GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nazirin çıxışı da “Aztelekom”da korrupsiyaya son qoymadı

Nazirin çıxışı da “Aztelekom”da korrupsiyaya son qoymadı

Tarix: 25-08-2015, 20:36 Bölmə :Manşet Baxış: 0
Nazirin çıxışı da “Aztelekom”da korrupsiyaya son qoymadı

Əli Abbasov bu qurumun rəhbəri və regional idarələrini tənqid atəşinə tutandan sonra maxinasiyalar öz axarı ilə davam edir; şok mənimsəmə iddiaları “Gündəm-xəbər”də…

Azərbaycanda bütün sektorlar korupsiyaya bulaşıb. Dövlət başçısının rüşvətxorluğa, məmur özbaşınalığına qarşı amansız mübarizəsi və bu istiqamətdə sistemli, ardıcıl tədbirləri davam etsə də, iqtidarın siyasətinə zərbə vuranlar da az deyil. Artıq nazirlərin də çıxışlarında bu detallara rast gəlmək olar.

Məsələn, Rabitə və yüksək informasiya texnologiyalar naziri Əli Abbasov “Aztelekom” və Bakı Telefon Rabitə İstehsalat Birliklərinin (BTRİB)-in fəaliyyətini tənqid atəşinə tutaraq, onlara xəbərdarlıq etmişdi.

Stasionar telefon operatorlarının fəaliyyətini tənqid edən nazir Əli Abbasov mənzillərə telefon və internet xətlərinin çəkilişi zamanı bir sıra qanunsuzluqlara yol verlidiyini demişdi.

Nazir bildirib ki, vətəndaşlardan daxil olan şikayətlər əsasən rüşvətxorluq halları ilə bağlıdır. O, hər bir kiçik hadisənin Baş Prokurorluğun Korrupsiya İdarəsi tərəfindən tənzimləndiyini bildirib.

Əli Abbasovun fikrincə, “Aztelekom” və BTRİB-nin fəaliyyətində digər çatışmazlıq geniş zolaqlı internetin çəkilişi prosesində özəl şirkətlərin fəaliyyətinin az olmasıdır. Bunun səbəbi isə sözügedən qurumların şirkətlər arasında ayrı-seçkilik etməsidir.

“Hansı şirkətlərsə “Aztelekom” və BTRİB -in rəhbərliyi tərəfindən dəstəklənir. Hansısa maraqlara görə bu şirkətlərə daha çox imkan yaradılır. O birisilərə isə yaradılmır. Bilmirəm. Mən sizə axırıncı dəfə deyirəm, bu korrupsiya elementidir. Burada özgətirəlik olmamalıdır”.

Nazir onu da qeyd edib ki, bu cür faktların araşdırılması üçün audit komissiyası yaradılır. Bu komissiya həmin qurumların əhali ilə apardığı danışıqları qeydə alacaq. Bunun əsasında vətəndaşlar tərəfindən daxil olan şikayətlər araşdırılacaq.


***

Başqa bir fakt - Şamaxı rayon Telekommunikasiya Qovşağının kollektivi adından “Aztelekom” İstehsalat Birliyinin rəhbəri Məhəmməd Məhəmmədova ünvanlanmış şikayət ərizəsini xatırlamaqla kifayətdir.

Şamaxı rayon T.K.Q-də neçə illərdir ki, həmin idarənin müdiri Faiq Hümbətovun qanunsuz əməlləri davam edir. F.Hümbətov idarənin dörd yüz min manata qədər vəsaitini qanunsuz yollarla mənimsəyib.

Belə ki, idarənin DSMF-yə, vergi idarəsinə və digər təşkilatlara köçürməli olduğu pullar mənimsənilib. Hətta işçilərdən tutulan gəlir vergiləri də mənimsənilib. İki ildir ki, idarənin bank hesabları bağlanmışdır. İşçilərə verilməli olan rüblük mükafatlar, müalicə xərcləri və 13-cü əmək haqları mənimsənilir. İşçilər hər ay 90 min manata qədər vəsait toplanmasına baxmayaraq, 3 aydan bir əmək haqqı alırlar. İdarənin 30-40 nəfərə yaxın gizli işçiləri var. Son bir ayda 10 nəfərə yaxın işçi işə qəbul olunub. Hümbətovun Qobustan rayonunda “Diri Baba” adlı şirkəti vardır. O, saxta sənədlər tərtib etməklə idarənin vəsaitini həmin təşkilata köçürür və pullar oradan mənimsənilərək götürülür. Bu yaxınlarda Quşçu kəndinə yeni kabel xətti çəkilməli idi. Həmin 20 km xətt satılaraq Hümbətov tərəfindən mənimsənilib. Çıraqlı kəndinə çəkilən kabel xətti xüsusi briqada tərəfindən çəkilməli idi. Hümbətov həmin xətti öz işçilərinə çəkdirərək, onun üçün ayrılmış külli miqdarda vəısaiti mənimsəmişdir.

İdarədə 2 əməkhaqqı “vedomost”u var ki, bunlardan birinə yaxın işçiləri qol çəkib pul götürür, digəri isə karta buraxılır. İdarənin toplanan pulları inkasator vasitəsi ilə banka göndərilməli olduğu halda, qeyri-qanuni kassir ştatı fəaliyyət göstərir”.

***

Daha bir fakta nəzər salaq.

“Mən bu nazirliyin işindən çox narazıyam. Gədəbəyin kəndlərində, həmçinin Şınıx bölgəsində mənə söz verdikləri elektron ATS sona qədər quraşdırılmayıb. İnternet çox zəifdir, mobil operatorların da 3G-si və s. xidməti çox yarıtmazdır. Bir sözlə, nəzarət zəifdir. Ümid edim ki, tezlikcə bu problem həll olunacaq”.

Bunu keçmiş deputat, iqtisadçı Nazim Məmmədov sosial şəbəkədə açılan müzakirədə deyib.

Xatırladaq ki, rayonlarda rabitə sisteminə “Aztelekom” İstehsalat Birliyi nəzarət edir. Bu qurumun rəhbəri isə eyni zamanda, YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Məhəmməd Məmmədovdur.

Onu da qeyd edək ki, M.Məmmədovun "Aztelekom"da ciddi korrupsiyaya yol verməsini az öncə Hesablama Palatası da rəsmi şəkildə bəyan edib. Bundan başqa, nazir Əli Abbasov da bu ilin əvvəlində kollegiyada ona irad tutaraq "yığışdırın rüşvəti", - deyə, barmaq silkələyib. Ancaq görünən odur ki, M.Məmmədov bu günə kimi şikayətlərə məhəl qoymamaqla yanaşı, həm də vəzifəsini də qorumağı bacarıb.

Bəs, onu kim himayə edir? M.Məmmədov YAP MNTK-nin nüfuzlu üzvlərinin hansılarının adından və necə yararlanır? Bu, baş direktora nə kimi təhlükələr vəd edir? Bax, Azərbaycan reallığında əsl araşdırma və sensasiya burdadır.

***

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov özü də bu neqativ halların mövcudluğunda mühüm rol oynayır.

M.Məmmədov 4 may 2004-cü il tarixdən etibarən «Aztelekom” İB-nin baş direktoru vəzifəsinə təyin edilib. O, bu vəzifəyə qədər Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru olub. Maraqlı məqam odur ki, M.Məmmədov bir deputatın bahalı avtomobil, illik pulsuz yanacaq və digər xərclərinə 100 min manata yaxın pul xərclədiyini “qara mühasibatlıq”da qeyd etdirib. Halbuki, M.Məmmədovun özü də bilir ki, vəzifə səlahiyyətlərindən istifadə edərək, belə bir maliyyə fırıldağına əl atması cinayət xarakterlidir.

O, heç bir halda dövlət vəsaitini istədiyi kimi istədiyi adama xərcləyə bilməz. Amma baş direktor “Aztelekom”un puluna sanki şəxsi vəsaiti kimi yanaşmaqda davam edir. Daxil olan məlumata görə, Məhəmməd Məmmədov 2012-ci ildən başlayaraq, elektron ATS-lər olan bütün kəndlərin optik kabel vasitəsilə transmissiyasının təşkilindən də böyük vəsaitlər əldə eləyib.

Onun “Aztelekom”un illik 150 milyon manatı aşan gəlirlərinin ölkə üzrə klassik telefondan multimedia xidmətlərinə keçid, genişzolaqlı internet xidmətləri, təmir-tikinti və digər investisiya xarakterli layihələr adıyla neçə faizini mənimsəməsini, heç şübhəsiz ki, peşəkar rabitəçilər əla bilirlər.

***

Məlumat üçün bildiririk ki, "Aztelekom” İstehsalat Birliyinin (İB) rayon Telekommunikasiya Qovşaqlarının (TKQ) xidmət ərazisində göstərilmiş xidmətlərin müqabilində əldə olunan gəlirlər 2010-ci ilə nisbətən 2015-ci ilin əvvəlinə 50%-dən artıq olub. Buna baxmayaraq, bu illər ərzində əmək haqları cəmi 10% artırılıb”.

Bununla yanaşı yığılan vəsaitin dövlətə də ödənilmədiyi iddia edilir. Ötən 5 il ərzində həm dövlət qarşısında olan öhdəliklərin, həm də kreditor borcların külli miqdarda artdığı bildirilir. Elə buna görə də, "Aztelekom” İB-də maliyyə durumunun ağırlaşdığı, işçilərə verilməsi nəzərdə tutulan vəsaitlərin kəsildiyi qeyd olunur. Birliyin idarə aparatı tərəfindən digər struktur vahidlərinə köçürülmüş pul vəsaitlərinin təyinatları üzrə istifadəsinə nəzarət edilməyib.

Hazırladı: Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazirdən son xəbərdarlıq (VİDEO)

    Nazirdən son xəbərdarlıq (VİDEO) ...

    19-01-2015, 15:59

  • 
  • Əli Abbasov barəsində cinayət işi açıldı - RƏSMİ

    Əli Abbasov barəsində cinayət işi açıldı - RƏSMİ ...

    26-10-2016, 22:22

  • 
  • Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb dindirildi - İstintaq gedir

    Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb ...

    30-10-2015, 15:29

  • 
  • Əli Abbasov "MTN işi"ndən danışdı

    Əli Abbasov "MTN işi"ndən danışdı ...

    1-11-2015, 12:57

  • 
  • Nazirə kələk gələn iki məmur və ya real faktlar niyə araşdırılmır?

    Nazirə kələk gələn iki məmur və ya real faktlar ...

    28-03-2015, 20:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu