Məcburi köçkün və şəhid ailələri icra başçısının istefasını tələb etdilər
Xəbər verildiyi kimi bir neçə gün bundan əvvəl, Bərdədə məskunlaşmış məcburi köçkün və şəhid ailələrinin bir neçə nəfəri, rayon icra hakimiyyətinin binası önündə aksiya keçiriblər. Mənbə xəbər verir ki, aksiyaya səbəb rayonda məcburi köçkünlər üçün inşa olunan mənzillərin verilməsində neqativ halların varlığı olub. Aksiya zamanı əyintilərə yol verən şəxsin, Bərdənin icra başçısı Vidadi İsayev olduğu vurğulanıb və ardından onun istefası tələb olunub. Baş verən olaydan bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, qarşı tərəfə verilən vədlərdən heç biri yerinə yetirilməyib. Əksinə, etiraz edən məcburi köçkün və şəhid ailələrinə təzyiq edilməsinə başlanılıb. Bu isə narazılığı daha da pik həddə çatdırıb. Yerli sakinlərin əməkdaşımıza verdiyi məlumatlara görə, evlə təmin edilməyən və baş verənlərdən narazı qalanlar, Bərdə rayon İcra Hakimiyyətinin qarşısında yenidən aksiya keçirməyə hazırlaşırlar. Bu dəfə isə, yerli caamat birmənalı olaraq icra başçısı Vidadi İsayevin istefasını tələb edəcəklərin bildiriblər. Yerli sakinlərin qəzəbinə tuş gəlməsindən xəbər tutan Vidadi İsayev, təşvişə düşdüyündən qacmağa hazırlaşır. Deyilənlərə görə icra başçısı Dubayda aldığı malikanəyə qaçmaq üçün, artıq hazırlıq işlərini də görüb... Möğvzu diqqətimizdədir, yaxın günlərdə ətraflı məlumatlar verməyə çalışacağıq... Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Xəbər xidməti
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?