Sirkətin prezidenti regionçuluq prinsipləri ilə işçiləri qəbul edir. Məktubda deyilir:
1996-cı ilin yanvarında ARDNŞ ilə Türkiyənin TEKFEN şirkəti tərəfindən təsis edilmiş AZFEN, neft və digər sənaye sahələrində hər növ inşaat, emal, nəqliyyat, mühəndislik və layihə idarəçiliyi, həmçinin müxtəlif növ inşaat materiallarının ticarəti ilə əlaqədar işləri həyata keçirmək üçün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradıldı. O zaman müəssisə 54 milyon dollar həcmində 24 layihəni işləyib sona çatdırmışdı.
Hətta AZFEN və TEKFEN Qərb ixrac Neft kəmərləri layihəsində iştirak edərək, Azərbaycan ərazisində boru kəmərləri tikintisini Gürcüstanda nasos və təzyiq azaltma stansiyalarının, eləcə də elektrik, mexaniki və ölçü cihazları layihəsinin tikintisini yüksək səviyyədə başa çatdırmışdır. Bu o zamana aid idi ki, onda AZFEN-ə İsmayıl Məmmədov kimi peşəkar mütəxəssis, karyerist olmayan bir şəxs rəhbərlik edirdi. O zaman Heydər Əliyev AZFEN şirkətinə nəzarət edə bilirdi. İndi isə fərqli situasiyalarla qarşılaşır. AZFEN şirkətində çalışan fəhlələrdən biri danışır: “Şirkətdə çalışan fəhlələrin hər an işdən çıxma qorxusunun səbəbi də odur ki, vaxtaşırı fəhlələrin ixtisara salınması, yerinə yeni işçilərin götürülməsindən ortada olan işbazlar pul qazanır. AZFEN prezidentinin bundan xəbəri olub-olmamasını demək çətindir. Ona görə işçilərin öz hesabına işdən azad olunması, yeni “nabor” yığılması işə düzəldənlərə sərf edir, onlar 3-4 min manat rüşvət ala bilir. Yerli bazlıq, tərəfkeşlik AZFEN şirkətində dəb düşüb. Orada çalışan ofis işçiləri, rəhbər şəxslər, hətta fəhlələr Tovuz rayonunundandır. İşə götürülən tovuzlu deyilsə, Qazax, Ağstafa, Gürcüstan sakini olur. AZFEN prezidenti Həmid Həsənovun özü tovuzludur. Bütün ətrafı tovuzlu, qazaxlı, ağstafalı, Gürcüstandan olan insanlardır. Onlar şirkətdə ən yüksək 2-3 min manat məvacib alır, şirkəti idarə edir, metalın satılmasına, söküntü işlərindən əldə olunan qazanca, yanacaq silinməsinə digər haqq-hesablardan pul qazanılması işlərinə baxır. Ətrafına da öz qohum, qardaşlarını yığıblar. Yaxşı, əziyyətsiz işlərdə Həmid Həsənovun ətrafı tələbə yoldaşları, dost-tanışları, qohum-qardaşı çalışır. Fəhlələr 400-500 manat məvacib almaqla çətin şəraitdə yaşayırlar. Araşdırma aparılsa, oğurlanan pullara, yazılan məvaciblərə, silinən yanacağa fikir verilsə, AZFEN şirkətində çalışan işçilərin haqlı olduqları müəyyənləşər. Onda təsdiqlənməyən heç nə qalmaz. Bu zaman fəhlələrin orada nə çətinlik çəkdikləri bilinər”.
Sorğu
Yeni dizaynımız necədir?