GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nazirə kələk gələn iki məmur və ya real faktlar niyə araşdırılmır?

Nazirə kələk gələn iki məmur və ya real faktlar niyə araşdırılmır?

Tarix: 28-03-2015, 20:19 Bölmə :Manşet Baxış: 0
Nazirə kələk gələn iki məmur və ya real faktlar niyə araşdırılmır?

Əli Abbasov Məhəmməd Məmmədovla Beytulla Hüseynovun yaratdığı problemləri araşdırmağa cəsarət etmir; İşçi qrupu isə olmayan problemi təftiş edir

Rabitə və yüksək informasiya texnologiyalar naziri Əli Abbasovun yanvarda keçirilən kollegiya iclasında nazirliyin tabeliyində olan iki mühim qurumun - “Aztelekom” İB və BTRİB-ın rəhbərlərinə xəbərdarlıq etməsindən sonra yaranan komissiya, əslində, mənasız işlərlə məşğuldur.

Bu barədə “Gündəm Xəbər” qəzetinə daxil olan məlumata görə, həmin müşavirədə nazir Əli Abbasov Məhəmməd Məmmədovun baş direktoru olduğu "Aztelekom”la, Beytulla Hüseynovun rəhbərlik etdiyi Bakı Telefon Rabitə İstehsalat Birliyinin fəaliyyətində rüşvət və korrupsiya faktlarının olmasını açıq etiraf edərək, onlara «özünüzü yığışdırın» ultimatimunu verib:

«Nazir açıq şəkildə bu iki qurumda korrupsiya halının olduğunu dedi və tezliklə komissiya yaradaraq, bunların araşdırılacağını bildirdi. Amma nazir bu iki qurumda korrupsiyanın konkret hansı sahələri əhatə etdiyini demədi. Başqa sözlə desək, nazir «Aztelekom» və BTRİB-in nəzarətində olan internet provayderlərinin rəqiblərinin sıxışdırılmasından söz açdı. Lakin nazirliyin sıravi işçiləri də bilir ki, son iki-üç ildir nazirin qeyd etdiyi problem yoxdur. Yəni istənilən provayder istənilən ATS üzərindən abonentə internet xidməti göstərməkdə sərbəst və rahatdır. O səbəbdən nazir Əli Abbasovun bu sahədə 2-3 il əvvələ qədər mövcud olan problemləri nədən indi qabartması isə maraqlıdır. Görünür, Əli Abbasovun ya nazirlikdən xəbəri yoxdur, ya da o, nə danışdığının fərqində deyil».

Müsahibimizin sözlərinə görə, Əli Abbasov yanvar ayında keçirilən kollegiya iclasından təxminən üç həftə sonra komissiyaya bənzər işçi qrupu yaradıb:

«Həmin qrupun fəaliyyəti haqqında dünən nazir müavini İltimas Məmmədov telekanallarda da danışdı. Onun sözlərindən belə çıxdı ki, işçi qrupu Bakı və rayonlarda martın sonunadək araşdırma aparıb, 2014 və 2015-ci ilin mart ayına qədər olan şikayətləri incələyirlər. Sizə əminliklə deyirəm, nazir müavini ağ yalan danışır. Həmin işçi qrupu nazir Əli Abbasovun internet provayderləri ilə bağlı qaldırdığı məsələni ATS-lərdə olaraq abonentlərin özlərindən sorğu əsasında araşdırmaqla, bir daha bu sahədə hər hansı bir problemin olmadığını təsdiqləyiblər. Yəni nazirin cəmiyyətə açıqladığı sahə

üzrə problem yoxdur. Problem telefon çəkilişlərində, onların qiymətlərindədir».

Məlumatlı şəxs deyir ki, bu gün Bakıda elə ərazilər var ki, kabelləşməyib:

«Bu səbəbdən də oraya telefon çəkilişləri qeyri-mümkündür. Mövcud təlimatlara əsasən, kabelləşmədə 100 metrdən artıq məsafə varsa, bunun xərcini də abonent çəkməlidir. Buna görə bəzən adi telefon çəkilişi 150-200 manatı aşır. Pisi budur ki, bəzən vətəndaş evinə telefon çəkdirmək istəyərkən, həmin ərazidə ümumiyyətlə, bunun mümkün olmadığı üzə çıxır. Ancaq Bakıda fəaliyyət göstərən qovşaq rəsmiləri bunu araşdırmadan abonentdən pulu qəbul edir və aylarla onları süründürür. Sonda isə məcbur qalaraq pulunu geri ödəyirlər. Bunları ona görə xatırladıram ki, nazir Əli Abbasov reklam xatirinə çıxış etməkdənsə, real adımlar atıb, paytaxtın telefonlaşdırılmasını kağız üzərində deyil, real faktlar üzərində həyata keçirsin».

Məlumatlı şəxsin sözlərinə görə, «Aztelekom» və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzarətində olan provayderlərdə tamam başqa problemlər mövcuddur:

«Yəni nazirin iddia etdiyi kimi, bu dövlət müəssisələri hansısa rəqib provayderi sıxışdırmaq və ya onun bazara girməsinə maneyə yaratmır. Zatən bunların, yəni “Aztelekom”la BTRİB-in nəzarətində olan provayderlər özləri başlarını itiriblər. Məsələn, BTRİB-in nəzarətində olan «Bakinternet» son bir ildir ki, keyfiyyətsiz xidmət göstərir. İdarələr, vətəndaşlar internetin tez-tez kəsilməsinə görə bu provayderdən imtina edirlər. Eyni hal Məhəmməd Məmmədovun nəzarətində olan provayderə də aiddir. Ancaq nə o, nə də Beytulla Hüseynov bu problemi aradan qaldırmaq üçün həvəsli davranmırlar. Hətta mənim bildiyimə görə, daha keyfiyyətli internet xidməti üçün sifarişi verilmiş avadanlığın alınmasının ləngidilməsi də, bu iki məmurun özəl maraqlarından qaynaqlanır. Nazir Əli Abbasov mənasız işçi qrupu yaradıb, cəmiyyətin gözünə kül üfürəcək işlərlə məşğul olmaqdansa, iki ay əvvəl dediyi sözün üstündə duraraq, bunları cəzalandırsın da. Niyə bunu etmir?».

İstər Məhəmməd Məmmədov, istər Beytulla Hüseynovun güclü himayədarlara sahib olduğunu deyən müsahibimiz bu barədə geniş və maraqlı açıqlamalar da verib.

Bu və ya digər məlumatlarla yanaşı, “Azərpoçt”un baş direktoru Qənbər Bəybalayev, hətta bir neçə yaxın qohumu ilə bağlı müdhiş planlarla araşdırmalarımızı növbəti saylarımızı izləyin.

CƏFƏR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazir Əli Abbasova FHN-nin adıyla kələk gəlirlər?

    Nazir Əli Abbasova FHN-nin adıyla kələk gəlirlər? ...

    29-03-2015, 13:04

  • 
  • Nazirdən son xəbərdarlıq (VİDEO)

    Nazirdən son xəbərdarlıq (VİDEO) ...

    19-01-2015, 15:59

  • 
  • Əli Abbasovun müdhiş planı

    Əli Abbasovun müdhiş planı ...

    4-02-2015, 23:58

  • 
  • BTRİB-in rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub

    BTRİB-in rəhbəri Beytulla Hüseynov vəzifəsindən ...

    21-10-2015, 17:38

  • 
  • Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb dindirildi - İstintaq gedir

    Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb ...

    30-10-2015, 15:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu