GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rektorun korrupsiya şəbəkəsinin ifşasının şok detalları

Rektorun korrupsiya şəbəkəsinin ifşasının şok detalları

Tarix: 16-08-2015, 00:32 Bölmə :Manşet Baxış: 0
Rektorun korrupsiya şəbəkəsinin ifşasının şok detalları

Təhsil nazirinin Texnologiya Universitetinin rəhbərinə töhmət verməsinin və maliyyə mənimsəmələrinin sensasion pərdəarxası məqamları “Gündəm-xəbərdə…

Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirilib. Təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub. Təhsil nazirinin müavini F. Qurbanov çıxış edərək son zamanlar universitet ətrafında cərəyan edən proseslər haqqında məlumat verib. O, Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlandığını, kollektivin bəzi üzvlərinin neqativ hallara yol verdiklərini, yoxlama materiallarının prokurorluq orqanlarına göndərildiyini bildirib, bu kimi halların ali məktəbin imicinə ziyan vurduğunu qeyd edib. F. Qurbanov çıxışında təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib. “Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin yoxlaması Texnologiya Universitetində bir milyon manat mənimsəmə aşkarlayıb. Bu material Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə verilib. Mənbə deyir ki, rektor Akif Süleymanov barəsində bir neçə maddə üzrə cinayət işi qaldırıla bilər.

Bəlli olub ki, rektor dərsə gəlməyən tələbələrin pul kartlarını, əmrdə adları olmayan yaxın qohumlarının adlarına pul kartları gətizdirərək bir milyon manat dövlət büdcəsinə ziyan vurub.

Texnologiya Universitetində oxuyan tələbələrin illik pulları da “Kapital bank”ın Gəncə filialına saxta arayış verməklə mənimsənilib. Bu faktı istintaqçılar universitetin tələbələrini dindirərək aşkarlayıb. Məlum olub ki, tələbələrin illik pullarını Gəncə Şəhər “Kapital bank”ına keçirməyərək və “Kapital bank”ın saxta arayışını tələbələrə veriblər.

Beləliklə universitetdə oxuyan tələbələrin illik pullarını mənimsəyiblər. Akif Süleymanov Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə verdiyi ifadədə bildirib ki, bir milyon manatın bir qismini Gəncə Şəhərinin abadlaşmasına xərcləyib.

Bu ali təhsil müəssisəsində baş verən müxtəlif qanun pozuntularına dair əvvəllər də redaksiyamıza şikayətlə daxil olurdu. Lakin 2013-cü ilin mart ayında Akif Süleymanovun bu universitetə rektor təyin olunmasından sonra müəssisənin kollektivində nəhayət ki, burada normal tədris prosesinin ərqərar olacağına dair ümidlər yarandı.

Bununla belə, aradan ötən iki il ərzində universitetdə demək olar ki, heç bir müsbət dəyişikliyə nail olunmadı. Əksinə, daxil olan məlumatlarda Azərbaycan Texnologiya Universitetində baş verən korrupsiya hallarının son vaxtlar daha da intensivləşdiyi vurğulanır.

Qeyd etmək lazımdır ki, ölkə mətbuatının səhifələrində də Azərbaycan Texnologiya Universitetində baş verən çoxsaylı qanun pozuntuları barədə müxtəlif məlumatlara tez-tez rast gəlinir.

Universitet daxilində olan mənbələr isə iddia edirlər ki, bu ali tədris müəssisəsi tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə, bəlkə də bir çox paytaxt universitetlərini belə kölgədə qoyub.

Müxtəlif instansiyalara müraciət edən tələbələr bəzi hallarda rüşvət alan müəllimlərin konkret adlarını açıqlamasalar da onların kimliyini müəyyənləşdirməyin heç də çətin olmadığını da vurğulayırlar. Onların iddialarına görə universitetdə pul yığımları üçün ən müxtəlif səbəb və bəhanələr irəli sürülür.

Əlbəttə ki, ön planda hər zaman olduğu kimi sessiya imtahanlarıdır. Məlumatlara görə elə bir müddət əvvəl başa çatmış qış imtahan sessiyası da bu cəhətdən kifayət qədər “əlamətdar” olub.

Tələbələrin verdikləri məlumatlara görə bir imtahanın qiyməti, fənnindən asılı olaraq, 100-200 manat civarında müəyyənləşdirilib. Daha sonra məlumatlarda bildirilir ki, hazırda Texnologiya Universitetində dərslərə davamiyyət də olduqca aşağı səviyyədədir.

Səbəb isə budur ki, Akif Süleymanov tələbələrin böyük bir hissəsini 200-250 manata aylığa buraxıb. Təqdim olunan açıqlamalarda universitetdə yaşanan daha bir ciddi problemin də işə qəbul məsələləri ilə bağlı olduğu bildirilir:

“Rektor Akif Süleymanov 2015-ci ilin əvvəlindən aprel ayına kimi rüşvət alaraq universitetə 20-dən çox işçi götürüb. 2013-2014-cü illərin iyun-iyul aylarında isə, 50 nəfərdən çox əməkdaşı əsassız yerə işdən azad edən rektor, onların yerinə isə ixtisası uyğun olmayan digər şəxsləri rüşvət müqabilində işə götürüb.

2015-ci ilin Novruz Bayramı münasibətilə bütün ali məktəblərdə müəllim və texniki işcilərə Novruz sovqatı verilsə də, Texnologiya Universitetində rektor Akif Süleymanov ancaq özünü düşünüb.

Üç aydan artıq olar ki, Texnologiya Universitetində əlavələr verilmir, bu əlavələr digər işcilərin pul hesabına yatırılır. Həmin şəxslər isə pulu alaraq, rektora verirlər...” Lakin son vaxtlar tələbələri istehsalat təcrübəsindən azad etmək üçün təyin olunmuş qiymətlər də kifayət qədər böyük məbləğlərdə ifadə olunur.

Təbii ki, istəilən müəssisə və ya təşkilatda olduğu kimi Azərbaycan Texnologiya Universitetində yer almış korrupsiya hallarına görə ilk növbədə bütün nəzərlər burada baş verənlərdən sorumlu olan rektor Akif Süleymanovun üzərinə yönəlir. Redaksiyamıza müraciət edən universitet tələbələri isə bildirirlər ki, rektor universitetdə əməlli-başlı bazar açıb.

Bu arada isə mətbuata təqdim olunan məlumatlarda Azərbaycan Texnologiya Universitetində hal-hazırda Maliyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən maliyyə və təsərrüfat şöbələrinin təftiş olunduğu bildirilir.

Mənbələrin iddialarına görə komissiya tərəfindən artıq 500 min manatdan çox dövlət vəsaitlərinin mənimsənilməsi faktı aşkarlanıb.

Ölkəmizin təhsilli və savadlı gənclərə ehtiyacı var. Sirr deyil ki, son zamanlar təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilib və bu sahədə rüşvət meyllərinin aradan qaldırılması istiqamətində lazımi addımlar atılıb.

Ali məktəblər sözsüz ki, təhsilimizin bel sütunu sayılmalıdır. Amma bu gün ali təhsil qurumlarının yetərli hissəsində müxtəlif neqativ hallar nəzərə çarpmaqdadır. Düzdür, Təhsil Nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları mütəmadi olaraq təhsil müəssisələrində yoxlama aparır, qanun pozuntularının qarşısını alırlar. Bununla belə, bəzi universitetlərdə özbaşınalıq baş alıb gedir.

Bu universitet rəhbəri hələ ki, yazdığımız tənqidlərdən heç bir nəticə çıxarmayıb. Nə də ki, yazılanlara münasibətini bildirib. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, təhsil müəssisəsində vəziyyət stabilləşmək əvəzinə, hər keçən gün bir az da pisləşir.

Texnologiya Universiteti bir vaxtlar Azərbaycanın ən qabaqcıl təhsil müəssisələrindən hesab edilirdi. Burda ölkə elminə bənzərsiz töhfələr bəxş edən neçə-neçə dəyərli şəxsiyyətlər yetişib.

Lakin son illər universitet əvvəlki əzəmətini itirib. Bunun səbəbkarı isə rektor, ətrafında olan bəzi dekan və müəllimlərdir. Akif müəllim 2013-cü ilin mart ayında bu vəzifəyə təyin edilib.

Aradan keçən iki il ərzində universitetdə yaxşılığa doğru heç bir dəyişiklik baş verməyib. Belə ki, yenə də köhnə problemlər öz aktuallığını qoruyub saxlayır. Keçmiş rəhbərliyin dövründə tələbələrin dərsə davamiyyəti çox aşağı idi. Hətta bəzi tələbələr dekanlara ayda müəyyən miqdarda hörmət edərək dərsə gəlmirdilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Firudin Qurbanov BDU-nun rektoru vəzifəsinin icrasına başlayıb – FOTO

    Firudin Qurbanov BDU-nun rektoru vəzifəsinin ...

    24-12-2018, 16:28

  • 
  • Təhsil nazirliyi  təkzib etdiyi xəbər düz çıxdı

    Təhsil nazirliyi təkzib etdiyi xəbər düz çıxdı ...

    14-08-2013, 10:32

  • 
  • Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad edildi

    Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini ...

    1-02-2021, 11:04

  • 
  • Təhsil Nazirliyi: “Təfəkkür” Universitetinin tələbələrinə diplom verilməyəcək”

    Təhsil Nazirliyi: “Təfəkkür” Universitetinin ...

    16-09-2017, 13:46

  • 
  • Azərbaycanda universitet bağlandı

    Azərbaycanda universitet bağlandı ...

    8-09-2015, 15:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu