"Qanunsuz tikililərin qeydiyyatı 2015-ci il yanvarın 13-də prezident İlham Əliyevin imzaladığı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərmanla tənzimlənmənəcək".
Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib.
Mətbuat xidmətinin rəhbəri deyib ki, daşınmaz əmlakın dövlət qeydiyyatı 2014-cü ildə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna əsasən aparılır: "Daşınmaz əmlakın qeydiyyatı üçün lazım olan sənədlər qanunun səkkizinci maddəsinə əsasən müəyyən edilir. Prezident İlham Əliyevin yeni fərmanı, sadəcə, bu sənədlərin siyahısını genişləndirdi. Fərman ölkədə qanunsuz tikintiləri əhatə etmir".
Onun sözlərinə görə, əvvəllər həmin sənədlərin adları qanunda çəkilmirdi ki, bu da dövlət qeydiyyatı orqanlarının işini çətinləşdirirdi: "Həmin sənədlər əsasında qeydiyyat əvvəllər də aparılırdı, lakin mülkiyyətçilər həmin sənədləri qanuna uyğunlaşdırmaq üçün məhkəməyə müraciət etməli olurdular. Fərman qeydiyyat orqanlarının işini asanlaşdırdı və əhali üçün bir sıra çətinlikləri aradan qaldırdı".
Azərbaycanda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına yaşayış və bağ evləri haqqında sənədlər daxildir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?