GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sələfilərlə xəvariclərin davasının daha iki iştirakçısına hökm oxundu

Sələfilərlə xəvariclərin davasının daha iki iştirakçısına hökm oxundu

Tarix: 11-07-2015, 11:39 Bölmə :Manşet Baxış: 0
Sələfilərlə xəvariclərin davasının daha iki iştirakçısına hökm oxundu

Ən-Nisə surəsi üstündə dava edən iki nəfər də cəzalandırıldı

Sumqayıt Apelyasiya Məhkəməsində dini qruplar arasında baş verən silahlı insident zamanı xuliqanlıqda təqsirli bilinən Vüqar Xəlilov və Elnur Nəzərəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Sumqayıt şəhərində fəaliyyət göstərən eyni dini baxışlarına görə yaradılmış dəstənin (camaatın) üzvü olmaqla həmin dəstənin başçısı hesab olunan (əmiri) Elşən Musayevin digər dini dəstənin üzvü Elmar Məmmədli ilə 11 dekabr 2013-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhərində yerləşən “Şərq bazarı” ticarət mərkəzinin qarşısında aralarında dini fikir ayrılığı üstündə mübahisə yaranıb. Vüqar Xəlilov baş vermiş münaqişəyə aydınlıq gətirməkdən ötrü Elşən Musayevi “Qarabağ” kinoteatrının qarşısında gözləyən Elmar Məmmədli və tərəfdarlarını həmin məqsədlə üzv olduğu dəstənin tərəfdarları ilə birlikdə toplaşdığı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Soltan” çay evinə gəlmələrini tələb edib.

İki dini qrup, fərqli baxışlar

həmin gün saat 20.30-da çay evinə Elçin Əkbərov, eləcə də sonuncunun başçısı olduğu dəstənin üzvləri olan Elmar Məmmədli, Anar Rəhimov və digərlərinin gəlib. Vüqar Xəlilov əsaslı səbəb olmadan Elşən Musayev, Elnur Nəzərəliyev və digərləri ilə birlikdə bir qrup şəxs təşkil edərək bıçaq, taxta və dəmir parçaları, habelə çay evində olan sərt predmetləri silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə Anar Rəhimov, Elmar Məmmədli, Yusif Eybalıyev və digərlərinin üzərində zor tətbiq olunması, habelə “Soltan” çay evinin icarədarı olan Əliheydər Mənsimova məxsus əmlakın bir qisminin zədələnməsi, bir qisminin isə məhv olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri ediblər.

Nəticədə Anar Rəhimov və Elmar Məmmədli sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid, Yusif Eybalıyevə isə dərəcəsi təyin edilməyən xəsarətlər yetirilib. Əliheydər Mənsimova isə 843 manat 80 qəpik məbləğində maddi ziyan vurulub.

Bundan başqa Vüqar Xəlilov döyüş sursatı olan zavod üsulu ilə hazırlanmaqla təyinatı üzrə istifadəyə yararlı bir ədəd hücum təyinatlı “HGR DM 41” tipli əl qumbarası və 5,45 mm kalibrli (“Kalaşnikov”) “AK-74”, “AKS-74”, “AKS-74U” konstruksiyalı avtomat silahlarda istifadə edilməsi üçün nəzərdə tutulmuş 31 ədəd zavod üsulu ilə istehsal edilmiş və təyinatı üzrə istifadəyə yararlı patronları istintaqa məlum olmayan

mənbədən qanunsuz olaraq əldə edib. Həmin döyüş sursatı 16 dekabr 2013-cü il tarixdə yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22, mənzil 8 ünvanda aşkar edilib. Həmin gün Elnur Nəzərəliyevin yaşadığı ı Sumqayıt şəhəri, 11-ci mikrorayon, 2 saylı təmir-tikinti idarəsinin həyətindəki fərdi evdə xeyli miqdarda silah-sursat aşkarlanıb.

Hökm və narazılıq

Cinayət işində adları hallanan Elçin Əkbərov, Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov ayrıca icraatda ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qəsdən adam öldürməyə cəhd, silah saxlama, narkotiklə ittiham edilən Elçin Əkbərov 9 il, Elmar Məmmədli 9 il, Zaur Paşayev 9 il, Firudun Musayev 7 il, Əhməd Salmanov 8 il, Anar Mirzəyev 8 il, Murad Məhərrəmov 8 il, Anar Rəhimov 8 il, Vüqar Abdullayev 8 il, Amil Tağıyev 7 il, Elçin Mirzəyev 8 il, Cəlal Mikayılov 7 il, Kənan Mehrəliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıtda sələfilərin başçısı olan Elşən Musayev isə tək mühakimə edilib və 13 il cəza alıb.

Vüqar Xəlilov və Elnur Nəzərəliyev isə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə ittiham ediliblər. Hər iki təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsində mühakimə ediliblər və məhkəmənin hökmü ilə Vüqar Xəlilov 7 il, Elnur Nəzərəliyev isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Vüqar Xəlilov bildirib ki, təxminən 7 ilə yaxındır ibadətlə məşğul olur, əsl din yolunu “Əhli sünnə vəl cəmaət” təriqətində gördüyündən həmin təriqətə məxsus “Sələfi saleh” qolunun nümayəndələrinin qıldıqları kimi namaz qılır: “Sumqayıt şəhərində bu təriqətə, daha doğrusu “Əhli sünnə vəl cəmaət” təriqətinə məxsus “Sələfi saleh” qoluna etiqad edən bir neçə şəxs var. Həmin şəxslərlə dostluq edirəm. Həmin şəxslərdən “Hamza” ləqəbli Elşən Musayev, onun qardaşı Ruslan, “Abdullah” ləqəbli Elnur Nəzərəliyev, Razim və digərlərini tanıyıram. Ümumiyyətlə, bir-birimizi görəndə o qədər “əxi-əxi”, yəni qardaş deyirik ki, adlarımızı yadımızda saxlamamışıq. Özüm həmin camaata daxil deyil, lakin camaatın üzvləri ilə sıx əlaqə saxlayıram. Həmin şəxslərin əmiri “Hamza” ləqəbli Elşən Musayevdir, özünün kunyasım isə “Abduləziz”dir”.

“Elçingilin dəstəsi Elşəni döymək üçün axtarırlar”

Vüqar Xəlilovun sözlərinə görə, dekabrın 11-də “Şərq bazarı” adlanan ticarət mərkəzində əmir Elşən Musayevlə əmiri Elçin Əkbərov olan digər camaatın üzvü Elmarın arasında dini mövzuda mübahisə düşüb: “Elmargilin dini baxışlarına görə bir müsəlmanın digər müsəlmanla mübahisəsi düşdükdə müsəlman bununla bağlı hüquq-mühafizə orqanlarına və yaxud məhkəməyə müraciət edərsə, onda həmin şəxs kafir sayılır. Elşən Musayevin isə dini baxışı əks mövqedə olduğu üçün Elmar “Şərq bazarı” adlanan ticarət mərkəzində olarkən Elşəni yumruqla vurub. Lakin orada olan insanlar Elşənlə Elmarı aralaşdırdığından söhbət dekabrın 12-ə qalıb”.

O, qeyd edib ki, dekabrın 11-də, axşam saatlarında Elşəngilin camaatının toplaşdığı Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən “Soltan” çay evinə gedib. Onun sözlərinə görə, çay evinə daxil olanda orada bir neçə nəfər şəxsin olduğunu görüb: “Həmin insanlar Elşənin camaatından olub və həmişə olduğu kimi, həmin gün də oraya yığışıblar. Həmin şəxslərin özlərini aparmalarından hiss etdim ki, hamısı məsələdən xəbərdardırlar, ona görə də kefləri yoxdur. Çayxanaya gedəndə Elşən Musayev hələ gəlməmişdi. Elşən məndən bir qədər sonra gəldi. Elşənin yanına gedərək nə baş verdiyini soruşdum. Onun söhbətlərindən hiss etdim ki, Elçingilin dəstəsi Elşəni döymək üçün axtarırlar, ona görə də Elşən həmin şəxslərlə görüşməyə getmək istəyib”.

“Dedi ki, Elşən, başına kaska tax, gəlirik”

Vüqar Xəlilov bildirib ki, Elşənin yanında olan zaman onun telefonuna zəng gəlib və zəng edən Elşənin “Qarabağ” kinoteatrının qarşısına gəlməsini təkid edib: “Lakin Elşən həmin şəxsə “Zaur, mən gəlmək istəmirəm, söhbətiniz varsa, söhbət etmək üçün siz buraya, yəni çayxanaya gəlin”, - sözlərini dedi. Lakin Zaur Elşənə dedi ki, Elşən, başına kaska tax, gəlirik. 5-10 dəqiqədən sonra təxminən 20-25 nəfərə yaxın, bəlkə də çox insanın bıçaq, dəyənək, zəncirlər və lomla silahlanaraq çay evinə gəldiyini gördüm. Həmin şəxslər gələn kimi irəlidə olan Zaur Paşayev “Elşən, sən hələ çox içəridə qalacaqsan” deyərək Elşənin olduğu otağa hücum etdi və açıq-aydın hiss etdim ki, gələn şəxslərin hədəfi yalnız Elşəndir, ya Elşəni maşına basaraq aparmaq və yaxud döymək istəyirlər. Zaura söhbət etməyi təklif etdim. Zaur mənə kənara çəkilməyimi və işinin Elşənlə olmasını dedi”.

“Qumbara partlamasında Elşən və Elnur Nəzərəliyev xəsarət alıblar”

Təqsirləndirilən şəxsin sözlərinə görə, yenidən Zaura söhbət etməyi təklif edib, bu zaman Zaur yumruqla onun baş nahiyəsinə qüvvətli zərbə vurub: “Zərbənin təsirindən yerə yıxıldım. Bu zərbədən sonra aləm bir-birinə qarışdı, kütləvi şəkildə iki dəstə arasında dava düşdü. Hamı özünü qoruduğundan kim-kimi və nə ilə vurduğunu bilmək mümkün olmayıb. Elmarın, Zaurun, Muradın, “İxlas” ləqəbli Zaurun, qəssab Anarın əllərində bıçaq və dəyənəklər, Firudinin əlində qaz balonu olduğunu görmüşəm. Özüm görməsəm də, sonradan uşaqların deməsindən bilmişəm ki, Firudinlə birlikdə Elçin, yəni həmin dəstənin əmiri olan Elçin Əkbərov da idman formasında oraya gəlib. Gördüm Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov Elşən Musayevi döyürlər. Bu vaxt çay evinin ümumi zalında dava-dalaş zamanı olarkən Elşən Musayevin əlində əl qumbarasını görmüşəm. Həmin vaxt hücum edənlər Elşəni döyüblər, ona görə də Elşən özünü müdafiə etmək üçün özündə olan əl qumbarasını döyənlərə tərəf çəkərək hücumun qarşısını almaq istəyib. Elşən Musayev özündə olan qumbaranı hücum edənlərə göstərən zaman , həmin şəxslər bayıra tərəf çıxmağa başladı. Bir müddətdən sonra küçədən qumbaranın partlayış səsi gəldi, bundan sonra yenidən avtomat atəş səsləri gəldi. Lakin avtomatdan kimin atəş açdığını görmədim. Sonradan məlum oldu ki, qumbara partlamasından həm Elşən özü, həm də Elnur Nəzərəliyev xəsarət alıblar”.

Digər təqsirləndirilən Elnur Nəzərəliyev bildirib ki, dekabrın 11-də, saat 17.00-da qaynanasıgilə gedib: “Məğrib namazını orada qılmışam. Saat 19.30-da işa namazının vaxtı girsə də, hələ namazı qılmamışam. Arvadım Aytən ürəyi sıxıldığını bildirərək onu gəzmək üçün havaya çıxarmağımı xahiş etdi. Aytən ilə bir qədər küçədə gəzdik. Bu zaman “Hamza” ləqəbi ilə tanınan və bizim camaatının əmiri olan Elşən Musayevin evlərinin qarşısında insanların toplaşdığını gördüm. Orada təxminən 10 nəfərə yaxın adam olub. Həmin şəxsləri görərək həyəcanlandım. Çünki oradan səs-küy gəldi, elə başa düşdüm ki, nəsə hadisə baş verib. Aytəni başqa adla evə qaytardım. Özüm həmin insanlar toplaşdığı yerə getdim. Orada dini baxışlarıma görə həmfikir olan insanların toplumunun üzvlərini gördüm. Həmin şəxsləri rəsmi ad-soyadla tanımasam da ləqəblə tanımışam. Onlardan Abu Ömər, Abu Umeyr və Abu Yunus kunyəli şəxsləri yadımda saxlamışam. Orada olan insanlardan bəzilərini isə birinci dəfə gördüm. Həmin vaxt orada olan insanlara yaxınlaşaraq görüşdüm və hal-əhval tutdum. Onlardan nə baş verdiyini soruşdum. Lakin nəsə baş verməsi barədə bir söz deyən olmadı”.

Elnur Nəzərəliyev daha sonra ifadəsində kütləvi davanın baş verməsində, sonda qanlı cinayətlə nəticələnən hadisədən danışıb. Zərərçəkmiş Elnur Məmmədli qeyd edib ki,

dini ləqəbi “Hamza” olan Elşən Musayevi ibadət etməyə başladıqdan az sonra tanıyıb və onun da əhli sünnə olduğunu, sünni təriqətinin sələf əqidəsində olduğunu bildiyindən sonra onunla əvvəllər normal, yaxşı münasibətləri olub : “Lakin sonradan aramızda soyuqluq əmələ gəlib. Təxminən 3-4 ay bundan qabaq internet vasitəsi ilə dini saytda yerləşdirilmiş Quranın Ən-Nisə surəsinin 60-cı ayəsində olan ayətə əsasən mühakimənin küfr olduğunu yəni, insanı islamdan çıxaran əməl olduğu yazıdlığından mən və digər həm fikirlərim bunu araşdırdıq. Belə qərara gəldik ki, Allahın mühakiməsindən başqa olan bütün məhkəmə prosesləri, yəni hər hansı bir müsəlman hər hansı bir məsələ ilə əlaqədar məhkəməyə müraciət edərsə, bu Allahın ayətinə ziddir və bunu edən müsəlman artıq islamdan çıxmış olur. Bu fikir mən də daxil olmaqla Elçin Əkbərov və digər həmfikirləri tərəfindən qəbul olundu. Bu barədə Elşən və onun həmfikirləri ilə müzakirə apararaq, bu məsələni qəbul etmələrini istədik. Lakin Elşən və onun həmfikirləri bu məsələni qəbul etmədi”.

Elnur Məmmədli bu səbəbdən mübahisə yarandığını, nəticədə də xuliqanlıq və digər ağır hadisələrin baş verdiyini qeyd edib. Digər zərərçəkmişlər Anar Rəhimov, Yusif Eybalıyev ifadə verəndən sonra apelyasiya şikayətinə baxan hakimlər qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dini qruplaşmalardan birinin lideri həbs edildi- Sumqayıtda

    Dini qruplaşmalardan birinin lideri həbs edildi- ...

    28-12-2013, 12:54

  • 
  • Sumqayıtda sələfilərlə xəvariclərin qanlı atışması “Qəmzə”yə görə düşüb

    Sumqayıtda sələfilərlə xəvariclərin qanlı ...

    3-10-2014, 12:53

  • 
  • Qəbələdə iş adamını öldürən dini-ekstremist dəstənin üzvü Ali Məhkəməyə müraciət edib

    Qəbələdə iş adamını öldürən dini-ekstremist ...

    1-10-2018, 12:00

  • 
  • "Özüm üçüncü, qardaşım ikinci qrup əlildir, bağışlayın..." – Cinayətin təfərrüatı

    "Özüm üçüncü, qardaşım ikinci qrup əlildir, ...

    11-04-2020, 12:49

  • 
  • Rusiyada silahlı dəstənin üzvü olan azərbaycanlı saxlanıldı

    Rusiyada silahlı dəstənin üzvü olan azərbaycanlı ...

    29-03-2021, 20:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu