GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Saatlı təhsil şöbəsi müdiri haqda şok iddialar – Təfərrüat

Saatlı təhsil şöbəsi müdiri haqda şok iddialar – Təfərrüat

Tarix: 20-02-2015, 12:47 Bölmə :Ölkə Baxış: 0
Saatlı təhsil şöbəsi müdiri haqda şok iddialar – Təfərrüat

Rayonun Məzrəli kənd tam orta məktəbinin müəllimləri, keçirilmiş aksiyadan, direktorun qovulmasından və Şamil Nurəliyevin əməllərindən “Gündəm-xəbər”ə yazıblar; nazirdən əmr gözlənilir

Saatlı rayonu, Məzrəli kənd tam orta məktəbində özbaşınalıq baş alıb gedir. Məktəbin müəllimləri “Gündəm-xəbər”ə göndərdiyi məktubda, təhsil naziri Mikayıl Cabbarova şikayətləniblər. Müəllimlərin sözlərinə görə, artıq qanunsuzluq o həddə çatıb ki, gizlətmədən açıq şəkildə edilir.

Müəllim kollektivi qeyd edir ki, təhsil naziri bu məsələyə müdaxilə etməzsə, problem heç zaman həllini tapmayacaq. Müraciət müəllifləri qeyd edirlər ki, bütün işlərin başında Saatlının təhsil şöbəsinin müdiri dayanır. Ona isə “qaşın üstə qara var” deyən yoxdur. Nə rayon icra hakimiyyəti, nə də nazirlikdən baş verənlərlə maraqlanmırlar.

Belə ki, təhsil şöbəsinin müdiri Şamil Nurəliyev məktəbdə bildiyi qərarları verir: “Məzrəli məktəbini onların əsarətindən xilas etmək lazımdır. Düz altı aya yaxındır ki, məktəb bəzilərinin şəxsi ambisiyalarının qurbanına çevrilib. Şamil Nurəliyevin özü və adamları məktəbi viran qoymaqda davam edirlər. 2013-cü ildə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən Aynurə Əzizova hicablı olmağına görə işindən azad olundu.

Bu tapşırığın rayon rəhbərliyindən verildiyi bildirildi. Tamamilə qanunsuz və vicdan azadlığına zidd bir qərar verildi. Halbuki məktəb kollektivi və rəhbərliyin ondan hər hansı narazılığı olmayıb. Üstəgəl, bununla məktəbdə bir fitnə, nifaq salmağa çalışdılar.

Çünki Aynurə Əzizova müavinlikdən çıxarılmasında məktəb direktorunu günahkar bildi. Ona görə Əzizova öz yaxın ətrafı ilə həmləyə keçib, direktoru vəzifəsindən kənarlaşdırmağa səy göstərdi. Əslində bütün fitnənin, pozuculuq işlərinin önündə təhsil şöbəsinin müdiri Şamil Nurəliyev gedir”.

Müəllimlər qeyd edirlər ki, Ş.Nurəliyev vaxtilə rayonun Bəylik kənd məktəbində xoşagəlməz hərəkətinə görə əhali tərəfindən qovulub. Onun əməllərindən rayon camaatının xəbərdar olduğunu yazan şikayətçilər, belə bir şəxsin vəzifədə qalmasını layiq bilmirlər.

Onların fikrincə, təhsil naziri təcili olaraq rayona yoxlama göndərməli, o cümlədən şöbənin fəaliyyətini araşdırmalı, habelə Nurəliyev haqda səsləndirdikləri bu iddiaları da nəzərdən keçirməlidir. Müəllimlər israrla tələb edirlər ki, Saatlı təhsilini məhvə yuvarladan, məktəblərdə tədrisi sıfıra endirən, müəllimlər arasında qovğa yaradan belə bir dövlət qulluqçusu tezliklə təhsil sistemindən uzaqlaşdırılmalıdır.

Müəllimlər yazırlar: “Nurəliyev müəllimlərin, məktəb direktorlarının qəniminə çevrilib. Nurəliyev Məzrəli məktəbinə öz adamı Zakir Əmişovu direktor təyin etmək naminə bu qırğınları salıb. Ancaq Əmişovun direktor təyinatı uzun çəkmədi. Bəylik camaatı kimi Məzrəli əhli də Zakir Əmişovu məktəbdən qovdu.

Nəzərə alın ki, Nurəliyev Məzrəli məktəbini dağıtmaq üçün daha peşəkarlıqla yeni addiımlar atmağa başladı. Saatlı rayon təhsil şöbəsində müavini işləyən, Məzrəli məktəbində çox ciddi münaqişələr törədənlərin yaxın qohumu olan Şöhrət Bədəlov əvəzedici göndərildi.

Şöhrət Bədəlov Məzrəli məktəbinə direktor əvəzedicisi kimi gəldiyi 22 yanvar 2015-ci il tarixindən etibarən, birinci saatların dərsləri istisna olunmaqla hər gün bütün qalan saatları öz iclaslarına həsr edir. Uşaqlar isə bayırda qalırlar. Şöhrət Bədəlov isə bu vaxt ərzində qardaşı Ziyafətin 173 min dollarlıq Dubaydan gətirdiyi maşınından bəhs edir, əmisi və dayısı oğlanlarının Bakıdakı 200-250 min manatlı mal-mülklərindən söz açır.

Məktəbə isə dərs lazımdır, təhsil lazımdır. Görünür, onu öz maddi şəraiti maraqlandırır. Belə lazımsız, bitib-tükənməyən iclaslardan şagirdlər də, işçilər də cana doyub. Məktəbdə intriqa yaradan şəxslər Şöhrət Bədəlovun yaxın qohumlarıdır. Nazir Mikayıl Cabbarovdan xahiş edirik ki, Saatlı rayon təhsil şöbəsinin Məzrəli kənd tam orta məktəbində öz mənafeləri üçün törətdiyi bu özbaşınalıqlarına son qoyulsun”.

Ümumiyyətlə, Ş.Nurəliyevin əksər ümumtəhsil məktəblərini tam nəzarətsiz qoyması valideynlərin ciddi narazılığı ilə müşayiət olunur.

Bir müddət öncə rayonun məktəblərində aparılmış yoxlamalardan sonra gözləmək olardı ki, şöbə müdiri həm özünün, həm də məktəb direktorlarının fəaliyyətində dönüş yaradılmasına çalışacaq. Lakin Saatlı təhsilini problemlər məngənəsində sıxan amillər aradan qaldırılmamış qaldı.

Təhsil Nazirliyinin rəsmi açıqlamalarında rayondakı ümumtəhsil məktəbləri biabırçı durumu tənqid edilsə də, Ş.Nurəliyevin deyəsən, bu tənqidlərdən nəticə çıxarmağa vaxtı və həvəsi yoxdur. Ş.Nurəliyev axır vaxtlar heç Təhsil Nazirliyinin qoyduğu tələblərlə də hesablaşmır. Rayonda fəaliyyət göstərən 49

ümumtəhsil məktəbi və 19 uşaq bağçasının kiçik bir qismi istisna olmaqla qalan əksəriyyətində, xüsusən ucqar kənd məktəblərində hər şey görüntü xətrinə qurulub.

Müəllim təyinatında olduqca ciddi pozuntular var. Şagirdlərin tədris prosesindən ayrı düşməsi bir yana, qarşıya valideynlər məcburdurlar ki, övladlarını repetitor yanına göndərsinlər. Məktəblərdə dərslər yaxın adamların adına yazılır və 50 faiz şərt ilə maaş bölüşdürülür.

Hər müəllimim aldığı maaşın 30 faizi isə şəxsən Şamil müəllimə çatır. Əlbəttə ki, artıq hamının bildiyi həqiqətləri yenidən xatırlatmaqla biz xüsusən də Saatlı sakinləri üçün yeni bir məlumat təqdim etmədiyimizi başa düşürük. Ş.Nurəliyev tutduğu vəzifəyə Saatlının keçmiş icra başçısı Gülhüseyn Əhmədovun vaxtında təyin olunub.

Xatırladaq ki, yanvarın 21-də Saatlının Məzrəli kəndindəki orta məktəbdə baş verən etiraz aksiyasının əsl səbəbləri məhz bu məqamlar olub. Belə ki, aksiyanın baş verməsinə səbəbin bir müddət öncə işdən çıxarılan Nəzakət adlı məktəb direktorunun əvəzinə Saatlı rayon Təhsil Şöbəsi tərəfindən Zakir adlı şəxsin təyin edilməsinin olduğu bildirilir.

Buna etiraz edən kənd camaatı orta məktəbi mühasirəyə alaraq, yeni təyin olunmuş məktəb direktorunu qovublar. Məktəbə isə heç kəsi buraxmayıblar. Etirazçılar təhsilin aşağı səviyyədə olduğunu əsas gətirərək, layiqli bir şəxsin məktəb direktoru təyin olunmasını tələb ediblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mingəçevir Təhsil Şöbəsi müəllimlərin pulunu mənimsəyib – ŞOK

    Mingəçevir Təhsil Şöbəsi müəllimlərin pulunu ...

    13-11-2014, 22:10

  • 
  • Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD EDİLDİ

    Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD ...

    26-05-2021, 13:02

  • 
  • Saatlıda ezamiyyə fırıldağı yalan çıxdı

    Saatlıda ezamiyyə fırıldağı yalan çıxdı ...

    4-07-2015, 11:25

  • 
  • Saxta diplomlu müəllimləri işə kim götürür? - təhsil şöbəsi müdirinə ittihamlar

    Saxta diplomlu müəllimləri işə kim götürür? - ...

    12-05-2017, 22:30

  • 
  • Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi

    Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi ...

    6-04-2016, 21:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu