GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Binəqədi İH-i başçısı idarəetməni necə həyata keçirir?

Binəqədi İH-i başçısı idarəetməni necə həyata keçirir?

Tarix: 22-06-2015, 18:54 Bölmə :Manşet Baxış: 0
Binəqədi İH-i başçısı idarəetməni necə həyata keçirir?

Əgər Xaləddin İsgəndərovun fəaliyyəti və dövlətə bağlılığı lazımınca araşdırılarsa, yəqin ki, bir çox qaranlıq qalan məqamlara aydınlıq gətirilər

Uzun müddətdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı mətbuat qurumlarının tənqid atəşi ilə üz-üzə qalmaqdadır. Belə ki, başçı düşdüyü vəziyyətdən çıxmaq və hədəfdən yayınmaq üçün müxtəlif üsullara əl atır. İşçisinin atasına “zəhmətkeş məktubu” yazdırmaqdan tutmuş, digər vasitələrə qədər bütün imkanlardan yararlanmağa çalışır. Xaləddin İsgəndərovun idarəçiliyindən doğan vəziyyət hətta o həddə qədər gəlib çatıb ki, artıq rayon “partlamaq” üzrədir. Kiçik bir qığılcım yetərlidir ki, etiraz dalğası Binəqədidən alovlansın. Bəs nə üçün icra başçısı bu cür vəziyyətin yaranmasında qərarlıdır? Ölkədə və ya ölkə xaricində belə bir hallar kimə və kimlərə sərf edir? Yəqin ki, müəyyən qurumlar bunu araşdıracaq. Prezident İlham Əliyevin 2013-cü ilin fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən «2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışınına diqqət edək: «Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları dururlar. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan

götürülməlidir». Bəs Xaləddin İsgəndərov deyilənlərdən nəticə çıxardımı? İnternetdə „google“ axtarış sistemində icra başçısının adını yazıb axtarış vermək kifayət edər ki, Xaləddin İsgəndərovun sakinlərə necə və hansı formada „xoş günlər“ bəxş etdiyinin şahidi olasan. Bura ev tikmək üçün vətəndaşlardan zorla, xüsusi bandanın təzyiqləri altında alınan külli miqdarda rüşvətdan tutmuş, „Təmiz Binəqədi“ adı altında rayonun viran qoyulması fonunda mənimsənilən milyonlara kimi hər şey daxildir. Son zamanlar Binəqədidə baş verən məlum yanğın faciəsi də göstərdi ki, Xaləddin İsgəndərov heç də az “yeyinti”yə yol verməyib. Maraqlı tendensiyadır. Rayonda başçısının icazəsi olmadan bir kimsə daşı-daş üstünə qoya bilməz. Bina keyfiyyətsiz üzlüklə üzlənir, başçının xəbəri olmur ki, bu necə və hansı şəraitdə baş verib. Sən demə Xaləddin İsgəndərov bundan hali olsaydı qəti şəkildə icazə verməzdi ki, binanı keyfiyyət sertfikatı olmayan materialla üzləsinlər. Xaləddin İsgəndərov açıq şəkildə məsuliyyətdən boyun qaçırmağı bacardı. Əlbəttə bunu sona qədər bacaracaqmı, onu zaman göstərəcək. Eyni zamanda, açıq şəkildə ölkənin Fövqəladə Hallar Nazirini günahlandıraraq bildirdi ki, binanı üzləyən şirkətə sertfikat FHN tərəfindən verilib. Bu vəziyyətdə müəyyən qaranlıq məqamlar hələ də təəssüflər olsun ki, qalmaqdadır. Yəqin ki, yanğınla bağlı aparılan istintaq buna öz qiymətini verəcək. Bir müddət əvvəl isə mətbuatda Xaləddin İsgəndərovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun yerinə iddialı olduğu barədə xəbərlər yayıldı. Xaləddin İsgəndərovun maddi himayəsində olan bir çox „saytlar“ Fövqəladə Hallar Nazirliyini və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovu yanğın günahkarı çıxartmağa başladılar. Bununla da Binəqədi başçısı ictimai qınağı öz təfəkküründə, bir qədər də olsa özündən uzaqlaşdırmağa nail oldu. Baş verən proseslərin gedişatı göstərir ki, Xaləddin İsgəndərovun məsuliyyəti üzərindən atmaq istiqamətində atdığı bütün addımları özünə qarşı çevrilir. Daha bir gülüncdoğuran məqam o oldu ki, ölkədə fəaliyyət göstərən saytlarının birinin tənqid atəşinə rast gələn Xaləddin İsgəndərov, kommunist ideologiyasından istifadə edərək çıxış yolunu həmin sayta zəhmətkeş məktubu yazdırmaqda gördü. Xaləddin İsgəndərova yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, mətbuatda tirajlanan, Binəqədidə hər şeyin əla

vəziyyətdə olduğunu, başçısının nəinki rüşvət yığdırdığını, hətta onun insanlara qayğı ilə yanaşdığı fikirləri əks olunan zəhmətkeş məktubunu yazan şəxs, başçının köməkçisi Şəbnəm Şahgəldiyevanın atası Eldar Şahgəldiyev olub. X. İsgəndərov bu məqamı gizli saxlamaq üçün isə, İH-nin internet saytında Şəbnəm Şahgəliyevanın soyadını Süleymanlı olaraq qeyd elətdirib. Nəhayət mətbuatda böyük rezonans doğuran xəbərlərdən biri də, Xaləddin İsgəndərovun işçiləri tərəfindən jurnalist Həsən Babayevin qanuni sənədləri olan torpağında ev tikmək üçün rəsmi icazayə görə sonuncunun süründürməçiliyə məruz qalması ilə bağlı yayımladığı müraciət oldu. Jurnalist mətbuata müraciətində bildirib: „Bu gün ölkə başçısı cənab prezident İlham Əliyev, Azərbaycanda məmur özbaşınalığı və korrupsiyaya qarşı sərt mübarizə elan edib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 31.01.2015-ci tarixli 1115005208 qeydiyyat nömrəli Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 29.01.2015-ci ildə 001013008894 Reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü (Texniki pasport) ilə ailəmə məxsus olan Binəqədi rayonu Goradil kəndindəki torpaq sahəsində kirayə yaşamaqdan canımı qurtarmaq üçün, birmərtəbəli ev tikmək məqsədilə Binəqədi İcra Hakimiyətinə rəsmi olaraq müraciət etdim. Evin lisenziyalı şirkət tərəfindən hazırlanmış 3 nüsxədən ibarət eskiz layihəsini İH-nin Rayon Təsərrüfatı şöbəsinə, baş memar Şahin Musayevə təqdim etdim. 5 dəfə ayrı-ayrılıqda layihədə xirda dəyişiklik edilməsinin vacibliyini vurğulayaraq məni get-gələ saldılar. Hər dəfə layihəni dəyişmək mənə maddi zərər bahasına başa gəlirdi. Nəhayət 5-ci dəfə dəyişiklikdən sonra heç bir problem olmadığını deyərək layihəni və rəsmi müraciəti qəbul etdi. Bir ay keçdikdən sonra ev tikməklə bağlı müraciətimə verilən cavabda qeyd olundu ki, evin dam örtüyü müvafiq qanunvericiliyə uyğun tərtib edilməyib. Məlum oldu ki, baş memar Xaləddin İsgəndərovun göstərişi ilə bu addımı atıb. Çünki Binəqədi rayonu ərazisində sənədin olub-olmamasından asılı olmayaraq, ev tikintisinə icazənin rüşvəti 8000-15000 manat arasında dəyişir. Bunu da torpaq sahəmiz olan ərazidəki sakinlərin dilindən eşitmişik. Hətta

həmin ərazidə bizim qonşuluqda olan bir nəfərin evini rüşvət vermədiyi üçün buldozerlə dağıtdılar.Yəni, toplanan rüşvət birbaşa Xaləddin isgəndərovun cibinə gedir. Mətbuatda yazılanlara görə, başçı bu işlə bağlı xüsusi dəstə saxlayır. Dəfələrlə icra hakimiyətinə müraicət etdim. Mənə bildirdilər ki, əgər ev tiksən, buldozerlə dağıdılacaq. Onu da bildirdilər ki, Xaləddin İsgəndərov heç kimə güzəşt etmir. Əlbəttə, bütün bu deyilənləri icra başçısı qəbul etməyə bilər. Lakin sual olunur: Hansı səbəbdən layihəyə 5 dəfə dəyişiklik edilməsi məqsədilə vətəndaş süründürməçiliyə məruz qalır? Sonda isə qeyd olunur ki, evin dam örtüyü qanunverciliyə uyğun tərtib edilməyib. Əgər belə bir hal var idisə, nə üçün baş memar layihəyə 5 dəfə baxdıqdan sonra hər hansı iradını bildirməyib. Deməli, ortada başqa məqsədlər var. Hörmətli millət vəkilləri, əziz həmkarlar! İlk olaraq bunula bağlı sizlərə müraciət edirəm. Dövlət başçımız cənab İlham Əliyev hər zaman çıxışlarında icra başçılarına vətəndaşlara xidmət etməkləri üçün tapşırıqlar verir. Dəfələrlə sərt şəkildə özbaşınlıq edən, vətəndaşları incidən icra başçılarına, məmurlara xəbərdarlıqlar edib. Təəssüflər olsun ki, Binəqədi Rayon İH-nin başçısı Xaləddin İsgəndərov hələ də öz çirkin əməllərindən əl çəkmək istəmir. Özünün rüşvət piramidasını genişləndirməkdə qərarlıdır. Bütün bu çirkin əməlləri ilə cənab Prezidentin apardığı siyasətə, dövlət maraqlarımıza zərbə vurmaq icra başçısının təxribatçı niyyətlərindən xəbər verir. Xahiş edirəm həmrəylik göstərib üzləşdiyim problemin ictiamiləşməsində mənə yardımçı olasınız“.

Avropa Oyunlarına start verilərkən Xaləddin İsgəndərov ən sərt şəkildə mətbuatın tənqidi ilə üz-üzə qaldı. Burada korrupsiya halları, hüquqları pozulan insanların narazılıqları, bezmiş, gileyli vəziyyətlərini qeyd etmək tam yerinə düşər. Sual meydana çıxır: Azərbaycanın mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi etdiyi bir dönəmdə, ölkədə çoxsaylı tursitlərin mövcud olduğu bir vaxtda, ölkəmizə qısqanclıqla yanaşan bəzi beynəlxalq qurumların Azərbaycana qarşı xoşagəlməz mövqe sərgilədiyi bir zamanda, Xaləddin İsgəndərovun məqsədi nədir ki, vətəndaşları narazı salaraq mətbuatın gündəmini xoşagəlməz mövzularla zəbt edir? Cənab İsgəndərovun fəaliyyəti və dövlətinə sadiqliyi daha dərindən araşdırılsa, o zaman bir çox qaranlıq qalan suallara aydınlıq gətirilər.

Mövzunu davam edəcəyik…

Mətləb Balakişiyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun adamlarından təmizlənir - 2 məmur qovuldu

    Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun ...

    3-08-2018, 14:18

  • 
  • Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən AZAD EDİLİB?

    Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən ...

    19-03-2018, 15:06

  • 
  • Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilir?

    Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı ...

    26-05-2018, 14:37

  • 
  • İcra başçısı qulluqçularına 12 min maaş verir

    İcra başçısı qulluqçularına 12 min maaş verir ...

    20-04-2015, 22:34

  • 
  • Xaləddin İsgəndərovu qəzəbləndirən ərköyün icra nümayəndəsi... - NARAZILIQ VAR...

    Xaləddin İsgəndərovu qəzəbləndirən ərköyün icra ...

    26-05-2016, 21:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu