GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İDARƏ RƏİSİNİN MİLYONLUQ FIRILDAQLARI VƏ… – “Xalası bir çanta pul verdi ki, Nicata çatdırım…” (FOTOLAR)

İDARƏ RƏİSİNİN MİLYONLUQ FIRILDAQLARI VƏ… – “Xalası bir çanta pul verdi ki, Nicata çatdırım…” (FOTOLAR)

Tarix: 30-07-2019, 23:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 750
İDARƏ RƏİSİNİN MİLYONLUQ FIRILDAQLARI VƏ… – “Xalası bir çanta pul verdi ki, Nicata çatdırım…” (FOTOLAR)


ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin və yaxınlarının adı növbəti böyük qalmaqalda hallanır.

GundemXeber.Az-ın məlumatına görə, bu barədə AFN-ə bir qrup şəxs məlumat verib. Daha konkret, 11 nəfər zərərçəkən ümumilikdə 4,1 milyon manatdan çox pullarının V.Əliyev tərəfindən baldızı oğlu vasitəsilə mənimsənildiyini iddia edir. Üstəlik, şikayətçilərin sözlərinə görə, onlarla bərabər 100-dən artıq ailə zərər çəkib. Belə ki, onlar V.Əliyevin “Azfen”in Təchizat İdarəsində mühəndis işləyən qohumuna “fırlatmaq” üçün yaxınlarından topladıqları pulları veriblər. İdarə rəisinin baldızı oğlu Nicat Qarayev həmin vəsaiti şirkətdəki imkanlarından istifadə edərək dövriyyəyə buraxır, qazandığı vəsaitin müəyyən hissəsini isə borclulara verirmiş. Şikayətçilərin bəziləri ilə bu “əməkdaşlıq” bir neçə il davam edib.

“Azfen” Vaqif Əliyevin nəsil şirkətidir”

Qeyd edək ki, Sərmayələr İdarəsi xarici və yerli sərmayələrin Azərbaycan Respublikasının neft və qaz sektoruna cəlb edilməsi, xarici ölkələrdə ARDNŞ-nin sərmayələrinin qoyulmasını təmin edən tədbirlərin həyata keçirilməsi, ARDNŞ-nin fəaliyyətinə aid müvafiq saziş layihələrinin beynəlxalq standartlara cavab verən səviyyədə hazırlanması, bu sazişlər üzrə danışıqların aparılması, müəyyən edildikdə onların imzalanmasının təşkili və icrasına nəzarətin təmin edilməsi vəzifələrini icra edir. Yuxarıda qeyd edilən zərərçəkənlərin sözlərinə görə, V.Əliyevin baldızı oğlu Nicat Qarayev “Azfen” şirkətində faktiki rəhbər kimi hərəkət edib: ““Azfen” BP-nin sifarişlərini reallaşdırır. Bizim bildiyimizə görə, “Azfen” də 6 şirkətlə iş görür. Başqa şirkətlər ora girə bilmir, çünki yuxarıdan əmr var ki, ancaq o şirkətlərlə işləməlisiniz. O şirkətlərin də böyük əksəriyyəti Vaqif Əliyevin əlindədir. Məsələn, “Azfen”in Gürcüstan rəhbəri onun bir baldızının oğlu Bəhruzdur (Rzayev Bəhruz Tofiq oğlu, əvvəllər Gürcüstanda layihə rəhbəri olub, hazırda rəhbər yoxdur deyə onun vəzifələrini icra edir-red.), kürəkəni Araz şirkətdə şöbə müdiridir, Nicat da dediyimiz kimi bir baldızının oğludur. Bizim əlimizdə səs yazıları var ki, bu adam bizdən pulu alır o şirkətlərin əli ilə mala verir, “Azfen” də pulu köçürür o şirkətlərə. Bu, həmin şirkətlərdən pulu nağdlaşdırır, bizim pullarımızı çıxarıb gətirib verir. Baxmayaraq ki, guya Nicatı bu işlərə görə işdən çıxarıblar, amma bu gün də bilirik ki, həmin şirkətlər var, həmin proses davam edir. Bəhruzun özü də bu işə Elgün (zərərçəkmişlərdən biri-red.) vasitəsilə pul qoyub. Məsələn, bir dəfə 100 min manat qoyub 110 min götürüb, 110 min verib 132 min alıb, yəni bu iş belə gedir”.

İDARƏ RƏİSİNİN MİLYONLUQ FIRILDAQLARI VƏ… – “Xalası bir çanta pul verdi ki, Nicata çatdırım…” (FOTOLAR)


Zərərçəkənlərin Vaqif Əliyevlə də telefon danışıqları var. Danışıqlardan aydın olur ki, o özü 2018-ci ildə də oxşar halın baş verməsini, bundan rəhbərliyin xəbərinin olmasını etiraf edir: “Amma ondan sonra Nicatı işdən çıxartmayıblar, müəyyən səbəblərə görə saxlayıblar. Yəqin saxlayıblar ki, daha böyük dələduzluğa yol versin. Orda Vahid adlı sürücü var, o etiraf edir ki, şəxsən Vaqif Əliyevin yoldaşı, yəni Nicat Qarayevin xalası bir çanta pul verib mənə Nicata vermək üçün. Çantanın altı pul olub, üstü paltar. Mən də zəng etmişəm Nicata, deyib paltarları at zibil qabına, pulu gətir. Bu hallar bizlərin də yanında baş verib. Nicatın maşınında üstü paltar, altı pul dolu çantalar olub, deyib xalam verib. Yəni bu faktlar var bizim əlimizdə. Bu gün də orda Kənanadında adam işləyir, Vaqif Əliyevin kürəkəninin qardaşıdır. Orxan onu oturdub bir şirkətin başında, bütün işləri onun əlilə görürlər. Nicat həmişə ehtiyat edirdi Kənanla münasibətlərinin pozulmasından. Deyirdi onların bütün bu işlərini Kənan görür. Səs yazıları var, Nicat dəfələrlə etiraf edib ki, bu işlər Vaqif Əliyevin və oğlu Orxanın işidir. Onlar yubadırlar pulu verməyi. Bizdə Nicatın pulu alması ilə bağlı video var”.

İDARƏ RƏİSİNİN MİLYONLUQ FIRILDAQLARI VƏ… – “Xalası bir çanta pul verdi ki, Nicata çatdırım…” (FOTOLAR)


N.Qarayevin zərərçəkənləri prosesə cəlb etməsi o qədər də çətin olmayıb. Şikayətçilərin sözlərinə görə, o, həftədə 340 min pul qazandığını deyib: “Biz də təklif etdik ki, ümumi pulu biz verək, həftədə 340 mindən bizə də gəlir olsun. 45 gündən bir pul götürmək şərtilə razılaşdıq, sonra başladıq buna həftədə pul verməyə. 45 gün ərzində hər həftədə pul ödədik, ondan sonra bizim pulumuz verilməli idi, amma verilmədi. Maraqlananda dedi ki, Orxan (Vaqif Əliyevin oğlu-red.) vermir pulları, o bilib ki, mən belə işlər görür qazanc götürürəm, ona görə məni sıxışdırırlar”.

V.Əliyevin digər baldızının oğlu Bəhruz zərərçəkənlərlə əlaqəyə çıxıb, problemin həll ediləcəyini deyib, amma hələ nəticə yoxdur. Nicatı isə işdən çıxarıblar, zərərçəkənlərin fikrincə, qabaqdangəlmişlik üçün onunla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət edilib, lakin buna qədər o, ölkədən çıxarılıb. Zərərçəkənlərə isə deyilir ki, o özü qaçıb. Məsələ burasındadır ki, N.Qarayevin özü getsə də, xanımı elementar bir problemə – adında problemli avtomobil olmasına – görə ölkədən çıxa bilmir. Zərərçəkənlər hesab edirlər ki, Nicat həqiqətən onlardan pul alıb qaçmağı planlasaydı xanımının problemini həll edib onu da özü ilə aparardı: “Biz belə düşünürük və hətta əminik ki, Vaqif Əliyevin bütün prosesdən əvvəldən xəbəri olub, indi də Nicatın ölkədən getməsi məhz onun planı üzrə baş tutub”.

İDARƏ RƏİSİNİN MİLYONLUQ FIRILDAQLARI VƏ… – “Xalası bir çanta pul verdi ki, Nicata çatdırım…” (FOTOLAR)



Nicatı xalası oğlu Bəhruz “ifşa edib”

Məsələ ondadır ki, Bəhruzla Nicatın arasında problem var. Elə Nicata qarşı əməliyyatların başında da o dayanır: “Məhz o Vaqif Əliyevin oğlu Orxana deyib ki, Nicat pul alır iş görür, qazanc götürür. Bəhruz özü bir nəfərin əlilə Nicata 100 min bir dəfə, 150 min də bir dəfə nömrəli pul verib və nəticədə Nicatın işləri dolaşıb. Bu hadisənin üstü açılanda Nicatı döyüblər, öz xalası oğlu Orxan onu ağır sözlərlə təhqir edib. Yəni belə bir insandır Orxan. Nicatı çıxılmaz vəziyyətə o saldı, aldığı pulları qaytarmadı. Nicat özü də axır vaxtlar deyirdi ki, Orxan edib hər şeyi, Vaqif əmim gəlsin ona deyəcəm həll etsin”.

Zərərçəkənlər arasında “Azfen”də işləyənlər də var. Maraqlıdır ki, onlar indi şikayətlərə qoşulmurlar, geri çəkiliblər. Şikayətçilər isə güman edirlər ki, ya onların pulları gizlində verilib, ya da təzyiq altındadırlar: “Bizə dedilər işimizdən olmaq istəmirik. Sözümüzün canı odur ki, “Azfen”də işləyən adamlar Nicatın əlaqələrini, hansı ixtiyar sahibi olmasını çox yaxşı bilirdilər. Onlar onu da bilirdilər ki, Nicat kimlərlə iş görür. Ona görə də pullarını verirdilər ona. İndi də onlara yəqin ki, ciddi basqılar var. 56 min biri verib, 70 min biri, 80 min biri, 90 min də biri. Bizim bildiklərimiz budur, əslində daha çoxdur. Bu adamlar elə rahatlıqla vəsaitlərindən imtina edə bilməzlər. Ya pulları qaytarılıb, ya da ciddi təzyiqlə üz-üzədirlər. Təəssüf ki, adlarını bilmirik həmin adamların.

Nicatın ümumidən kənar iş gördüyünün üstünü də xalası oğlu Bəhruz açıb. Belə ki, Bəhruz təmir işilə də məşğul olur, Nicat isə ona Əhmədlidəki evinin təmirini əmanət edib. Bəhruz görüb ki, xalası oğlu evini çox bahalı vasitələrlə təmir etdirir. Xalasına, yəni V.Əliyevin xanımına zəng edib deyib ki, Nicat kimlərəsə qoşulub, hansısa yolla çoxlu pul qazanır. O da Nicatı çağırıb danlayıb ki, biz sənə şəraiti ona görə yaratmışıq ki, heç kimin yanında deməyəsən gördüyün işləri, sakit formada edəsən nə etsən”.

İDARƏ RƏİSİNİN MİLYONLUQ FIRILDAQLARI VƏ… – “Xalası bir çanta pul verdi ki, Nicata çatdırım…” (FOTOLAR)


TANAP-ın 88-ci layihəsində yeyilən 20 milyon manata görə heç kim cəzalanmayıb

Nicat Qarayev TANAP-la bağlı ciddi bir fakt haqda da danışıb zərərçəkənlərə. Bildirib ki, TANAP-da 88-ci layihənin rəhbəri olan Toğrul adlı şəxs 20 milyonluq yeyintiyə yol verib, amma ona heç nə etməyiblər, sadəcə işdən çıxarıblar. Toğrul isə Nicatın dediyinə görə, V.Əliyevin yaxın dostunun oğlu imiş. Hələ bu harasıdır, daha ciddi bir fakt isə V.Əliyevin oğlu Orxan Əliyevin adına İsveçrə banklarında olan 28 milyon dollar pula həbs qoyulmasıdır. Maraqlıdır ki, ötən il baş verən bu hadisə barədə ölkə mediasında demək olar məlumat getməyib. “Yəni orda pul yeyib getmək çox asandır” – deyə şikayətçilər qeyd edirlər.

N.Qarayevin atası Maarif Qarayev Şəmkir İşıq İdarəsinin rəisi olub və orada güclü yeyintiyə yol verdiyi üçün işdən çıxarılıb. Amma yenə V.Əliyevin əlilə cəzadan yayınıb, hətta bir neçə aydan sonra ya Şəmkirdə, ya da Gədəbəydə (dəqiqləşdirmək mümkün olmadı-red. ) Qaz İdarəsinə rəis qoyulub: “Oğlunun son işinə görə yenə öz ərizəsilə işdən çıxdı. Şübhə yoxdur ki, bir müddətdən sonra V.Əliyev yenə onu hansısa vəzifəyə gətirəcək.
Bu proseslər baş verəndə atası əvvəlcə Gürcüstandan yola saldığını desə də, sonradan oğlunu evdən qovduğunu bildirdi. Sonra isə məlum oldu ki, ata oğlunu Gəncədən öz əlilə yola salıb xaricə. Bütün bunlar isə deməyə əsas verir ki, Nicatın ölkədən çıxışı böyüklərin planı əsasında reallaşıb. İlk vaxtlar Moskvada qalsa da, hazırda onun İstanbulda olduğu bildirilir”.

Bir avtomobildən ayda 500-1000 manat qazanc
V.Əliyevin daşımaçılıqla məşğul olan “Skaneks” adlı şirkəti də var. Şikayətçilər bildirirlər ki, onun xanımının da, övladlarının da idarə etdiyi avtomobillər həmin şirkətə məxsusdur. Şirkətdə işlərə O.Əliyev nəzarət edir: “Orada da maxinasiyalar həyata keçirirlər. Belə ki, avtomobilləri arendaya götürürlər. Sahibindən tutaq ki, min manata icarəyə götürülən avtomobilləri BP-yə, SOCAR-a 1500-2000 manata verirlər. Orxanın adına azı 20-30 dənə bahalı avtomobillər (“Prado”, “Mitsubishi”) var ki, hazırda da orada işləyir. Bu iş araşdırılsa, həmin faktların hamısı açıq-aşkar ortaya çıxacaq. Ümumiyyətlə isə tək bir şirkəti yoxdur Əliyevlər ailəsinin, müxtəlif məhsullarla təminat üçün bir neçə şirkət var ki, hamısı onlara məxsusdur. Məsələn, qida təminatı ilə məşğul olan “Russel Catring” şirkəti Vaqif Əliyevindir. Özü də il tamam olan kimi ləğv edilir, yenisi yaradılır. Talan vasitələridir hamısı. Bəzi mallar var ki, guya xaricdən alır gətirirlər. Nicat özü də etiraf edirdi ki, yerli malları xarici adı ilə satıblar “Azfen”ə. Məsələn, bir dəfə Gürcüstanda bir şirkət açıb Azərbaycan məhsulunu xarici adı ilə “Azfen”ə satmışdılar 5 milyona. Burada çox böyük oyunlar oynanılır, böyük vəsaitlər qazanılır. Azərbaycanda hesabdan nağdlaşdırma çətin olduğuna görə Gürcüstanda, Türkiyədə ofşor şirkətlər açıb rahat nağdlaşdırma aparırlar”.

Qeyd edək ki, şikayətçilər Baş Prokurorluğa teleqram vuraraq məsələ ilə bağlı qəbul olunmalarını xahiş ediblər.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirliyin idarəsində şübhəli maliyyə fırıldaqları

    Nazirliyin idarəsində şübhəli maliyyə fırıldaqları ...

    19-02-2015, 23:35

  • 
  • AZFEN prezidentinə yerlibazlıq və talançılıq ittihamı

    AZFEN prezidentinə yerlibazlıq və talançılıq ...

    31-07-2015, 01:36

  • 
  • Yevlax rayon Maliyyə İdarəsində "bespredel"... - İTTİHAM

    Yevlax rayon Maliyyə İdarəsində ...

    3-01-2019, 11:57

  • 
  • “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq maxinasiya

    “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq ...

    18-11-2013, 18:22

  • 
  • Ramil Usubov Məhərrəm Əliyevin təyinatından narahatdır

    Ramil Usubov Məhərrəm Əliyevin təyinatından ...

    9-12-2012, 12:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu