GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Müəlimlərin bitib-tükənmək bilməyən problemləri

Müəlimlərin bitib-tükənmək bilməyən problemləri

Tarix: 11-07-2015, 11:37 Bölmə :Manşet Baxış: 0
Müəlimlərin bitib-tükənmək bilməyən problemləri

Təhsil Nazirliyi müəllimlərin taleyi ilə oynayır

Azərbaycanda Təhsil naziri çoxdan dəyişsə də, təhsil sahəsində çoxsaylı problemlər dəyişmədən qalır. Belə ki, sabiq nazir Misir Mərdanovu Mikayıl Cabbarov əvəzləsə də, bu sahədə nəinki irəliləyişlər nəzərə çarpmır, hətta problemlər bir az da qəlizləşıb.

Bunlardan biri də müəllimlərin dərs yükü ilə bağlıdır. Yeni nazir fəaliyyətə başlayandan sonra tez-tez bu sahədə fərli, bəzən bir-birinə zidd qərarlar qəbul olunur. Məsələn ötən ilin payızında bildirildi ki, Azərbaycanda müəllimlərin dərs yükünün maksimal həddi 24 saatdan 36 saata qaldırılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, indiyədək müəllimlərin həftəlik dərs yükünün

maksimum həddi 24 saat olub. Lakin təcrübə göstərir ki, ümumtəhsil məktəblərdə fənlər üzrə həftəlik dərs yükünün 24 saat tələbi gözlənilməklə bölüşdürülməsi nəticəsində əksər hallarda bir stavkayadək dərs yükü vakant qalırdı. Həmin dərs yükünün bir hissəsi əvəzi ödənilmədən fənn müəllimləri tərəfindən tədris edilirdi ki, bu da onların haqlı narazılığına səbəb olurdu. Bir stavkayadək vakant dərs yükünə müəllimlərin işə qəbulu isə məktəblərdə müəllim sıxlığının yaranmasına, müəllim-şagird nisbətinin aşağı düşməsinə gətirib çıxarırdı. Bu sahədə beynəlxalq təcrübə də göstərir ki, əksər ölkələrdə ümumi təhsil sistemində müəllimlərin həftəlik dərs yükünün yalnız minimum həddi (1 stavka) müəyyənləşdirilir, maksimum həddə isə məhdudiyyət qoyulmur.

Xatırladaq ki, bir stavka (həftədə 12 saat) dərs yükünə görə ali təhsilli müəllim, stajından asılı olaraq, minimum 155 manat (10-cu ixtisas dərəcəsi ilə) maksimum 207 manat (15-ci ixtisas dərəcəsi ilə) əmək haqqı alır.

Bəs, görəsən, təhsil müəssisələrində dərs yükünün artırılması təhsilin keyfiyyətinə necə təsir göstərəcək? Ümumiyyətlə, sovet dövründə dərs bölgüsü zamanı müəllimlərə maksimum neçə stavka dərs deməyə icazə verilirdi?

Bir çox ekspertlər dərs yükünün artırılmasının tədrisin keyfiyyətinə heç bir təsir göstərməyəcəyini bildiridi. Çünki burada əsas məsələ müəllimlərin dərs saatı ilə təminatıdır. Çünki uzun illərdir ki, bu sahədə ciddi problemlər var idi. Məsələn, sabiq təhsil nazirinin əmrinə əsasən, 2010-cu ilə kimi müəllimlərin dərs yükünə məhdudiyyət qoyulmurdu. Bu addım təhsil sahəsində müəyyən fəsadlara yol açdı. Belə ki, məktəb direktorları hazırda dərs deyən müəllimlər arasında mövcud dərs saatlarını bölüşdürərək vakant yerləri gizlədirdilər. Yalnız özlərinə yaxın kadr olanda vakant yer olduğunu açıqlayırdılar. Bu isə əksər müəllimlərin işsiz qalmasına səbəb olurdu.

Nazirlər Kabinetinin bununla bağlı 2010-cu ildə imzaladığı qərarla dərs yükünün minimum 12, maksimum 24 saat olması müəyyənləşdirildi. Lakin ümumtəhsil məktəblərdə fənlər üzrə həftəlik dərs yükünün 24 saat tələbi gözlənilməklə bölüşdürülməsi nəticəsində əksər hallarda bir stavkayadək dərs yükü vakant qaldı. Həmin dərs yükünün bir hissəsi əvəzi ödənilmədən fənn müəllimləri tərəfindən tədris edilirdi ki, bu da onların haqlı narazılığına səbəb olurdu. Hətta buna etiraz olaraq bir qrup müəllim tərəfindən aksiya da keçirildi.

Sovet dövründə dərs bölgüsü zamanı müəllimlərə maksimum neçə stavka dərs deməyə icazə verildiyinə gəlincə, həmin illərdə dərs bölgüsü ilə bağlı xüsusi təlimat olub. Onun sözlərinə görə, sovet dövründə müəllimlərin həftəlik dərs yükü minimum 18, maksimum 27 saat nəzərdə tutulub. Ümumilikdə isə müəllimə il ərzində əvəzçilik qaydasında 240 saat dərs aparmağa icazə verilirdi. Bu da SSRİ Təhsil Nazirliyinin xüsusi təlimatı əsasında həyata keçirilirdi. Hətta təlimata zidd hərəkət edənlər inzibati qaydada məsuliyyətə də

cəl edilirdilər. Bəzi ekspertlər hesab edir ki, Azərbaycan Təhsil Nazirliyi bu təcrübədən istifadə etməlidir və hökumətin müvafiq qərarına əsasən, nazirlik dərs yükü ilə bağlı xüsusi təlimat hazırlamalıdır.

Ancaq fərqli düşünənlər də var. Belə ki, bəzi ekspertlər hesab edir ki, təhsil müəssisələrində pedoqoji kadrların dərs yükünün artırılması tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək. Onların fikrincə, bu addım imkan verir ki, müəllim gün ərzində 4-5 dəfə 45 dəqiqə olmaqla dərs aparsın. Bu həm də müəllimlərin məsuliyyətini artıracaq. Onlar tədrisə daha yaxşı hazırlaşacaqlar.

İndisə müəllimlərin dərs yükünün hazırkı durumu barədə. Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, bilik və bacarıqlarının diaqnostik qiymətləndirılilməsi aparılan müəllimlərin orta dərs yükünün 18 saata kimi qaldırılması bəzi müəllimlərdə anlaşılmazlıq yaradıb. İlham Nağıyev deyib ki, bəzi müəllimlər dərs yükünün

artırılmasını hansısa müəllimin işdən çıxarılması kimi qəbul edirlər, halbuki bu, işdən çıxarılma hesabına yox, pensiya yaşı həddinə çatmış müəllimlərin təqaüdə göndərilməsi hesabına olur. Yəni pensiyaya çıxarılan müəllimlərin yerinə yeni müəllim işə götürülmür və onların dərs saatı digər fənn müəllimləri arasında bölüşdürülür.

Belə müəllimlərin sayının az olmadığını deyən nazirlik rəsmisi müəllimlər arasında diaqnostik qiymətləndirmənin aparılması üçün iki mühüm meyarın nəzərə alındığını söyləyib. Bu meyarların birincisi, müəllim-şagird nisbətinin müvafiq qaydaya salınması, ikincisi müəllimlərin orta dərs yükü amilidir.

İlham Nağıyev əlavə edib ki, yay ayı ərzində daha 7 rayon və şəhərdə müəllimlərin bilik və bacarılqarının diaqnostik qiymətləndirilməsi aparıla bilər, bununla əlaqədar Nazirlər Kabinetinə müraciət edilib. Əgər hökumətdən müvafiq cavab gəlsə, ölkənin 7 rayon və şəhərində qiymətləndirilmə keçirilməsi mümkündür.

Azərbaycanda dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik bir stavka dərs yükü 12 saat müəyyənləşdirilir. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəllimlərin dərs bölgüsü aparılarkən isə müəllim üçün həftəlik 1 stavka dərs yükü 18 saat müəyyənləşdirilməlidir. Ancaq bu zaman həftəlik dərs yükü 2 stavkadan çox olmamalıdır.

Bildirilir ki, Təhsil Nazirliyinin dərs yükünü bu yolla 18 saata qaldırılması müəllim sıxlığının da qarşısını alacaq. Bir tərəfdən yaşlaşan müəllimlər təqaüdə çıxacaq və onların yerinə müəllim götürülməyəcək. Ancaq bu o demək deyil ki, yeni kadrlar işə götürülməyəcək, vəzifəsini dəyişənlər, analıq məzuniyyətinə gedən qadın müəllimlər və başqa səbəblərdən boş qalan ştatlara işə qəbul elanı olacaq.

Ancaq dərs yükünün 2 stavkadan çox olmamasına hələlik ucqar rayonlarda nail olmaq mümkün deyil .Müəllimlərin əməkhaqqının artırılması ilə əlaqədar qeyri-hökumət təşkilatlarının

nümayəndələri, təhsil ekspertləri və medianın iştirakı ilə nazirin keçirdiyi son müşavirədə Mikayıl Cabbarov bildirdi ki, kadr ehtiyacı olan bölgələrdə müəllimlərə 2 stavkadan da artıq dərs yükü verilə bilər. Dərs yükünün artırılması imkanı varsa, müəllim çox dərs deyə bilər.

O da var ki, dərs yükünün 2 stavkadan artıq olmasının müəllimin tədris keyfiyyətinə və səhhətinə ciddi mənfi təsir edir. Müəllimin dərs saatının 36 saat olması onun üçün böyük yükdür. Müəllim üçün bunun bir çox çətinlikləri var.

Bu baxımdan nazirin vaxtilə dərs yükünün 2 stavkadan artıq olması fikri hazırkı vaxtda məqbul deyil. Çünki həmin dövrdə yeniliklər konkret tətbiq olunmamışdı, dərs yükü 12 saat idi, 18 saat stavka yarım edirdi. Hazırda isə sınaq qiymətləndirməsindən uğur əldə edən müəllimlərin 2 stavkadan artıq dərs deməsi qəbul olunmur. Pedaqoqlar hesab edir ki, bir müəllim stavkadan artıq dərs deyirsə, onun dərsinin keyfiyyəti yoxdur. Dərsi demək üçün müəllim hər

dərsə hazırlaşmalıdır, hər dərsin öz metodikasını tapmalıdı, hər dərs öncədən təşkil olunmalıdır.

Əvvəllər bölgələrdə müəllim qıtlığı vardısa, hazırda müəllimlərin işə qəbulu elektron qəbulla aparılır və əvvəlki illərə nisbətdə indi ən ucqar yerlərə də müəllim kadrlar göndərilir. Ona görə də əvvəlki boşluqlar tədricən aradan qaldırılır. Bu baxımdan yanaşıldıqda dərs yükünün 18 saatdan artıq olmaması fikri ilə razılaşmaq olar. Amma gələcəkdə 18 saat dərs yükü 21 saata qədər, yəni 3-4 saat fakültətiv məşğələlərin hesabına artırılmalı, müəllimlərin əməkhaqqı yüksəlməlidir. Müəllimin əməkhaqqını artırıb ondan keyfiyyətli dərs tələb olunsa, müəllim əlavə hazırlıqdan, metodik tövsiyələrdən, fakültətiv dərs saatlarından, kompüter texnalogiyalarından istifadə etməklə keyfiyyətli tədrisə nail olar. Ümid edirəm ki, gələcəkdə də yeni yanaşmalar olacaq.

Digər bir məsələ isə ləğv olunmuş fənlərin müəllimləri ilə bağlıdır. Təhsil Nazirliyi bu ilin sentyabrından tam orta təhsil bazasında tədrisin təmayüllülər üzrə təşkil olunacağı məktəblərin 10-11-ci siniflərində ləğv olunmuş fənlərin müəllimləri ilə bağlı yerli təhsili idarəetmə orqanlarına tapşıqlar verib.

Bu tapşırıq həmin müəllimlərin dərs saatları ilə təminatı ilə bağlıdır. Bəzi fənlərin ləğv edilməsinin onu tədris edən müəllimin maddi durumuna təsir göstərməməsi üçün yaxın məktəblərdə də dərs saatının verilməsi istiqamətində hazırda işlərin aparılır. Hər halda nazirlikdən belə deyirlər: “Müəllim öz işlədiyi məktəbdən başqa qonşu məktəblərdə də dərs deyə bilər. Artıq yerli təhsil idarətetmə orqanlarına müvafıq tapşıq verilib ki, həmin müəllimlər dərs yüksüz qalmasın”. Nazirlikdən bildiriblər ki, təmayüllü siniflərin yaranması nəticəsində yuxarı siniflərdə hər hansı müəllimin dərs yükü azala bilər. Amma ölkə, eləcə də Bakı şəhəri üzrə müəllimlərin dərs yükü ilə bağlı ümumi mənzərəyə baxıldıqda böyük fərqin yaranması müşahidə edilməyəcək: “Müəllimlərin narazılığı olur. Amma biz konkret bir məktəbin, bir müəllim üzərində deyil, respublika və Bakı üzrə ümumi mənzərəyə baxsaq, görərik ki, bu, elə də böyük nəticələrə səbəb olmayacaq. Bu, kompensasiya olunacaq və öz axarına düşəcək”. Beləliklə, tədris ili bitəndə müəyyən edilmiş yaş həddinə çatmış müəllimlər pensiyaya çıxırlar: "Belə müəllimlərin isə sayı az olmur. Digər tərəfdən, analıq məzuniyyətinə də çıxan müəllimlərin sayı kifayət qədərdir. Bəs, bu dərs yükləri kimin üzəində qalır? Bu dərs yükləri də müəllimlərin arasında bölüşdürülür. Hər hansı müəllim təmayüllü siniflərin yaradılmasına görə öz dərs yükünü itirsə də, yaş həddi, analıq məzuniyyəti və digər səbəblərə görə işindən uzaqlaşan müəllimlərin dərs yükü bölüşdürüldüyündən bu, kompensasiya olunacaq”. Xatırladaq ki, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11 siniflərində tədris təmayüllər üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət istiqamətləri üzrə) təşkil olunacaq. Tədrisin təmayüllülər üzrə təşkil olunacağı siniflərdə tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə isə 10-dək azaldılıb.

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarovdan direktorlara növbəti xəbərdarlıq

    Mikayıl Cabbarovdan direktorlara növbəti ...

    16-09-2013, 13:57

  • 
  • Novruz Məmmədovdan müəllimlərlə bağlı YENİ QƏRAR

    Novruz Məmmədovdan müəllimlərlə bağlı YENİ QƏRAR ...

    30-08-2018, 15:12

  • 
  • Müəllimlərin yeni artıma əsasən alacaqları əmək haqqı açıqlandı

    Müəllimlərin yeni artıma əsasən alacaqları əmək ...

    1-04-2015, 22:12

  • 
  • Müəllimlərə şad xəbər

    Müəllimlərə şad xəbər ...

    13-10-2015, 11:45

  • 
  • Mikayıl Cabbarov müəllimlərin maaşlarının artırılmasından danışdı

    Mikayıl Cabbarov müəllimlərin maaşlarının ...

    22-11-2013, 15:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (245)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu