GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədovun qardaşını niyə öldürmək istəyiblər – şok tarixçə

Ziya Məmmədovun qardaşını niyə öldürmək istəyiblər – şok tarixçə

Tarix: 6-07-2015, 18:39 Bölmə :Manşet Baxış: 0
Ziya Məmmədovun qardaşını niyə öldürmək istəyiblər – şok tarixçə

Qusardakı dəhşətli hadisənin pərdəarxası; Nəriman Məmmədovun villasında bir il əvvəl baş vermiş partlayışı gizlədiblərmiş;Qusarın icra nümayəndəsi də qətlin qısqanclıq zəminində baş verdiyinə inanmırsa, sui-qəsd cəhdinin arxasında dayanan sirr nədir?
rrİyunun 30-da Qusar rayonunun Çiləgir kəndində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun villasında baş vermiş qətlin yeni sensasion təfərrüatları məlum olub. Qətllə bağlı yayılmış ilk xəbərdə qeyd edilirdi ki, N.Məmmədovun qudası Ramiz Vəliyevi 1967-ci il təvəllüdlü Eynulla Hacıyev qısqanclıq zəminində öldürüb. E.Hacıyev hadisə yerindən qaçsa da, Qusar rayon polis əməkdaşları onu bir gün sonra həbs ediblər.
Hadisə zamanı evdə olan Nəriman Məmmədov qətl hadisəsindən sonra şok keçirib. Hadisədən sonra onun dili tutulub. Vəziyyəti pisləşən N.Məmmədova ilk tibbi yardım Qusar Rayon Mərkəzi Xəstəxanasında göstərilsə də, sonradan onu Bakıya aparıblar. Lakin paytaxt həkimləri nazirin qardaşına köməklik edə bilməyiblər. Şokdan çıxa bilməyən N.Məmmədovu məcbur olub Türkiyəyə aparıblar.
Qətlin bəzi təfərrüatları və nazirin qardaşının hadisədən şok keçirərək dilinin tutulduğu barədə məlumatları yayandan sonra Ziya Məmmədovun digər qardaşı, deputat Elton Məmmədov mətbuata açıqlamalar verərək gah bu məlumatı təkzib etməyə cəhd edib, gah da baş verənləri dolayısı ilə təsdiq edərək “mən orada olmamışam, xəbərim yoxdur” deməklə kifayətlənib.
Qatilin hədəfi məhz nazirin qardaşının villasında ötən ilin fevralında baş vermiş bir dəhşətli hadisə ilə əlaqələndirilir.

Ziya Məmmədovun qardaşını niyə öldürmək istəyiblər – şok tarixçə

Belə ki, qatil E.Hacıyevin qardaşı daha əvvəl Nəriman Məmmədovun villasında gözətçi işləyib. Lakin bir il əvvəl nazirin qardaşının evində hələ də səbəbi bilinməyən partlayış baş verib və Şəkixan Hacıyev (Eynulla Hacıyevin qardaşı) və onun həyat yoldaşı Maral Hacıyeva dünyasını dəyişib. Partlayışda dünyasını dəyişən ailənin oğlu isə 1992-ci ildə Qarabağda şəhid olubmuş.

Ziya Məmmədovun qardaşını niyə öldürmək istəyiblər – şok tarixçə

Partlayışın nə səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün internet resurslarında axtarış etdik. Məlum oldu ki, hadisə ötən ilin fevral ayının 1-də baş verib. Xəbərdə deyilir ki, fevral ayının 1-də səhər saatlarında Qusarda (kəndin adı göstərilmir) Şəkixan Hacıyeva məxsus evdə qaz sızmasından partlayış baş verib. Partlayışdan sonra isə güclü yanğın olub. Hadisə zamanı Şəkixan Hacıyev və onun həyat yoldaşı Maral Hacıyeva ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Maral Hacıyevanın 80 faiz bədəni yanıb. Həkimlərin səyinə baxmayaraq, fevralın 5-də qadın həyatını itirib.

Ziya Məmmədovun qardaşını niyə öldürmək istəyiblər – şok tarixçə

6 gün sonra – fevralın 11-də isə Şəkixan Hacıyev də vəfat edib. Yalnız bəzi saytlar öz mənbələri ilə araşdıraraq hadisənin Hacıyevlərin öz evində deyil, Qusar rayonunun Çiləgir kəndində baş verdiyinin və mənzilin nazirin qardaşı Nəriman Məmmədova məxsus olduğunu yazıb. Bununla da hər şey unudulub…
Rəsmi məlumatda evin N.Məmmədova məxsus olması barədə heç nə deyilməməsi də şübhələri artırır. Ehtimal etmək olar ki, nazirin qardaşının evi ötən il məhz qəsdən partladılıb. Çünki Nəriman Məmmədov bu ağır hadisədən sonra Eynulla Hacıyevi villasında işə götürüb. E.Hacıyev görünür ki, qardaşının və qardaşı arvadının faciəli ölümündə Nəriman Məmmədovu günahlandırırmış. Hətta belə bir iddia da var ki, əslində cinayət hadisəsi zamanı nazirin qardaşı da yaralanıb.
Qusar Rayon İcra Hakimiyyətinin Urva inzibatı ərazi vahidliyinin nümayəndəsi Süliddin İsgəndərov deyib ki, qətli törədən Eynulla Hacıyev içki düşkünü olub və ailəsi ilə bu səbəbdən tez-tez münaqişə yaşanıb (ANS-Press). Onun baldızı isə Nəriman Məmmədovun villasının qulluqçusudur. Maraqlıdır ki, icra nümayəndəsi də qətlin qısqanclıq zəminində baş verdiyinə inanmır.

Ziya Məmmədovun qardaşını niyə öldürmək istəyiblər – şok tarixçə

Bəs onda nazirin qardaşını öldürmək cəhdinin arxasında dayanan sirr nədir? Eynulla Hacıyevi Nəriman Məmmədova qarşı kim qoya bilərdi?
Qusar Rayon Prokurorluğunun yetkililəri hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırıldığını deməklə kifayətlənir.
Qusar rayonunun mərkəzinə ən yaxın kənd olan Çiləgir füsunkar mənzərəsi ilə seçilir. “Şahdağ” yay-qış olimpiya kompleksinə aparan yolun kənarındakı kənddə yay aylarında kirayə evlərin bir günü 30-40 manatadır. Kəndin meşə və çay sahilində yerləşməsi buraya varlıların da diqqətini artırır. Rayondakı mənbəmizin sözlərinə görə, burada çox da böyük olmayan həyəti və 1 otaqlı evi 40 min dollardan aşağı almaq olmur.

Ziya Məmmədovun qardaşını niyə öldürmək istəyiblər – şok tarixçə

Məmmədovların böyük qardaşı – Nəriman Məmmədov uzun müddət nəqliyyat sektorunda çalışıb. Yalnız 2012-ci ildə yaş senzi səbəbindən Nəqliyyat Nazirliyində tutduğu yüksək postdan – Ekspedisiya İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. Amma nazir qardaşını işsiz də qoymadı. N.Məmmədova deputat Cavid Qurbanovun o zaman rəhbərlik etdiyi “Azəryolservis” ASC-nin nəzdində “MMC 85″ adlı qurumun rəhbərliyi həvalə olunub. N.Məmmədovun rəhbərlik etdiyi qurumun işi iri tonnajlı maşınlar üçün nəzərdə tutulan tərəzilərə nəzarət etmək idi. Hələ bir neçə il əvvəl Nəqliyyat Nazirliyinin rəhbərliyi yolların qısa müddətdə dağılmasını iri tonnajlı maşınların artıq yük götürmələri ilə izah etmişdi. Bunun qarşısını almaq üçün ölkəyə xüsusi tərəzilər gətirilmişdi və bu işə məsul olan ”MMC 85″ yaradılaraq nazirin qardaşına həvalə edilmişdi. Lakin bununla da yol dağıntılarının qarşısını almaq mümkün olmadı. 2014-cü ilin ortalarında nazirin əmri ilə Nəriman Məmmədov işdən çıxarıldı. Bu dəfə o, formal olaraq Cavid Qurbanovun müşaviri təyin edildi.

Ziya Məmmədovun qardaşını niyə öldürmək istəyiblər – şok tarixçə

Ziya Məmmədov məlum Quba hadisələrindən sonra şimal zonasına tam “hökmranlıq” etmək şanslarını itirdi. Qusar rayonu hələ də səlahiyyətlərinin əsas hissəsi əlindən alınmış, Beynəlxalq Bank işinə görə istintaqa cəlb edilən “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevə məxsusdur.
Digər himayədar məmurlar öz kurasiyalıq etdiyi rayonlarda özlərinə yaratdıqları şərait kimi, E.Pirverdiyev də Qusarda özünə yaxşı şərait yaradıb. E.Pirverdiyevin on minlərlə qoyunu və iribuynuzlu mal-qarası var. Eləcə də Qusardakı bir neçə iri mağazalar və restoranlar şəbəkəsi hələ də Etibar Pirverdiyevə məxsusdur.

“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun qardaşının qudası namus üstündə güllələndi

    Ziya Məmmədovun qardaşının qudası namus üstündə ...

    2-07-2015, 14:18

  • 
  • Ziya Məmmədovun qardaşının evində partlayış oldu

    Ziya Məmmədovun qardaşının evində partlayış oldu ...

    1-02-2014, 19:44

  • 
  • “Ziya Məmmədovun qardaşını da güllələyib…” - ŞOK İDDİA

    “Ziya Məmmədovun qardaşını da güllələyib…” - ŞOK ...

    7-07-2015, 18:58

  • 
  • Qusar olayları ətrafında nə baş verir?

    Qusar olayları ətrafında nə baş verir? ...

    2-07-2015, 18:24

  • 
  • Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib

    Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib ...

    15-09-2016, 16:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu