GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » SƏBRİN DAŞAN ÜNVANI-ABİD ŞƏRİFOV

SƏBRİN DAŞAN ÜNVANI-ABİD ŞƏRİFOV

Tarix: 27-05-2015, 18:08 Bölmə :Manşet Baxış: 0
SƏBRİN DAŞAN ÜNVANI-ABİD ŞƏRİFOV

Yaxud, sərt olduğu qədər də kövrək olan Abid Şərifovu yersiz topatutma sifarişinin arxasında hansı niyyət yatır?
…Yaddaşımızda «Binəqədi müsibəti» kimi qalmış məlum yanğın hadisəsi ilk gündən mətbuatımızın gündəmində oldu… Bu sahədə çalışdığımdan bütün baş verənləri izləyib nəticə çıxarmadan nəsə yazmaq, kimisə ittiham etməyə tələsmədim… Ötən müddətdə diqqətimi ən çox çəkən isə budur ki, sən demə, bəzən gördükləri və şahidi olduqları ilə deyil, eşitdikləri ilə yazan və yazışan mətbuatımıza heç də 15 nəfərin ölümü, 50-dən çox vətəndaşımızın başına od ələnməsi və onların müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnmiş bu dəhşətli hadisənin-faciənin nəticələrinin tezliklə aradan qaldırılması yox, baş nazirin müavini Abid Şərifovun ətrafında qalmaqal yaratmaq lazım imiş…

Başına gələnlər başına gələcəklərin ən pisi olmayan Abid Şərifov…

Bu il 75 yaşını qeyd etmiş Abid Şərifovun xarakterini Azərbaycan ictimaiyyətində yaxşı bilirlər… Bir Allah bilir ki, yazdıqlarım yazmaq istədiklərimin çox az bir hissəsidir və ən vacibi, bu yazıdan Abid Şərifovun zərrə qədər də xəbəri yoxdur. Kimsə bu fikirlərimə şübhə ilə yanaşacaqsa, bunu buraxıram onun vicdanının ixtiyarına… Və elə isə, onda mən də həmin jurnalist-yazarların (başqalarının da) Abid Şərifovun barəsində sifarişli yazılar yazmasına şübhələrimdə niyə haqlı olmayım?!
Bəli, bilməyənlərə onu xatırladıram və bilmələrini istəyirəm ki, Abid Şərifovun əsil kişiyə xas sərt xarakterinin içində həm də bir tükənməz olmayan səbr və təmkin, bir də dəli bir kövrəklik yatır. Və qoy indi Abid Şərifovu evinin ətrafında güdənlər və hansısa «jurnalistlərə» güddürənlər, onun vəzifəsindən getməsinin vacibliyini (?) yazanlar… bilsinlər ki, Abid Şərifov ötən ilin mayın 14-də Türkiyədəki kömür şaxtasında baş verən partlayışda çoxsaylı insan tələfatı ilə bağlı Türkiyəyə Azərbaycan dövlətinin rəsmi nümayəndə heyətinin rəhbəri kimi getmişdi (İndi bəzi KİV-lər həmin səhnəni videolaşdırıb «Binəqədi müsibəti»ndəki məlum hadisədə Abid Şərifovun jurnalistlə dialoqunu müqayisəli şəkildə, amma mənfi çalardan təqdim edir). Başsağlığı vermə törənində indi «jurnalistlə sərt danışdı» deyə ittihamladığınız həmin Abid Şərifovun tribunada necə kövrəlib ağladığını, göz yaşını Azərbaycanlı kişisinə xas formada içinə sıxdığını bütün dünya gördü. Türkiyə TV-ləri həmin hüzunlü və ürək parçalayan kövrək səhnəni canlı yayımlayırdılar…
Yazarlarımızın kömpüterin arxasına keçib ağlına gələni yazdığı bir məqamda həmin tarixi anı bir də izlədim. Bütün KİV-lərin və bəzi tanınmışların da barəsində qınaq ünvanı seçdiyi həmin Abid Şərifovun nə qədər böyük ürəyə və bu ürəyin içində yatmış, hamının gördüyü və bildiyi, amma bəzilərinin görməzliyə vurduğu bir kövrəkliyi bir daha kəşf etdim.
Məqsədim Abid Şərifov haqqında hansısa utopik obraz yaratmaq da deyil. Həyat imtahanında çox sınaqlardan üzü ağ çıxmış insan-jurnalist olaraq mən az da olsa bu böyük və dizibərk Kişinin həyatına bələdəm. Kənardan çoxlarının gözünə baş nazirin müavini, bütün tikintilərə, fövqəladə hadisələr zamanı yaradılan dövlət komissiyalarının rəhbəri… kimi görünən Abid Şərifovun ailə həyatında da çox fövqəladə hadisələr olub… İstərdim ki, dövlətinə və xalqına siyasətdən tamamilə kənar səmimi xidmət göstərmiş, ağsaqqal bir insan haqqında nəsə deyəndə və yazanda həm də insani hissələri unutmayaq. Və bu «Abid Şərifov niyə jurnalistin sualına elə cavab verdi?» qara-qışqırıq salıb haray qoparanda unutmayaq ki, bu qabaqdangəlmişlik və dünyagörmüş ahıl insana deyilənlər bir gün bumeranq kimi özümüzə və üzümüzə dönüb qayıda bilər. Və heç kim də bundan sığortalanmayıb. Yoxsa, bu gün «Əlimdə bir saytım var, nə istəsəm yaza bilərəm» prinsipi ilə jurnalistika formalaşdırılmır. Heç adi insanlıq hissi də. Bu zərərli ənənə cəmiyyət üçün çox pis nümunədir! Çünki Abid Şərifov həyatında 13-17 mart 1995-ci il hadisələrini yaşayıb, onun yeganə oğlu on ildən çoxdur yataq xəstəsidir və bu ata-böyük Kişi hər gün həmin oğlunu qucaqlayıb hardasa olmuş fövqəladə hadisələrin aradan qaldırılmasına tələsir… Mən digərlərini dilə gətirmək istəmirəm, çünki bu yazını oxuyanda ola bilər ki, sərt xarakterli və kövrək ürəkli Abid Şərifov bunları mənə irad tuta bilər… Bəzi sirlər və hadisələr var ki, onu ailə bilir, dərdini içində çəkir, kimsənin bilməsini istəmir. Bunun özü də təməli möhkəm, sirri özünün olan ailələrə məxsus keyfiyyətdir.
Dostlar, mövzu çox həssas və məsuliyyətli olduğundan deyə bildiklərimdən min dəfə çoxunu deyə bilmirəm… Amma deyəcəyim odur ki, yaddaşınızı itiləyin, bir il əvvəl manşet yazılarınızda qürurla «Abid Şərifov Türkiyədəki faciəyə görə ağladı» yazdığınız nədir, bir həftə əvvəl Binəqədidə baş vermiş insan tələfatı ilə nəticələnmiş məlum dəhşətli hadisə ilə bağlı yaradılmış Dövlət Komissiyasının sədri olan, məlum yanğının qara tüstüsü başını dumanladığı bu kövrək insanın o anda jurnalistlərdən kiminsə tələm-tələsik verdiyi sualına cavabından şou düzəltmək nə??? Abid Şərifov həmin insandır ki, bir il əvvəl Türkiyədəki məlum faciədə kövrəlmiş və bu ağrını ağlamışdı… Binəqədidə baş verən hadisə isə Türkiyədəkindən də dəhşətli idi. Çünki Türkiyədə baş verənlər iş prosesində törənmişdi, Binəqədidəki isə bəzi məmurlarımızın pul hərisliyinin fəsadlarından, hansı ki, onların bir neçəsi artıq həbs edilib… Qoy Abid müəllim bu sözlərimdən inciməsin, məlum faciə ilə bağlı Dövlət Komissiyasının işçi qrupuna daxil olan, amma israrlı xahişi ilə adının çəkilməsini istəməyən məmurlardan biri ilə dünən olmuş təsadüfi görüşümüzdə mənə dedi ki, «…Abid müəllim həmin binadakı ölümləri görəndə göz yaşlarını saxlaya bilmədi, halı pisləşdi, dərhal lazımi dərmanları tapıb verdik, bir təhər özünə gəldi… Onun Prezidentin sədrliyi ilə keçirilən müşavirədəki pərişan halı da bunu təsdiqləyirdi ki, Abid müəllim həmin vaxtlarda çox pis durumda idi…».
Və belə bir insanı bu gün jurnalistin sualına birtəhər cavab verməkdə qınamaq nə dərəcədə ədalətlidir? Hansı saytı açırsan, bir mənbədən götürülüb paylaşılmış məntiqsiz iddialarla, gülməli və elə həm də ağlamalı… ittihamlarla doludur. Hansısa «jurnalistlərə» bu insanın evini güddürmək, təkrarən sual verib nəsə bir qalmaqal yaratmaq üçün yeni fürsət axtarmaq hansı niyyətə köklənib, bir düşünün. Təsəvvür edirsinizmi, artıq bəziləri Abid Şərifovun uzun illərdir bu vəzifədə olmasını, artıq yorulduğunu, deməli, vəzifədən getməli olduğunu və s. dilə gətirlər. Şəxsən mən bilirəm ki, bu Kişi yorulmayıb və… Deməli, məqsəd «Binəqədi müsibəti»nin fəsadlarının tezliklə aradan qaldırılmasına dəstək verəcək məlumatları yaymaq deyil, Abid Şərifovun vəzifədən getməsini dilə gətirməklə bu sərt və həm də kövrək insanı qıcıqlandırmaq, hövsələdən çıxarmaqdır. Təsəvvür edirsinizmi, 1940-cı ildə anadan olub 1962-ci ildən tikintidə əmək fəaliyyətinə başlamış (Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, "Azərnəqliyyattikinti" trestinin rəisi, 1988-ci ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti birliyinin rəisi, 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti Birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti) və 1995-cü ildən Baş nazirinin müavini vəzifəsində çalışan "Şöhrət" ordenli, böyük təcrübəyə və idarəetmə qabiliyyətinə malik mütəxəssisi istefaya səsləyirlər… Özü də kimlər! Və sonra da deyirlər ki, filankəs səbrini basa bilmədi, təmkinini pozdu, acı danışdı və s. Və bu xaraktercə sərt, ürəkcə kövrək Abid Şərifovu qaralayanların, yümşaq desəm, qara niyyəti artıq bununla da ortadadır. Sübut: «Binəqədi müsibəti»nə görə yersiz sual verib bu faciəni görüb özündə olmayandan alternativ cavab alan, sonra Abid Şərifovu topa tutan həmin KİV və ya saytlar həmin faciəni unudub keçiblər Abid Şərifov «problemi»ni çözməyə… Artıq hər şey unudulub, sən demə, mediamızın bir nömrəli problemi xaraktercə sərt, ürəkcə kövrək Abid Şərifov imiş!
Keçmiş olsun, özü də bütün mənalarda… Amma mən birmənalı olaraq deyirəm ki, medianın gündəmini zəbt etmiş bu topatutmada qara niyyət istisna deyil… Əgər bu jurnalist və ya KİV təəssübkeşliyidirsə, niyə hansısa jurnalist təqib olunanda, əsassız həbs olunanda, məhkəməyə veriləndə, döyüləndə, haqqı pozulanda… susursunuz, amma adını heç kimin hələ də dəqiq bilmədiyi bir jurnalistin bozarmış sualına qara tüstü fonunda, məlum dəhşətli faciəni görərək içindən qara qanlar axan Abid Şərifovun hansısa bir cavabı indi sizləri bu qədər narahat etməyə başlayıb???
Asif Mərzili
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Allah camaatımıza insaf versin” - Abid Şərifov

    “Allah camaatımıza insaf versin” - Abid Şərifov ...

    6-07-2020, 12:22

  • 
  • Abid Şərifovun səhhəti pisləşib? - Nazirlər Kabinetindən açıqlama

    Abid Şərifovun səhhəti pisləşib? - Nazirlər ...

    30-11-2015, 18:32

  • 
  • Yanan villa Abid Şərifovun imiş

    Yanan villa Abid Şərifovun imiş ...

    27-12-2012, 18:57

  • 
  • Abid Şərifovun vəziyyəti pisləşdi, təcili İsrailə aparıldı

    Abid Şərifovun vəziyyəti pisləşdi, təcili İsrailə ...

    4-04-2017, 09:48

  • 
  • Abid Şərifov nəvəsinin otelindən danışdı: - "Bunu böyütmək nəyə lazımdır?"

    Abid Şərifov nəvəsinin otelindən danışdı: - ...

    10-02-2021, 12:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu