Ən çox şikayət olunan rayonların rəhbərləri cəzalandırılacaq
Son dövrlər rayonlarda baş verən olaylardan dolayı hakimiyyət dairələri ciddi narahatlıq keçirir. Xüsusən də İsmayıllı hadisəsi vəziyyəti daha da dramatik edib. Qəzetimizə çatan məlumatlara görə, yerli sakinlərin şikayətlərinin artması və bunun qəzəbə çevrilmə risqinin çox olduğunu nəzərə alan hakimiyyət dairələri problemi həll etmək üçün addımlar atmaq qərarına gəlib. Əldə etdiyimiz məlumata görə, Prezident Admnistrasiyasında artıq icra başçılarının iştirakı ilə iclas təyin olunub. TİA.AZ-a məlumat verən mənbənin məlumatına görə, bu dəvət heç də xoş niyyətli deyil və bəzi icra başçılarının başı ciddi ağrıya bilər. Mənbənin bildirdiyinə görə, əsas məsələ yerlərdən gələn şikayətlərin sayının sürətli şəkildə çoxalmasıdır. Məlumatda vurğulanır ki, hal hazırda Admnistrasiya və digər dövlət qurumlarına ən çox şikayət Biləsuvar, Laçın, Bərdə və İmişli rayonlarından daxil olub. «Ən çoxlar» sırasında daha bir neçə rayonun adı var. Məlumatda deyilir ki, Admnistrasiyada keçiriləcək yığıncaqda daha çox şikayət daxil olmuş rayonların icra başçıları ciddi şəkildə danlanılacaq. Üstəlik, onların bəzilərinə töhmət veriləcəyi də gözlənilir. Bundan əlavə, bütün rayon rəhbərlərinə xəbərdarlıq ediləcək ki, əgər şikayətlər çoxalarsa, onların vəziyyəti daha ağır olacaq. P.S. Maraqlı odur ki, bundan sonra icra başçıları yerlərdən olan şikayətlərin qarşısını necə alacaqlar. Zorlamı, yoxsa prblemləri həll etmək yolu ilə?
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?