GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “SƏFƏR ƏBİYEVİ 2 QƏPİYƏ SATAN BU GENERAL…” – Polkovnikdən sensasiyalı açıqlamalar

“SƏFƏR ƏBİYEVİ 2 QƏPİYƏ SATAN BU GENERAL…” – Polkovnikdən sensasiyalı açıqlamalar

Tarix: 18-08-2015, 23:30 Bölmə :Manşet Baxış: 0
“SƏFƏR ƏBİYEVİ 2 QƏPİYƏ SATAN BU GENERAL…” – Polkovnikdən sensasiyalı açıqlamalar

“General ikiüzlü olmamalıdır! Ancaq bizim generallar içərisində, çox təəssüf ki, belələri vardır!”

əbər verdiyimiz kimi, Prezident İlham Əliyev son bir həftədə Müdafiə Nazirliyinin rəhbərliyində çox ciddi dəyişikliklər edib. Belə ki, müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev, Azərbaycan Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Fəxrəddin Cəbrayılov və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov vəzifələrindən azad olunublar. Onların yerinə digər təyinatlar olub.
Müdafiə Nazirliyinin rəhbərliyində aparılmış bu dəyişikliklərin səbəbləri ilə bağlı ziddiyyətli məlumatlar dolaşır.

AzPolitika.info Prezidentin qəbul etdiyi bu gözlənilməz qərarlarla bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəhbəri, polkovnik Eldar Sabiroğludan mövqe öyrənib. Keçmiş xidmət rəhbəri bəzi generallarla bağlı sensasiyalı açıqlamalar verib.

“SƏFƏR ƏBİYEVİ 2 QƏPİYƏ SATAN BU GENERAL…” – Polkovnikdən sensasiyalı açıqlamalar

“Ali Baş Komandanın qəbul etdiyi qərarlar müzakirə olunmur. Ona görə də, heç bir şərh verə bilmərəm. Amma görünür qəbul edilən bu qərarlar səbəbsiz də deyil. Cənab Əliyev ciddi faktlara malik olmasa idi, yeni təyin etdiyi generallar barədə bu cür ölçü götürməzdi. Görünür bizim bilmədiklərimiz, bildiklərimizdən daha çoxdur.
Hərbi məsələlərə münasibət bildirərkən, gərək səhvə yol verməyəsən. Düşmən hər bir şeyi izləyir. Mən onun tərəfdarıyam ki, hətta nöqsan varsa da belə, o, çılpaqlılğı ilə təqdim olunmasın. Bu mənim səmimi fikrimdir.
Silahlı Qüvvələrdə ən önəmli meyar həm də odur ki, yüksək zabit heyəti Ali Baş Komandana son dərəcə sədaqətli olmalı, müdafiə nazirinin əmr və göstərişlərini yüksək peşəkarlıqla yerinə yetirməlidir. General ikiüzlü olmamalıdır! Ancaq bizim generallar içərisində, çox təəssüf ki, belələri vardır!”

E.Sabiroğlu, ad çəkməsə də, iki generala qarşı sərt ittihamlar irəli sürüb, onları “satqın” adlandırıb: “Mən, nə qədər acı olsa da, belələrindən biri haqda danışmaq istərdim. Adını çəkməyəcəyəm, ancaq söhbətin kimdən getdiyini müəyyən etmək heç də çətin olmayacaq. Bu general da daxil olmaqla, bir dəfə, səhv etmirəmsə, İtaliyaya rəsmi səfərə gedirdik. Təyyarədə həmin generalla söhbətimiz oldu. Dedi ki, “kişi olmasaydı (Səfər Əbiyev nəzərdə tutulur-E.S), bunlar mənim həyatımı məhv etmişdilər”. “Bunlar” deyəndə kimi nəzərdə tutduğunu soruşduqda, xahiş elədi ki, üstünü vurmayım. Ancaq “üstü açıq idi”. Hamı bunu bilirdi. Tenderdə rüşvət aldığı üçün Prezident Heydər Əliyev onu tutduğu vəzifədən azad etmək barədə göstəriş vermişdi. Sonradan o geri qaytarıldı. Bax, bu, səhv idi! Görünür vaxtilə Səfər Əbiyevi 2 qəpiyə satan bu general, Zakir Həsənovun da göstərmiş olduğu etimadı yerə vurub. Ona görə də cəzasını alıb.

“SƏFƏR ƏBİYEVİ 2 QƏPİYƏ SATAN BU GENERAL…” – Polkovnikdən sensasiyalı açıqlamalar

Mən deyim ki, bunun kimilər az deyil. Birisi də var idi – indi ev tapşırıqlarını yerinə yetirir. Amma keçmiş nazirin vaxtında nələr danışırdı. Daxili telefonla mənə zəng edib, 30-40 dəqiqə qulağımı “deşirdi” – onun-bunun dalınca danışıb, məndən söz çəkmək istəyirdi ki, aparıb yerinə-məqamına çatdırsın. Özünü də Səfər Əibiyevə ən sədaqətli adam kimi nümayiş etdirirdi. Vəziyyət dəyişəndə bir anın içində elə dona girdi ki, tanımaq belə mümkün deyildi. Hətta vaxtilə təqdimat mərasimində – bax bunun adını çəkəcəyəm – Hikmət Mirzəyevi düşmən kimi qələmə verən bu general, onunla ağız-ağıza elə öpüşürdü ki, gəl görəsən. Mən bu səhnələri çox görmüşəm.”

Həmsöhbətimiz deyir ki, Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklikdən sonra o da mövqe dəyişə, yeni nazirin etimadını qazana bilərdi. “Mənim haqqımda da bəziləri belə bir fikir söyləyirdi ki, Eldar Sabiroğlu, yeri gəldi-gəlmədi, Səfər Əbiyevi müdafiə edirdi. Ola bilsin ki, belə şeylər olub, bəzən də həddindən artıq olub. Ancaq onu qeyd etmək istəyirəm ki, Səfər Əbiyevdən satqınlıq edib, Zakir Həsənovun etimadını qazanmış olsaydım, heç şübhəsiz ki, öyrəşmiş adam kimi, yeri gələndə onu da satacaqdım. Satqının xüsusiyyəti bundan ibarətdir. Ona görə də, silahlı qüvvələrdə yüksək zabit heyətində belə insanların olmasını qəbul etmək çətindir.”

Rasim ƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident daha bir generalı işdən çıxardı - Müdafiə Nazirliyində kadr dəyişikliyi

    Prezident daha bir generalı işdən çıxardı - ...

    17-08-2015, 21:57

  • 
  • Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi

    Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi ...

    9-07-2020, 11:39

  • 
  • Azərbaycanın 52 yaşlı general-leytenantı vəfat edib

    Azərbaycanın 52 yaşlı general-leytenantı vəfat ...

    10-08-2020, 13:15

  • 
  • Nazir generalı müəllim təyin etdi

    Nazir generalı müəllim təyin etdi ...

    15-10-2015, 15:43

  • 
  • General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi oldu

    General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin ...

    29-10-2015, 16:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu