GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramiz Mehdiyev məmur-biznesmenlərlə bağlı planı

Ramiz Mehdiyev məmur-biznesmenlərlə bağlı planı

Tarix: 13-02-2013, 09:56 Bölmə :Manşet Baxış: 1 571
Ramiz Mehdiyev məmur-biznesmenlərlə bağlı planı

Administrasiya rəhbərliyi sadəcə millət vəkillərini
deyil, vəzifə və rütbəsindən asılı olmayaraq bütün
məmurları öz nəzarəti altında saxlamaq istəyir


Məlum olduğu kimi, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin srağagün keçirilən toplantısında Ədalət partiyasının sədri İlyas İsmayılovun təklif etdiyi qanun layihəsi rədd edilib. Məlumat üçün qeyd edək ki, sözügedən qanun layihəsində sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyi öz əksini tapırdı.
Layihə müəllifi hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilən vəzifəli şəxslər məlum qadağanı pozduqları təqdirdə 6 aya qədər azadlıqdan məhrum edilməlidirlər. Lakin bəli olduğu kimi, layihə qəbul edilməyib və bundan sonra mətbuata açıqlama verən komitə sədri Əli Hüseynli məlum problemin həlli üçün tələblərə daha yaxşı cavab verən qanun layihəsi hazırlamağın vacibliyini vurğulayıb. Bununla da, vəzifəli şəxslərin biznes fəaliyyətini yasaqlayan qanun layihəsinin qəbulu qeyri-müəyyən vaxta qədər təxirə düşüb.

Vəzifəlilərə biznes yasağı kimin ideyasıdır?

Qeyd edək ki, vəzifəli şəxslərin biznes fəaliyyətinin yasaqlanması ilə bağlı təkliflər bundan öncə də səslənsə də, bu təkliflərin heç biri indiyə kimi reallığa çevrilməyib. Lakin məlum təklifin zaman-zaman gündəmə gəlməsi ideya müəlliflərinin hələ də öz niyyətindən dönmədiyini göstərir. Şübhəsiz, burada söhbət Ədalət Partiyasının sədrindən getmir və yəqin ki, kifayət qədər demokratik bir şəxs olan İ.İlıyasovun bu təklifi öz iradəsi əsasında gündəmə gətirdiyi hər kəsə bəllidir. Burada daha çox məlum ideyanın bundan öncə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə dilə gətirilməsindən söhbət gedir.
Belə ki, bugünlərdə məlum məsələ ilə bağlı redaksiyamızı məlumatlandıran özəl mənbə, vəzifəlilərə biznes fəaliyyətini qadağan edən ideyanın Prezident Administrasiyasındakı bəzi qüvvələrə məxsus olduğu ilə bağlı məlumat verib. Mənbənin sözlərinə görə, Prezident Administrasiyasının rəhbərliyi bu qanunu qəbul etdirməklə sadəcə millət vəkillərini deyil, vəzifə və rütbəsindən asılı olmayaraq bütün məmurları öz nəzarəti altında saxlamaq istəyir: “Heç kimə sirr deyil ki, bu gün həm parlamentdə, həm də aparıcı vəzifələrdə təmsil olunan əksər şəxslərin böyük biznes şəbəkəsi mövcuddur. Onların çoxu bu biznesi birbaşa deyil, öz yaxınları vasitəsi ilə idarə etsələr də “yuxarılara” kimin hansı sərvətə malik olduğu yaxşı bəllidir. Buna görə də Administrasiya rəhbərliyində təmsil olunan şəxslər hesab edir ki, bu qanunun qəbulu onlara elitanı nəzarətdə saxlamaqla yanaşı, istənilən şəxsə qarşı istənilən zaman təzyiq göstərmək imkanı verə bilər. Belə ki, rəsmiləşdirilməyən qanun layihəsinə əsasən, istənilən şəxsə qarşı qanunu ittiham irəli sürərək onun bu biznesə necə, hansı yollarla sahib olduğunu ortaya qoymaq, həmin vəzifə sahibinə bu müstəvidə basqı göstərmək olar. Ən azından ona görə ki, əksər vəzifə sahibinin bu biznesə qanunsuz üsullarla sahib olduğu bəllidir və bu yöndə aparılan istənilən araşdırma bu biznesin qaranlıq tarixini ortaya çıxarda bilər”.

Mllət vəkilləri niyə “yox” deyir?

Son olaylardan da göründüyü kimi, deputatlar məlum qanun layihəsinin qəbulundə maraqlı deyil. Millət vəkillərinin sözügedən layihəyə “yox” deməsinə səbəb bu ideyanın heç də yuxarılardan, məqsədli olaraq parlamentə təqdim edilməsi deyil. Buna səbəb məlum qanun layihəsinin millət vəkilləri və onların vəzifəli yaxınlarını də hədəf almasıdır. Bundan başqa, Azərbaycan parlamentinin qeyri-demokratik səsvermə yolu ilə, ayrı-ayrı nəhəng məmurların iradəsi əsasında formalaşdığı hər kəsə bəllidir və bu mənada başda Prezident Administrasiyası olmaqla siyasi elitanın ali eşalonunda qərarlaşan şəxslərin millət vəkillərinə kifayət qədər təzyiq imkanı mövcuddur. Məhz bu baxımdan millət vəkilləri onları deputat seçdirən hamilərinə basqı üçün əlavə rıçaq verməyin yolverilməz olduğu qənaətindədirlər. Onların qənaətincə, belə bir qanun layihəsinin qəbulu onları “yuxarılardan” tam olaraq asılı vəziyyətə sala, asanllıqla həbsxana darvazasının astanasına qədər gətirib çxıarda bilər.

Qanun layihəsi parlamentə qayıdacaq?

Məlum ideyanın gündəmə gəlməsi hakimiyyət daxilində nüfuz dairələri uğrunda daxili savaşın alovlanması kimi də şərh edilməkdədir. Redaksiyamızı məlumatlandıran bilgili qaynağın sözlərinə görə, hakim düşərgə daxilində savaş qızışdıqca, mübarizə qaydaları da sərtləşməkdədir və bu mənada hazırda daha böyük güc nümayiş etdirən Administrasiya yetkililərinin məlum ideyanı yeni qanun layihəsi halında yenidən parlamentə qaytaracağı gözlənilir: “KİV-də yer alan məqalələrdən də göründüyü kimi, hakim düşərgə nə qədər monolit görünməyə çalışsa da, əslində düşərgə daxilində ciddi qarşıdurma mövcuddur. Ölkənin bütün sərvətlərini öz aralarında bölüşdürən iri ranqlı məmurlar artıq yeni nüfuz dairələri əldə etmək üçün bir-birlərinin əlindəki sərvəti talamağa məcburdur. Odur ki, Prezident Administrasiyasındakı müəyyən qüvvələr gələcək hücumlarını qanuniləşdirməyə çalışır ki, bu da özünü vəzifəli şəxslərin biznes fəaliyyətinin qadağan edilməsi ideyasında göstərir. Bu baxımdan məlum ideyanın yeni bir qanun layihəsi şəklində yenidən parlamentə qayıdacağı gözləniləndir”.
Şamil Əlibəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Parlament bizneslə məşğul olan məmurları müdafiə etdi

    Parlament bizneslə məşğul olan məmurları müdafiə ...

    7-02-2013, 10:48

  • 
  • Deputatlar “etik davranış kodeksi”nə ehtiyac görmədilər

    Deputatlar “etik davranış kodeksi”nə ehtiyac ...

    2-09-2013, 11:53

  • 
  • Azərbaycanda hərbi sursat və pirotexnik vasitələrin reklamı qadağan olunur

    Azərbaycanda hərbi sursat və pirotexnik ...

    12-08-2013, 16:55

  • 
  • Əli Hüseynli daha şəffaf fəaliyyət üçün Avropadan qrant istəyir

    Əli Hüseynli daha şəffaf fəaliyyət üçün Avropadan ...

    28-11-2014, 01:13

  • 
  • Lisenziyaların sayı yenə azaldıldı

    Lisenziyaların sayı yenə azaldıldı ...

    2-03-2016, 13:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu