyyətinin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə əlaqələri var.

Bildirilir ki, bu proses ölkə başçısı Ilham Əliyevin bank sektorundakı maxinasiyalara son qoyulması barədə qəti göstərişindən sonra başlayıb. Ölkə başçısı bank sektorundakı özbaşınalıqlara son qoyulması vəzifəsini DIN-ə və şəxsən nazir Ramil Usubova həvalə edib.

Fevral ayında həyata keçirilən devalvasiyadan sonra iri bankların əksəriyyətinin acınacaqlı vəziyyətdə olduğu üzə çıxıb. Bankirlər maliyyə göstəricilərinin kəskin pisləşməsini devalvasiya ilə əsaslandırmağa çalışsalar da, araşdırma zamanı məlum olub ki, əslində uzun illərdir yüksək faizlər sayəsində böyük gəlirlər əldə edən bankların vəziyyəti devalvasiyadan sonra bu cür pisləşməli deyildi. Məlum olub ki, problemin kökü əslində devalvasiyada yox, iri həcmdə kredit maxinasiyalarında, milyardlarla manatlıq geri qaytarılmayan kreditlərdə və digər korrupsiya əməllərindədir. Ən ağır vəziyyət isə Beynəlxalq Bankda hökm sürürmüş və Cahangir Hacıyevin “könüllü” istefasının səbəbi də məhz budur.

Aaraşdırma zamanı üzə çıxıb ki, Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcmi 6 milyard manata yaxındır. Bu vəsaitlər müxtəlif illərdə Cahangir Hacıyevlə bağlı olan iş adamlarına, yerli və xarici şirkətlərə kredit şəklində verilib, yaxud kommersiya perspektivi şübhəli olan layihələrə yatırılıb. Məsələn, Beynəlxalq Bankın Nehrəmli Hacı Ibrahimin mifik “Xəzər adaları” layihəsinə 850 milyon dollar kredit verdiyi bəllidir.

Beynəlxalq Bankın işi ilə bağlı tutulanlar arasında “Azərinşaat” MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyev də yer alır. Əslində “Azərinşaat” MMC 2012-ci ilə qədər Nəqliyyat Nazirliyinin rəhbərliyinin və oliqarx Hafiz Məmmədovun (“Hafka”) kurasiyasında olub. Ötən 10-12 ildə Azərbaycanda həyata keçirilən, dövlət

büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətini podratçı kimi bu şirkət həyata keçirib.

Lakin 2012-ci ildə bu şirkət ətrafında müəmmalı proseslər başlayıb. Şirkətin rəhbəri, Türkiyə vətəndaşı Bülent Karani qəfildən, gecə ilə Azərbaycandan qaçıb. Mətbuatda xəbərlər yayılıb ki, Beynəlxalq Bankın rəhbərinin adamları ertəsi gün şirkətə gələrək onun bütün əmlakını, Dərnəgüldə yerləşən ofisini, ərazisini ələ keçiriblər.

Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev həmin vaxtdan şirkətə öz adamı Mehdi Əliyevi rəhbər təyin edib. Bu şirkətdə “Hafka”nın da 285 milyon dollarlıq yatırımı olub. Hazırda o, pulunu Cahangir Hacıyevdən geri ala bilmir. Mənbələr bildirir ki, Cahangir Hacıyevin şirkətə nəzarəti ələ almasından sonra “Azərinşaat” MMC-nin fəaliyyəti iflic olub, şirkət faktiki olaraq dağılıb.

Beynəlxalq Bankın işi üzrə həbs olunanlardan biri də 90-cı illərin sonları-2000-ci illərin əvvəllərində məşhur olan Əli Ansuxski adlı iş adamının oğlu Abdul Ansuxskidir. Abdul Ansuxskini “Bandotdel” əməkdaşları xarici ölkələrdən birindən qayıdanda aeroportda saxlayıblar. Ancaq o, banka olan borcunu ödəyə bilib və buraxılıb.

Bu prosesdə oliqarx Nizami Piriyev də saxlanıldı. Nizami Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir.

“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley’s” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar.

“PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.

Xatırladaq ki, Nizami Piriyevə məxsus Metanol zavodu bir neçə gün qabaq bağlanıb. Zavodun tikintisi üçün Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı Avropa Yenidənqurma və Inşişaf Bankı da kredit ayırmışdı. AYIB-in kredit ayırmasına Britaniyanın keçmiş baş naziri Toni Bleyer lobbişilik etmişdi. Nizami Priyev zavodun açılışında iştirak üçün Bleyerin Bakıya səfərini də təşkil etmişdi.

Həbs edilənlərdən biri də Şəkinin keçmiş icra başçısı Murad Cabbarlıdır. Murad Cabbarlı Şəkinin icra başçısı postuna da Cahangir Hacıyevin dəstəyi ilə təyin olunmuşdu.Məlumata görə, Murad Cabbarlı Cahangir Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manata kredit götürmüşdü. Sabiq icra başçısı bu pula Şəkidə kərpic zavodu tikdirmişdi. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilmişdi.

Qeyd edək ki, Səbayel Rayon Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun barəsində də həbs qətimkan tədbiri seçilib.

R. Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır.

R. Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.

Həbslərin davam edəcəyi gözlənilir. Belə ki, verilən kreditlərin geri qaytarılmaması Azərbaycan üçün ən böyük bəladır. Hökumət bunun qarşısını almaq, ayrı-ayrı iş adamlarında qalan vəsaitlərin geri alınması üçün sərt tədbirlərə əl atmalıydı və atdı.

Milli Məclisin İqtisadi-Siyasət Komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, həbslər hələ davam edəcək: “Kredit borcları həddindən artıq çoxalmışdı. Banka borclar çoxdur, ona görə də belə proseslər gedir. Bu gözlənilən idi. Çünki kredit borcları haradasa 1 milyardı ötmüşdü. Biz dəfələrlə Milli Məclisdə kredit faizlərinin yüksək olması, kreditlərin qaytarılmaması məsələlərinə toxunurduq. Qərar qəbul olunub müəyyən yoxlamalar keçirilir. Kim dövlətin qanun- qaydasını pozubsa cəzasını çəkəcək. Burada qeyri-adi bir şey yoxdur. Mənə elə gəlir ki, hələ bir müddət bu həbslər davam edəcək, qanunları pozan xeyli iş adamları cəzalanacaq”.

Kimlərin həbs olunacağı məsələsinə gəlincə, V.Əhmədov bildirib ki, bu barədə əvvəlcədən proqnoz vermək çətindi: “Dövlətin əmlakı mənimsənilibsə, hər kəs başa düşməlidir, qanun var və o, məsuliyyətə cəlb oluna bilər. Bu vəzifə sahibidir, məmurdur, şirkət rəhbəridir fərq eləmir. Qanun qarşısında hamı eynidir. Söhbət Azərbaycan qanunlarının pozulmasından gedir”.

Qeyd edək ki, saxlanılanlar maliyyə fırıldağı, korrupsiya, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Həbs olunanlardan isə “Xəzər İsland” ın rəhbəri Hacı İbrahim Nehrəmlinin, neft oliqarxı Nizami Piriyevin, Bayraq Meydanının bir neçə gün əvvəl işdən qovulan rəhbəri Rəşad Məmmədovun və sabiq millət vəkili Dünyamin Xəlilovun adı açıqlanıb. Lakin yuxarıda qeyd etdiyimiz kimi, saxlanılanların sayının 70-ə yaxın olduğu bildirilir.

Göründüyü ki, söhbət dövlətə məxsus 6 milyard manata vəsaitin mənimsənilməsindən söhbət gedir. Saxlanılan oliqarxların hər biri isə 100 milyonlarla vəsaiti mənimsəməkdə ittiham olunurlar. Görünür, bu həcmdə vəsaiti talayanlar bir gün qanun qarşısında cavab verməli idilər və atrıq bunu vaxtı çatıb.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov kimdir?

    Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov ...

    22-07-2015, 13:40

  • 
  • Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 milyon dollarla müflis edib

    Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 ...

    23-11-2015, 14:57

  • 
  • Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma həbs edilməyib

    Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma ...

    19-10-2015, 17:15

  • 
  • Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı başa çatıb

    Cahangir Hacıyevin ikinci cinayət işinin ...

    11-10-2018, 10:20

  • 
  • “Bandotdel” Cahangir Hacıyevin restoran xərclərini araşdırır

    “Bandotdel” Cahangir Hacıyevin restoran ...

    24-11-2015, 19:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu