GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nazirin əmrini geri oxutduran mayor- Hərbi Hospitalda Tofiq Tağıyev sindromu

Nazirin əmrini geri oxutduran mayor- Hərbi Hospitalda Tofiq Tağıyev sindromu

Tarix: 31-07-2015, 00:19 Bölmə :Manşet Baxış: 0
Nazirin əmrini geri oxutduran mayor- Hərbi Hospitalda Tofiq Tağıyev sindromu“Papanin” hospitalı kimi tanınan, ölkənin ən böyük hərbi tibb ocağı sayılan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının çökməsi haqda məlumat daxil oldu. İlkin olaraq həmin tibb müəssisəsinin orada aparilan metro tikintisinin təsirinə məruz qalaraq çökməsini zənn etdik. Lakin jurnalist araşdırması nəticəsində aydın oldu ki, hospitalın çökməsinin tikinti işləri ilə heç bir əlaqəsi yoxdur. Söhbət uzun illərdir əsgər və zabitlərimizin əsas müalicə ocağı sayılan hospitalın mənəvi çöküşündən gedir və buna səbəb 2013-cü ilin sonunda oraya heç bir təcrübə və səriştəsi olmayan, “ailə”yə yaxın və “ailə”nin həkimi sayılan Tofiq Tağıyevin rəhbər təyin olunmasıdır. Xatırlatmaq istəyirik ki, Qarabağ müharibəsi zamanı minlərlə əsgər və zabitimizin müvəffəqiyyətlə müalicə olunaraq döyüş səngərlərinə qayıtmasında əsas rol oynayan bu hospitala əvvəllər Vaqif Şirəliyev, Həşim Cəfərov, Etibar Qasımov və Asif Qurbanov kimi təcrübəli və ixtisaslı, peşəkar hərbi kadrlar rəhbərlik etmişlər.
2013-cü ilin noyabrından hərbi tibb müəssisəsinə islahatçı kadr qismində rəhbər təyin olunan Tofiq Tağıyev haqda cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə 1993- 1995-ci illərdə Naxçıvan qarnizon Hospitalında terapeya bölməsinin rəisi işləmiş və işlədiyi müddətdə qeyri-qanuni əməllərlə məşğul olduğu, sağlam əsgərləri ordudan tərxis etdirməyə cəhd göstərdiyi üçün Qarnizon Hospitalının rəhbərliyi tərəfindən işdən azad edilmiş və ordu sıralarından uzaqlaşdırılmışdır. Belə bir şəxsin uzun illərdən sonra 55 yaşında baş leytenant kimi yenidən ordu sıralarına çağrılaraq ən iri tibb müəssisəsinə rəhbər təyin edilməsi çoxları üçün gözlənilməz bir təyinat olmuşdur. Təyin olunduğu ilk günlərdən onun səriştəsizliyi və hospital işini bilməməsi öz acı nəticələrini vermiş, hospitalın əsas göstəricisi sayılan döyüş hazırlığı kəskin aşağı düşmüş, hospitalda əsgər ölümlərinin sayı artmışdır. Bununla bağlı infeksiya yoxlaması zamanı hospitalın döyüş hazırlığı sıfır qiymətləndirilmiş, hospital rəisinin işi qeyri-qənaətbəxş hesab edilmişdir. Həm bu səbəbə, həm də Novruz bayramı ərəfəsində öz postunu bir həftəlik özbaşına tərk edərək ölkədən kənara çıxdığına görə Müdafiə Nazirinin qəzəbinə düçar olmuş və 2014-cü ilin mart ayında, xidmətinin 5-ci ayında tutduğu vəzifədən uzaqlaşdırılması üçün nazir əmr imzalamışdır. Lakin gizli bir qüvvənin təsiri ilə həmin əmr iki saat ərzində geri qaytartdırılmış , hospitalın açar və möhürü üzrxahlıq edilərək yenidən Tofiq Tağıyevə qaytarılmışdır. Müstəqil bir ölkədə, həm də müharibə şəraitində olan bir ölkədə Müdafiə Nazirin imzaladığı əmr iki saat ərzində geri oxutdurulması ürəkaçan bir iş deyil, ölkənin təhlükəsizliyi baxımından təhlükəli tendensiyadır. Bunun araşdırılması və müvafiq nəticə çıxarılması yaxşı olardı.
Baş verən olaydan sonra öz kreslosunda yerini möhkəmləndirən Tofiq Tağıyev hospitalda hegomonluq etməyə başlamış, hospital qısa müddət ərzində yerinə yetirməli olduğu funksiyanı dəyişərək özəl tibb müəssisəsinə çevrilmişdir. Hazırda həmin hospitalın başlıca vəzifəsi mülki xəstələrin müalicəsi ilə məşğul olmaqdır. Əsgər və zabitlərin müayinə və müalicəsi arxa plana keçmişdir. Etibarlı mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə, əhaliyə göstərilən ödənişli xidmətdən hər ay hospitalın hesabına 100 000 manatdan artıq vəsait daxil olur ki, həmin vəsaitin də 40%-imüxtəlif maxinasiyalar və maliyyə fırıldaqları nəticəsində şəxsən Tofiq Tağıyevin cibinə axır. Təkcə dərman preparatlarının alınmasından rəisə 20% pay çatır. Bunun nəticəsi olaraq da hospitalın fəaliyyəti üçün önəmli sayılan dərman preparatlarının qiymətləri şişirdilərək olduqca baha qiymətə alınır və hospitalda dərman preparatlarının təhcizatında ciddi problemlər yaşanır. Hospitalda dərman preparatlarının çatışmazlığından, müalicə olunan bir çox zabit və əsgərlərin müalicəsi üçün dərman və tibbi ləvazimat onların özünə və ya valideynlərinə aldırılır. Digər mənbələrdən aldığımız məlumata görə, 40-dan artıq şöbə və bölməni özündə birləşdirən hospitalda şöbə rəislərinin bəziləri hospital rəisi ilə ümumi dil taparaq mülki xəstələri qeydiyyatdan gizlədərək onların müalicə və müayinəsindən əldə olunan qazancı Tofiq Tağıyevlə bölüşürlər. Bütün bu və digər maxinasiyaların hesabına Hospitalın rəisi milyonçuya çevrilib, onun illik gəliri bir milyonu keçir. Son bir il ərzində 20000-lik avtomobilini 200000-lik daha komfortlusu ilə əvəz etməsi buna sübutdur. Tofiq Tağıyev isə bəzi yerlərdə həmin avtomobilin “ailə”yə göstərdiyi tibbi xidmətə görə “ailə” tərəfindən ona hədiyyə verildiyini bildirir. Əlbəttə, bütün bunların araşdırılması hüquq mühafizə orqanlarının işidir.
Bizi isə məsələnin başqa tərəfi maraqlandırır. Görəsən torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə başlansa ordunun əsas tibb ocağı sayılan Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tam döyüş hazırlığına gətirilə biləcəkmi? Bütün mütəxəssis rəyləri birmənalı olaraq bu suala “yox” cavabını verir. Çünki Tofiq Tağıyevin rəhbərliyi dövrdə hospital bir dəfə də olsun döyüş hazırlıq planına uyğun təlim keşməyib və Baş Qərargah rəisinin planlaşdırdığı təlimlərdə iştirak etməyib. Hospitala 20 milyon dollara başa gələn və 2013-cü ilin uyun ayında ordunun 85 illik yubileyi münasibəti ilə hospitala prezidentin gəlişi zamanı nümayiş etdirilən 2 ədəd hərbi səhra cərrahiyyə hospitalı Tofiq Tağıyev vəzifəyə təyin olunduqdan sonra onun tərəfindən cavabdehliyə götürülməmiş və baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdür. Hospitalın hava ilə doldurulan çadırları nəzarətsizlik üzündən çürüyərək sıradan çıxmış, əmlakın bir hissəsi talan edilmişdir. Hospitalda yaranan problemlərin aradan qaldırılması üçün heç bir tədbirlər görülmür və problemləri dilinə gətirən zabitlər dərhal vəzifələrindən uzaqlaşdırılırlar. Son bir ildə hospital mənəvi tərəfdən çökdürülərək elə bir vəziyyətə salınıb ki, bunun qarşısı tezliklə alınmasa çox ağır nəticələrlə yekunlaşacaq.
P.S. Mövzunu davam etdirəcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Müdafiə naziri və nazirliyin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar

    Müdafiə naziri və nazirliyin rəhbər heyəti ...

    31-12-2014, 18:17

  • 
  • Füzulidə ölümcül döyülən əsgər hospitalda öldü

    Füzulidə ölümcül döyülən əsgər hospitalda öldü ...

    26-09-2016, 12:20

  • 
  • Gürcüstanda əsgər H1N1 virusundan ölüb

    Gürcüstanda əsgər H1N1 virusundan ölüb ...

    4-02-2016, 21:11

  • 
  • Azərbaycanda Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi də koronavirusa yoluxdu - FOTO

    Azərbaycanda Silahlı Qüvvələrin Baş Klinik ...

    11-07-2020, 13:33

  • 
  • Zakir Həsənov yoxlama apardı, generala tapşırıq verdi

    Zakir Həsənov yoxlama apardı, generala tapşırıq ...

    17-12-2014, 13:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu