Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində yeni təyinat olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyevin əmri ilə nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsi general-mayor Hafiz Musayevə həvalə olunub. H.Musayev bu təyinata qədər həmin idarənin rəis müavini olub.
Xatırladaq ki, adıçəkilən idarənin rəisi Nizami Şirinov ötən gün M.Quliyevin əmri ilə tutduğu vəzifədən azad olunmuşdu.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?