Azad Mursaliyev Kürdəmirin vəzifəli şəxslərini tənqid atəşinə tutdu…
gundemxeber.az Onun facebook-da paylaşdığı statusu olduğu kimi oxuculara təqdim edir.
Kürdəmir. Gözəl Kürdəmir. Bu gün səhər rayondan zəng ediblər, hal əhval tuturlar, deyirəm şükürlər olsun, yaxşılıqdır. Sizdə nə var, nə yox soruşuram. Bildirirlər ki, "rayon başdan əyağa iğal altındadır. " Açığı təcübləndim. Nə demək istədiyini anlamaq üçün, nə baş verdiyini soruşdum. Nədi erməni gəlib ora da çıxıb ? Dedilər bizə erməni lazım deyil, öz içimizdən olanlar bizə yetər. Dövlət başçısının rayona təşrif buyuracağını bəhanə edib, abadlıq işləri adı altında rayonda bir kvadrat olsun belə torpaq qoymayıb satırlar. Hətta iş o, yerə çatıb ki. insanların 20-30 il bundan öncə bələdiyyədən aldıqları əraziləri ayrı ayrı şəxslərə verirlər. onlar da həmin yerlərdə profilaktoriya, ticarət mərkəzləri inşa edirlər. Açığı bu deyilənlərə məyus oldum. Artıq bəzi insanlara mərkəzdən rayonun abadlığı üçün ayrılan vəsaitlər kifayət etmir, keçiblər bu kimi, xoşa gəlməz hərəkətlərə. Ümumiyyətlə Kürdəmirdə baş verən bəzi neqativ hallar barəsində məlumatlar son zamanlar tez-tez mətbuata, internet resurslarına yol tapmaqdadır. Görünür ki, bu məlumatlara bu günə kimi. ciddi yanaşılmayıb, məsul şəxslər münasibət bildirməyib. Əks halda rayon prokurorluğunun dəftərxana müdiri işini gücünü atıb rayon sakinlərinə məxsus ərazidə profilaktoriya inşa etməzlər. Odur ki. burdan üzümü tuturam rayonun məsul şəxslərinə, xüsusilə Kürdəmir rayon icra hakimiyyətinə, rayon prokuroruna: "bu kimi. neqativ halların qrşısını almaq dövlət başçısı tərəfindən sizə həvalə olunub və xahiş edirəm sizdən rayon sakinləri arasında əsassız və yaxud əsaslı narazılığın yaranmaması üçün lazım olan tədbirləri görün. Bu harada görünüb ki. 30 il bundan öncə rəsmi AKT-la rayon sakininə ayrılmış torpaq sahəsini bu gün rayonda məsul vəzifədə çalışan birisinə profilaktoriya inşa edilməsi üçün verilsin?
Sorğu
Yeni dizaynımız necədir?