GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Elçibəyə qərəzli hikkəsi olan siyasi sarsaqlar!!!

Elçibəyə qərəzli hikkəsi olan siyasi sarsaqlar!!!

Tarix: 16-08-2015, 00:48 Bölmə :Manşet Baxış: 0
Elçibəyə qərəzli hikkəsi olan siyasi sarsaqlar!!!

Başına gün vurmuş Nadir Ağayev sərsəm iddiaları və sayıqlamaları ilə xalq hərəkatının liderinə cəfəng ittihamlar irəli sürüb; sovet dissidenti niyəsə Stalinə olan nifrəti Elçibəyə yönəldib, AXC-nin qısamüddətdə qazandığı iqtisadi uğurlar onun menyusuna...

Sovet dövrünün dissidenti elan olunmuş Nadir Ağayev bu günlərdə sayıqlamaları ilə gündəmə gəlib. Sonuncu dəfə başında vurulub, naməlum şəxslər tərəfindən döyülməsi ilə mətbuatın diqqət mərkəzində olan ahıl siyasətçi ilin-günün bu vaxtında ilişməyə ünvan tapıb.

Ölkənin siyasi-iqtisadi bəlalarının, qara yaralarının çiban kimi yetişməsində kimlərin iştirakı olduğunu yazmağa cürət etməyən N.Ağayev dişinə Əbülfəz Elçibəyi “keçirməyə” gücü çatıb. Necə deyərlər “eşşəyə güc çatmır, palanı döyəcləyir...”.

***

N.Ağayev o fəallardandır ki, uzun illər siyasi arsenaldan silinib. Onun dissidentlyi də bu günə qədər şübhə doğurur. Çünki nədənsə, bu dissident müstəqil Azərbaycanda eyni şövqlə mübarizə aparmayıb.

Sovet hökuməti dövründə isə saxta dissidentlərin sayı az olmayıb. Və yenə ritorik sual açıq qalır – N.Ağayev sovetlərdən sonra niyə sinəsini qabağa verib xalqının əzabları uğrunda döyüşməyib?

Bütün bu uyğunsuzluqların və anomal istilərin hökm sürdüyü vaxtda N.Ağayev peyda olur – Elçibəyə sataşmağa, onu aşağılamağa başlayır. Sanki içərisində hikkəsi, qisas hissi olan biri həmin məqaləni qələmə alıb.

Yalnız Elçibəyə patoloji nifrət edən biri bu sarsaq, əsassız iddiaları irəli sürə bilər. Üstəlik, iddiaların böyük əksəriyyəti həqiqətə söykənmədiyi halda məqalə yalnız “ağzından süd iyi gələn” yeniyetməyə danışılan yaxşı nağıl ola bilər. Belə uydurma, mifologiyalarla sovet və müstəqilliyin ilk dövrlərinin siyasi çəkişmələrində olanları güldürmək mümkündür.

N.Ağayev isə ona pislik etmiş, repressiyalara məruz qoymuş sovet rejiminə heç belə nifrətlə məqalə yazmazdı. Sanki 37-ci il repressiayalarını Stalin yox, Elçibəy həyata keçirib.

N.Ağayevin isə Yusif Sərrac saydığı Elçibəyə qərəzi ilə bərabər zəhmli diktatorlara pərəstişi da hiss olunmaqdadır. Kəsəsi, onun iddialarına cavab verməyin vaxtıdır. Tarix qarşısında həqiqətlər öz çılpaqlığı ilə üzə çıxmalıdır ki, gələcək nəsillər Elçibəyi sevmək bir yana, ona nifrət edən ağayevləri tanısınlar. Əks halda dərsliklərdə ağayevlər dissident, elçibəylər isə xalq düşmənləri kmi təqdim oluna bilər.

***

Ondan başlayaq ki, yayın qızmarının təsirindən yaxud ahıllıqdan Ağayev adları qarışıdırıb. Məqalədə Geologiya İnstitutunda çalışan Elçibəyin Murad qardaşı ilə Almuradı qarışdırıb.

Almurad bəy heç də bu institutda olmayıb. Bu, onun ilk siyasi və kobud səhvi. mövzudur. Digər tərəfdən məhbuslardan birinin Astarada Elçibəyin ağzını cırmasını yazmaq nə qədər sərsəmlikdirsə, bir o qədər mətbu əxlaqsızlıq, riyakarlıq, etikadan uzaq addımdır. N.Ağayev isə kin-küdurətini, şəxsi-qərəzliliyini, mətbu əxlaqsızlıq keyfiyyətlərini gizlətmək istəməyib. Hətta siyasi rəqiblər belə bir-birinə qarşı bu şəkidə qurşaqdan aşağı zərbə endirməyib, nəzərə alsaq ki,

iddia təpədən dırnağa qədər ağ yalandır. Eyni zamanda N.Ağayevin siyasi xislətini ifşa etməsi göstərir ki, onun iqtidarı olsaydı Elçibəyi edam etdirər, onun zindanlarda çürüdərdi.

Qəzəb və hikkə isə insanın öz içini yeyir. Xalqının qəlbində taxt qurmuş Elçibəyə atılan ləkələr, qarayaxmalar heç zaman nəticə verməyib. Tarix sübut edib ki, Əbülfəz bəyin barəsində şər-böhtan danışanlar, saxta ittihamlar səsləndirənlər, onu söyənlər, paxıllıq edənlər böyüməyiblər – Ağayev kimi...

Elçibəy isə Azərbaycan boydadır və xalqın yaddaşında şərəfli şəxsiyyət kimi qalmaqdadır. Ona bütün düşmənləri daş atsalar da, onlardan özünə ev tikib, heç də yıxılmayıb.

***

Məqalənin digər iddia ondan ibarətdir ki, meydan hərəkatı dövründə xalq mübarizə apardığı zaman AXC rəhbərliyi Heydər Əliyevlə danışıqlar aparıb, onu hakimiyyətə gətirməyə çalışırdı. Bu naqislik, nadanlıq və iftiradır.

Açıq böhtana baxın. Sitat:

Ə.Əliyev AXC-yə sədr seçiləndən sonra öz şəxsi karyerasına görə, özünə münəsib siyasətdən uzaq, qaraguruhçu adamları öz ətrafında toplayıb, onların köməyilə ziyalıları AXC-dən uzaqlaşdırmağa başladı.

AXC-ni yuxarıdan regionçuluq prinsipinə əsasən, Heydər Əliyevi təkrarən hakimiyyətə gətirmək məqsədilə parçaladı. Elə bir vəziyyət yarandı ki, hətta Azadlıq meydanında keçirilən mitinqlər zamanı idarə heyətinin bir dəstəsi o birilərini tribunaya buraxmamaq üçün yumruq davasına çıxırdı.

Həmin vaxt məlumatlandım ki, Ə.Əliyev ardıcıl olaraq Heydər Əliyevlə əlaqə saxlayır. Bu işdə AXC nəzarət komissiyasının sədri Becan Fərzəliyev əlaqəçi kimi iştirak edir. O, ardıcıl olaraq təyyarə ilə Moskvaya uçur.

Azərbaycanda baş verən prosesləri Heydər Əliyevə çatdırır və Ə.Əliyevə çatdırmaq üçün ondan lazımi təlimat alır. Artıq AXC-ni Moskvadan Heydər Əliyev idarə edir. Aydın oldu ki, xalq milli azadlıq uğrunda mübarizə aparır, AXC rəhbərliyi isə Heydər Əliyevi hakimiyyətə gətirmək üçün çalışır.

Bu arada Naxçıvanda əksəriyyəti cəbhəçilərdən ibarət bir qrup adam küçələrə çıxıb, Muxtar Respubliklanın KP və Ali Sovetinə gedib, hay-küylə “Qaytarın bizə Əliyevi!” şüarı səsləndirməyə başladılar”.

***

Bu cəfəng iddialar heç cəbhəçilərin devirdiyi Mütəllibovdan da səslənməyib. Hətta hansısa YAP-çının dilindən də eşidilməzdi. Ağayev isə özünü üçüncü qüvvə kimi təqdim etməyə çalışaraq guya dövrün siyasi proseslərini obyektiv analiz edib.

Əgər Elçibəyin Əliyevi iqtidara gətirmək niyyəti varıydısa, bu qədər çətinliklərə dəyərdimi?

Etiraf etmək olar ki, AXC hökumətində siyasi səriştə, təcrübə yetərli deyildi. Ancaq səmimi və mübariz adamların toplaşdığı bu iqtidarın hər şeyi Azərbaycan naminə etmək istəyirdi. Elçibəyin qəlbində vətən, millət sevgisindən ümdə heç nə olmayıb. O, öz taleyini, arzularını, şəxsi istəklərini ölkəyə qurban vermiş fədaidir. Elçibəyin həyata keçirdiyi siyasi reformlar, iqtisadi uğurlar, təkcə qəbul imtahanlarının test üsuluna keçidi bu ölkəyə qısa müddətdə qazndırılmış nemətlərdir.

Bu nəticələrə siyasi gərginliklərin, hakimiyyət böhranını olduğu dövrdə müvvəfəq olunub. Elçibəy iqtidarı daha səriştəli, qətiyyətli olsaydı bu gün daha böyük neft kontraktları imzalanardı, xalq firavan yaşayar, bank kreditlərinin faizləri aşağı olar, büdcə pulları talanmaz, rüşvət və korrupsiya tüğyan etməzdi.

Elçibəy hökuməti iqtidarda qala bilmədi – geosiyasi proseslər, Kremlin maraqları və səriştəsizlik, ən əsası Dağlıq Qarabağ müharibəsi bu komandanı işləməyə imkan vermədi.

Bu tənqidlər Elçibəyə ünvanlana bilər. Lakin heç bir halda onu xəyanətdə suçlamaq, Əliyevi iqtidara gətirməkdə əli olduğunu iddia etmək olmaz. N.Ağayev isə mətbu şərəfini “ƏLİNCƏ QALASI”NDA itirmiş biri kimi onu satqınlıqda, xainlikdə ittiham edib.

***

Gəlin faktlara baxaq və Ağayev eynəyini taxıb diqqətlə oxusun: anatın tədavülə buraxılmasından 20 il ötür. Milli valyutamız 1992-ci il iyulun 15-də Azərbaycan prezidenti Əbülfəz Elçibəyin “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərmanı imzalamasından sonra bu istiqamətdəki bütün hüquqi prosedurlar yekunlaşdı. Avqustun 15-də isə ilk dəfə olaraq 1, 10 və 250 manatlıq əskinaslar dövriyyəyə buraxıldı. Həmin ilin noyabrında isə 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda beş manatlıq əskinas, 93-cü ilin martında isə 50, 100, 500 və min manatlıq nominallı kağız əskinaslar vətəndaşların istifadəsinə verildi.

Onu da qeyd edək ki, Azərbaycanın birinci pul emissiyasını Fransa şirkəti çap edib. 1 və 10 manatlıq əskinaslar fransızların istehsalıdır. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat 10 rubl nisbətində rublla paralel istifadə olunub. Amma heç kimə sirr deyil ki, milli valyutanın dövriyyəyə buraxılması kifayət qədər çətin geosiyasi situasiyada baş vermişdi.

Bu, Elçibəy hakimiyyətinin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Eyni zamanda təhsil haqqında qəbul olunan qanun təhsil müəssisələrinin daxili muxtariyyətinə əsas yaratdı. 1) Müstəqil Azərbaycan dövlətçiliyinin sarsılmaz bünövrəsini qoydu – ilk dəfə müstəqil dövlət nazirlik və komitələrini yaratdı.

Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi,Dövlət Ləl-Cəvahirat Fondu təşəkkül tapdı. Bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.

Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü).

Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı. Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Lakin bu layihə sonralar qəbul olunmamış qaldı.

Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi.

Ə.Elçibəyin prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq.

İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı.

Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi.

Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı. Hazırlanan müqavilələrə əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç və Türkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi.

Şirin Cəfəri

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mirşahin Ağayev koronavirusa yoluxdu

    Mirşahin Ağayev koronavirusa yoluxdu ...

    6-07-2020, 12:45

  • 
  • Faiq Ağayev Nardaran hadisələrindən danışdı

    Faiq Ağayev Nardaran hadisələrindən danışdı ...

    28-11-2015, 13:44

  • 
  • Ağadadaş Ağayev öz oğlunun toyuna gəlmədi (FOTO)

    Ağadadaş Ağayev öz oğlunun toyuna gəlmədi (FOTO) ...

    1-07-2013, 19:34

  • 
  • Elçibəyin köməkçisi Leyla Yunusu allahsız adlandırdı

    Elçibəyin köməkçisi Leyla Yunusu allahsız ...

    24-07-2019, 13:03

  • 
  • Faiq Ağayev pulsuzluqdan qarajını satır

    Faiq Ağayev pulsuzluqdan qarajını satır ...

    11-02-2021, 16:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu