GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kərəm Həsənovun klanı daxilində qarşıdurma

Kərəm Həsənovun klanı daxilində qarşıdurma

Tarix: 25-08-2015, 19:52 Bölmə :Manşet Baxış: 0
Kərəm Həsənovun klanı daxilində qarşıdurma

Prezident Cəlilabad səfərindən razı qalmayıb

Bir müddət öncə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun səlahiyyətləri genişləndirildi. Belə ki, Komitə yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi yaradıldı. Bu, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Azərbaycanda daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi isə torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkilinin, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumların da sayı artıb. Bu sıraya Təlim-Tədris Mərkəzi və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi əlavə edilib. Yeni

strukturların yaradılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi haqqında yeni Əsasnamə təsdiq edilib. Eyni zamanda Dövlət Komitəsinin aparatının və Komitənin strukturuna daxil olan qurumların işçilərinin say həddi 726 ştat vahidindən 851 ştat vahidinə çatdırılıb.

Başqa sözlə, Dövlət Komitəsinin aparatı işçilərinin say həddi 245 ştat vahidi, ərazi bölmələrinin işçilərinin say həddi 345 ştat vahidi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti aparatının işçilərinin say həddi 80 ştat vahidi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti aparatının işçilərinin say həddi 65 ştat vahidi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi aparatının işçilərinin say həddi 55 ştat

vahidi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi aparatının işçilərinin say həddi 61 ştat vahidi müəyyən edilib.

“Gündəm xəbər”in əldə etdiyi məlumata görə, yeni agentlliyin yaradıllması gözlənilən olub. Hətta bununla mətbuatda məlumat yayılaraq bildirilmişdi ki, komitənin daxilində yaranacaq yeni quruma rəhbərlik uğrunda ciddi iddialılar mübarizə aparır. Məlumata görə, hələlik bu posta ən şanslı namizədin ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin sabiq rəisi Natiq Məlikov olduğu bildirilir. Ancaq Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənovun Natiq Məlikova deyil, komitədə etibarlı adamlarından birinə "stavka" etdiyi bildirilir. İddiaya görə, komitə sədri Kərəm Həsənov Qərib Məmmədovun kadrı olan Natiq Məlikovla işləməyə tərəddüt edir:

"Əlbəttə, son qərar prezident İlham Əliyevin olacaq. Çünki yeni agentliyə rəhbər təyinatını Kərəm Həsənov deyil, prezident həyata keçirəcək".

Ümumilikdə isə sirr deyil ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyində sədrin tayfa üzvləri təmsil olunub, qurumda ailə klanları da mövcuddur.

Əmlak Məsələləri Dövlət Komitəsində qohumbazlıq idarəetmənin əsas prinsipinə çevrilib. Komitənin sədri Kərəm Həsənovun əmisi oğlu Məhəmməd Həsənov komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, komitə aparatının rəhbəri İlqar Həbiyevin qardaşı Adil Həbiyev isə xidmətin Şirvan Regional İdarəsinin rəisi işləyir.

Qan qohumlarının bir-birinin tabeçiliyində işləməsi Əmək Məcəlləsində birmənalı yasaq edilir. Qanunla qardaş və əmoğlu qan qohumları kateqoriyasına daxildir. Ancaq komitə rəhbərliyi Azərbaycan qanunlarına açıq şəkildə tüpürərək bu strateji dövlət qurumunu ailə təsərrüfatı kimi idarə edir.

Məlumatlı mənbədən əldə etdiyimiz xəbərə görə, Kərəm Həsənovun əmisi oğlu Məhəmməd Həsənov Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində formal olaraq sıravi işdə çalışsa da faktiki olaraq xidməti o idarə edir. Fərdi mənzillərin, obyektlərin özəlləşdirilməsi üçün verilən rüşvətlər onun əli ilə yığılır. Onun göstərişləri şöbə müdirindən tutmuş xidmətin rəisinə qədər hamı üçün məcburi sayılır. Əslində komitənin sədri əmisi oglunu sıravi işə qoyub xidmətin idarəedilməsinə ona tapşırmaqla hiyləgər bir gediş edib. Yəni bir çox qanunsuz

sənədləri xidmətin rəhbərliyinə daxil olan (şöbə müdirindən tutmuş xidmət rəisinədək) şəxslər imzalayır, pulları isə M.Həsənov yığır. Bununla da M.Həsənov hər bir rəsmi məsuliyyətdən kənarda qalır. K.Həsənov iclaslarda qanunsuzluqlara görə xidmətin rəhbər işçilərini danlayır. Xidmətin rəhbərliyi isə qorxularından səsini çıxarta bilmir.

Komitə aparatının rəhbəri İlqar Həbiyevin qardaşı Adil Həbiyev isə Daşınmaz Əmlakı Şirvan Regional İdarəsində demək olar ki, at oynadır. Regionda vətəndaşlar fərdi evlərini özəlləşdirmək üçün xidmətə müraciət edir, sonda vətəndaşa deyilir ki, “sənədlər itib”. Sənədlər bir neçə dəfə “itdikdən” sonra vətəndaş rüşvət verməyə vadar edilir. Saatlı və Sabirabadda sənədlərin “itməsi” kütləvi hal alıb.

Ümumiyyətlə, komitənin idarə edilməsində K.Həsənovdan sonra ikinci söz sahibi İlqar Həbiyevdir. İlqar Həbiyev Əmlak Komitəsində

çoxdan çalışsa da karyerasının ən parlaq dövrü K.Həsənov quruma sədr təyin edildikdən sonra başlayıb. Çünki İ.Həbiyev K.Həsənovla tələbə yoldaşı olub və həmyerlidir. Maraqlıdır ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə qohumluq münasibətləri olan İ.Həbiyev sabiq nazirin dövründə bir qədər kölgədə qalıb və yalnız idarə rəisinin müavininə qədər irəliləyib. K.Həsənovun dövründə isə dərhal idarə rəisi, az sonra isə aparatın rəhbəri təyin edilib və faktiki olaraq komitədə ikinci şəxsə çevrilib.

Hazırda İ.Həbiyev müavinlərdən də üstün səlahiyyət sahibidir. O, komitənin kadr siyasətini müəyyənləşdirir və özəlləşdirmədən gələn “gəliri” bir qaba toplamaqla məşğuldur. Bir sözlə, K.Həsənovun sağ əli, vuran qolu sayılır, onlar həm də eyni tayfanı təmsil edirlər.

Mənbə onu da deyir ki, komitə sədrinin müavini Rüstəm Şahbazov da K.Həsənovla həmyerli və qohumdur. Komitədə şübhəli əməliyyatlar barədə

qərarları məhz bu üç şəxs - K.Həsənov, İ.Həbiyev və R.Şahbazov verir. Biz sözlə, Əmlak Məsələləri Dövlət Komitəsində tayfa klanı formalaşıb.

Bir müddət öncə isə məlum oldu ki, Kərəm Həsənov sinaqoqu qanunsuz yolla özəlləşdirib.

Belə ki, həmin vaxt Qubadan deputat seçilmiş yəhudi əslli Yevda Abramov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova sürpriz olan açıqlamada bulundu.

Deputat bildirdi ki, Kərəm Həsənovun Qubadakı işçiləri onu aldadaraq, daha doğrusu ondan xəbərsiz sinaqoqu qanunsuz yolla özəlləşdiriblər. Deputat Kərəm Həsənova müraciət edərək məsələni nəzarətinə götürməsini, onu aldadan işçiləri barədə tədbir görülməsini istədi.

Bu qanunsuzluğu təsdiqləyən Yevda Abramovun sözlərinə görə, tənqiddən sonra Kərəm Həsənov onunla görüşüb və məsələnin araşdırılacağına, təqsirkarların ciddi cəzalandırılacağına söz verib:

"O söz verdi ki, dəqiqliklə araşdıracam. Mən zalda dedim ki, Qubadakı nümayəndəniz sizi aldadıb. Belə çıxır ki, onlar sizə həmin binanın sinaqoq olduğunu qəsdən deməyiblər. Ona dedim ki, bu yaxınlarda rayonda yeni icra başçısının hesabat yığıncağında mən məsələni ictimailəşdirmişəm. Prezident Aparatının rayon üzrə kuratoruna da məlumat vermişəm ki, bu məsələ ilə çox ciddi məşğul olmaq lazımdır, çünki xalq çox narazıdır. Yəni bizim inanc yerimiz özəlləşdirilib, özü də bu zaman özəlləşdirmənin qanunları da pozulub. Ora qanuna görə Nazirlər Kabinetinin özəlləşdirilən obyektlərin siyahısında olmalı və elan edilməli olduğu halda bunu etməyiblər. Həmin binaların biri inanc yeridir, digəri isə unikal memarlıq nümunəsidir. Yəni dövlət qurumunun balansında olan binanın üst mərtəbəsi qalıb, alt mərtəbəsini özəlləşdiriblər. Buna kim icazə verib? Tutaq ki, sabah birinci mərtəbəni özəlləşdirmiş adam deyər ki, mən bunun daşını və divarını söküb satıram. O zaman ikinci mərtəbəni nəyin üstündə saxlayacaqlar? Elə hesabat yığıncağında da belə dedim ki, əgər bir adam bunu pul verib özəlləşdirbsə, deyəcək ki, kefim necə istəyir elə istifadə edəcəm və ya lazım gəlsə sökəcəm. Ona görə də məsələ camaatı çox narahat edir və ümid edirəm ki, komitə sədri ən qısa zamanda məsələni yoluna qoyacaq."

Ancaq bu məsələnin necə həll olunduğu bu günə kimi sirr qalır.

Bu günlərdə isə Kərəm Həsənovla birinci müavini arasında dava düşdüyü bildirilir. Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Asif Əzizov işdən çıxarılıb. RİH başçısının birinci müavininin işdən

çıxarılması barədə xəbərlərə rəsmi şərh verilməyib.

Asif Əzizovla icra başçısı Əziz Əzizov arasında münasibətlər son vaxtlar gərgin olub. İddialara görə, Ə.Əzizov birinci müavinin onun haqqında Prezident Administrasiyasına məlumatlar ötürməsindən şübhələnirmiş.

Məlumatlara görə, Əziz Əzizovun biznesi, Cəlilabadda və Bakıda qurduğu kef məclisləri haqqında Bakıya məlumatlar ötürən birinci müavin özünə dayaq axtararaq, rayona icra başçısı gəlməyə çalışırmış. Hətta müavin Cəlilabaddakı idarə və müəssisə rəhbərləri ilə görüşərək onların dəstəyini almağa çalışıbmış. Amma onun işdən çıxarılmasının səbəbi başqadır.

Xəbər verildiyi kimi, prezident İlham Əliyev avqustun 11-də Cəlilabadda səfərdə olub, bir sıra obyektlərin açılışında iştirak edib. Bu səfərdən bir gün öncə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və bu rayondan deputat seçilmiş qardaşı Malik Həsənov rayona gedib. Bu rayonun qeyr-rəsmi kuratoru K.Həsənov prezidentin səfəri ilə bağlı hazırlıq işlərindən çox narazı qalıb. Komitə sədri RİH işçilərini danlayıb və o qədər əsəbiləşib ki, birinci müavin Asif Əzizovun ünvanına nalayiq ifadələr işlədib. Mənbənin dediyinə görə, A.Əzizovun da əsəbləri tab gətirməyib və komitə sədrinin cavabını eyni tonda verib. Bu isə 1-ci müavinin taleyini həll edib.

Prezidentin rayona səfəri başa çatan kimi A.Əzizovun işdən çıxarıldığı elan olunub. Məlumata görə, baş verənlər haqda indi Cəlilabadda hamı xəbərdardır.

İcra başçısının sabiq müavinin bu işi belə qoymayacağını deyib. Bu isə qarşı tərəfdə təlaşla qarşılanıb. Şübhə yoxdur ki, A.Əzizovda həm icra başçısı, həm K.Həsənov, həm də onun deputat qardaşı M.Həsənov haqda kifayət qədər kompromat materiallar var. Heç kimə sirr deyil ki, K.Həsənov icra başçısı ilə biznes şərikidir. Onlar Bakıda müxtəlif obyektlər, göydələnlər, ticarət mərkəzlərinə şəriklik edirlər.

Prezident Cəlilabad səfərindən heç də razı qalmayıb. Belə ki, dövlət başçısı rayonda qazlaşdırmanın orta hesabla təxminən 40 faiz səviyyəsində olduğunu bildirərək narazılıq edib. Maraqlıdır ki, bu cür səfərlərdə adətən rayon deputatı da iştirak etsə də, M.Həsənov ekranlarda görünməyib. Xatırladaq ki, YAP-ın siyahısından deputat seçilən M.Həsənov 5 il müddətində nəinki hansısa məsələ ilə bağlı, hətta rayonun

problemləri ilə bağlı bir dəfə də olsun parlamentdə danışmayıb. YAP-ın onun bu il keçiriləcək seçkilərdə namizəd olmasını istəmədiyi barədə də xəbərlər var.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib

    Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət ...

    5-12-2015, 13:16

  • 
  • Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Bakı İcra Hakimiyyətinin icazəsi ilə tikilmiş istixananı sökəcəyi ilə hədələyir

    Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Bakı İcra ...

    30-07-2017, 21:35

  • 
  • Daşınmaz əmlakın qeydiyyatı asanlaşdı

    Daşınmaz əmlakın qeydiyyatı asanlaşdı ...

    18-01-2015, 20:44

  • 
  • Kərəm Həsənovun bu kadrları işdən çıxarıldı (SİYAHI)

    Kərəm Həsənovun bu kadrları işdən çıxarıldı ...

    25-06-2020, 11:41

  • 
  • Prezident Fərman imzaladı

    Prezident Fərman imzaladı ...

    16-02-2016, 14:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu