Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədov dünyasını dəyişib.
gundemxeber.az xəbər verir ki, bu barədə "Report”a nazirin yaxınları məlumat verib.
Məlumata görə, Məmmədovlar sentyabrın 13-də anaları Şirinnaz Məmmədovanın "40” mərasimini keçirib. Bir gün sonra isə 1945-ci il təvəllüdlü Nəriman Məmmədov vəfat edib.
***
Ziya Məmmədovun qardaşı, sabiq millət vəkili Elton Məmmədov Aznews.az-a açıqlamasında qardaşı Nəriman Məmmədovun bir müddət imiş ki, xəstə olduğunu deyib.
Bildirib ki, N. Məmmədov doğulduğu Ucar rayonunun Qazıqumlaq kəndində bu gün dəfn olunacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?