Qəzetimizin ötən sayında Saatlı rayon təhsil şöbəsində saxta ezamiyyə ilə büdcə pullarının talanması haqda məqalə dərc olunub. Rayon sakini Akif Quliyev tərəfindən “Gündəm-xəbər” qəzetinə ünvanlanan məktubda təhsil şöbəsi müdirinin həyata keçirdiyi maxinasiyalar edildiyi qeyd olunub. A.Quliyev bildirib ki, Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin saxta ezamiyyə və bəzi müəllimlərə həddindən artıq dərs yükü yazılmasına şərait yaradıb.
Bu məlumat dərc edildikdən sonra “Gündəm-xəbər” məsələ ilə bağlı araşdırma aparıb və məlumatların həqiqəti əks etdirmədiyi məlum olub. Müəllifin yazdıqlarının yanlış olduğu üzə çıxıb. Əslində, Saatlı məktəblərində saxta ezamiyyə yazılması barədə iddialar əsassızdır və fakta söykənmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?