GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyət namizədinin legitimlik problemi

Hakimiyyət namizədinin legitimlik problemi

Tarix: 12-02-2013, 11:15 Bölmə :Manşet Baxış: 1 243
Qərb İlham Əliyevin üçüncü namizədliyinə nə deyə bilər?

Ərəstun Oruclu: “Həmin konstutsiya dəyişikliyi İlham Əliyevə şamil oluna bilməz”
Hakimiyyət namizədinin legitimlik problemi

Leyla Əliyeva: “Əgər cəmiyyət kütləvi şəkildə etiraz etsə, onda Qərb də buna etiraz edəcək”
Hakimiyyət namizədinin legitimlik problemi

Erkin Qədirli: “Kim vəziyyətə nəzarət etməyi bacarırsa, Qərb, beynəlxalq təşkilatlar da onunla işləyir, onu dəstəkləyir”

Hakimiyyət namizədinin legitimlik problemi


İki dəfə dövlət başçısı seçilən İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olmaq ehtimalına iki fərqli münasibət var. Hakim Yeni Azərbaycan Partiyasının rəsmiləri 2009-cu ildə konstitusiyaya dəyişiklik referendumunu əsas gətirərək İlham Əliyevin namizədliyinə heç bir hüquqi maneənin olmadığını deyirlər. Həmin referendumda konstitusiyadan “Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının prezidenti seçilə bilməz” cümləsi çıxarılıb. Müxalif düşərgə isə qeyd edir ki, konstitusiya dəyişikliyinin 2013-cü ildə keçiriləcək prezident seçkisinə hüquqi qüvvəsi yoxdur, çünki iki dəfədən artıq təkrarən prezident seçilmə yasağı İlham Əliyev ikinci dəfə seçiləndən sonra aradan qaldırılıb.
Bəs Qərb ölkələrinin, beynəlxalq demokratik təsisatların məsələyə münasibəti necə ola bilər? Bu suala politoloqlar Ərəstun Oruclu, Leyla Əliyeva və hüquqşünas Erkin Qədirli cavab verib.
Ərəstun Oruclu: “Qərb ölkələri ilk növbədə çalışacaq ki, bütün məsələlərə hüquqi yanaşma olsun. Konstitusion dəyişiklik baxımından mübahisədə kim haqlıdır? Əsas bu sual gündəmə gəlir. Hüquqşünasların əksəriyyəti hesab edir ki, qanunun geriyə qüvvəsi yoxdur, yəni həmin konstutsiya dəyişikliyi İlham Əliyevə şamil oluna bilməz. Çünki o, əvvəlki qaydalar çərçivəsində ikinci müddətə prezident seçilib. Fikirləşirəm ki, beynəlxalq yanaşma daha çox bu mövqeyə üstünlük verəcək.
Azərbaycanda idarəetmə sistemi çox sürətlə tənəzzülə uğrayır. Onun fəsadları bütün sahələrdə özünü göstərir. Son zamanlar hakimiyyət bu böhrandan çıxmaq üçün ağlasığmaz addımlar atır. Məsələn, QHT qanunvericiliyinə düzəlişləri, Tofiq Yaqublunun və İlqar Məmmədovun şərlənərək İsmayıllıdakı üsyanın təşkilatçıları kimi həbs olunmalarını, İsmayıllıda baş verən hadisələrə qeyri-adekvat yanaşmanı nəzərdə tuturam. Dünyanın ən aparıcı kütləvi informasiya vasitələrinin o hadisələr barədə yaydığı xəbərlərdə nazirin oğlunun da adı çəkilir. Qarşıdurmaya səbəbkar kimi o da göstərilir. Amma hakimiyyət birmənalı şəkildə bunu bir qırağa qoyur, başqa kimi gəldi ittiham etməyə çalışır. O cümlədən etirazını bildirən dinc sakinləri.
Bütün bunları görən beynəlxalq aləm konstitusiya dəyişikliyinin İlham Əliyevə şamil olunmamasına üstünlük verə bilər və proses buna doğru gedir. Beynəlxalq aləmin çox önəmli fiqurlarından biri Avropa Birliyidir və bu qurumun nümayəndəsinin Tofiq Yaqublu və İlqar Məmmədovun Bakı Apellyasiya Məhkəməsindəki prosesinə buraxılmaması beynəlxalq güclərə əlcək atmaqdır. Bu hərəkət çox məntiqsiz bir hərəkət idi”.
Leyla Əliyeva: “Əgər cəmiyyət İlham Əliyevin üçüncü dəfə prezident seçkisinə qatılmasına kütləvi şəkildə etiraz etsə, onda Qərb də buna etiraz edəcək. Amma cəmiyyət etirazını bildirə bilməsə, Qərb heç bir reaksiya verməyəcək, qüvvələr nisbətinə uyğun yanaşacaq bu prosesə”.
Erkin Qədirli: “ Açığı, Qərbin və beynəlxalq təşkilatların bu məsələyə ciddi reaksiya verəcəyinə inanmıram. Bu, daxili diskussiya mövzusudur və biz bu məsələni daxildə həll etməliyik.
Mən İlham Əliyevin üçüncü dəfə namizəd olmaq hüququna qanun çərçivəsində şərh verirəm. Yəni söhbət İlham Əliyevin şəxsiyyətindən getmir, əslində bir vətəndaş kimi onun öz namizədliyini irəli sürməsini mən problem hesab etmirəm. Ancaq söhbət qanunlardan gedir. Bir nəfərin iki dəfədən artıq təkrarən prezident seçilməsinə qoyulmuş yasağın konstitusiyadan çıxarıldığı və yeniliyin qüvvəyə mindiyi zamanı, həmçinin referendumun özünün nə şəkildə keçirildiyini nəzərə alsaq, İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququnun olmadığını əminliklə söyləyə bilərik. Qərb nə deyəcək, bunu artıq onun özü bilər. Sözün doğrusu, Qərbin mövqeyi məni az düşündürür.
Biz Qərbin, beynəlxalq təşkilatların mövqeyinin necə olduğunu əvvəlki seçkilərdə, bir sıra başqa siyasi proseslərdə də yaxşı görmüşük. Kim vəziyyətə nəzarət etməyi bacarırsa, Qərb, beynəlxalq təşkilatlar da onunla işləyir, onu dəstəkləyir. Ola bilər, onlar müəyyən tənqidi fikirlər söyləsinlər, amma sonda kim vəziyyətə nəzarət edirsə, onunla işləyirlər. Bu o demək deyil ki, Qərb, beynəlxalq təşkilatlar Azərbaycanda vəziyyətə nəzarət edən tərəfin atdığı addımları ürəkdən bəyənir, sadəcə olaraq onlar vəziyyətə nəzarət edən tərəflə işləməyi üstün tuturlar. Sabitlik - Qərbə bu lazımdır. İndi bu idarəetmə ilə sabitliyi nə qədər təmin etmək mümkün olacaq, bu ayrı mövzudur. Eyni zamanda Qərbin bundan narahat olub-olmadığı da ayrı mövzudur və doğrusu, mən bunu bilmirəm də. Ancaq bilirəm ki, sonda kim situasiyaya nəzarət edəcəksə, Qərb, beynəlxalq təşkilatlar da onu dəstəkləyəcək”.
“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

    İlham Əliyevin prezidentliyə namizədliyi qeydə ...

    25-08-2013, 14:32

  • 
  • Hakim komandanın namizəd problemi

    Hakim komandanın namizəd problemi ...

    10-01-2013, 11:53

  • 
  • Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür

    Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum ...

    24-12-2013, 00:40

  • 
  • İlham Əliyevin körpəlik fotosu yayıldı

    İlham Əliyevin körpəlik fotosu yayıldı ...

    23-08-2013, 17:18

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu