GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Xaləddin İsgəndərov “qara siyahı”da

Xaləddin İsgəndərov “qara siyahı”da

Tarix: 1-09-2015, 14:53 Bölmə :Manşet Baxış: 0
Xaləddin İsgəndərov “qara siyahı”da

Binəqədinin icra başçısının başının üstünü “qara buludlar” alıb

Paytaxt sakinlərinin, eləcə də bütün respublika əhalisinin əziyyət çəkdiyi ciddi problemlərdən biri də küçə və yolların bərbad vəziyyətdə olmasıdır. Yəqin ki, bunu xüsusi şəkildə isbat etməyə ehtiyac yoxdur. Necə deyərlər, hər şey göz qarşısındadır...

Sadəcə, qəribəsi odur ki, icra başçılarından başlamış Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qədər bu işə bilavasitə cavabdeh olan bütün məmurlar vəziyyətin tam əksini iddia edir, küçə və yollarımızın abad olmasından ağızdolusu danışırlar.

Ancaq konkret bir rayonun timsalında bunun heç də belə olmadığını aydınlaşdırmaq o qədər də çətin deyil. Götürək elə Binəqədi rayonunu.

Binəqədi rayon Icra Hakimiyyəti neçə vaxtdır “Təmiz Binəqədi” layihəsindən dəm vurur, rayonun günü-gündən abadlaşdığını car çəkir.

Ancaq Binəqədinin yolları və küçələrindəki vəziyyət bunun tamamilə əksini göstərir. Gəlin, ayrı-ayrı ərazilərdəki vəziyyətlə tanış olaq.

Öncə elə başlayaq, Binəqədi rayonu İcra Hakimiyyyətinin 5 addımlığında yerləşən Binəqədi rayon Prokurorluğu və məhkəməsinin yerləşdiyi ərazidəki vəziyyətlə tanış olaq.

İcra hakimiyyətinin yerləşdiyi küçə və yaxınlıqdakı park təmirdən sonar abad olsa da, Binəqədi rayon Prokurorluğu və məhkəməsinin yerləşdiyi Hacıbababəyov küçəsi bərbad vəziyyətdədir. Bu, küçə son illərdə bir neçə dəfə qazılıb. Ancaq qazıntıdan sonar asfalt örtüyü demək olar ki, salınmayıb. İl boyu burada yaxınlıqdakı məktəbə gedən şagirdlər dərin gölməçələri adlamalı olurlar. Payıq-qış aylarında burda palçıq dizə çıxır. Kanalizasiya suyu ilin 12 ayı küçə ilə axır və ətrafa üfunət qoxusu saçır. Maraqlıdır ki, hətta prokurorluq və məhkəmə rəhbərliyi də bu durumla bağlı səslərini çıxarmırlar.

Binəqədi rayonu 7-ci mikrorayon sakinləri də ərazidəki yolların bərbadlığından şikayətçidir. Onlar rayonun yollarının bərbad hala düşdüyünü, piyadalar üçün nəzərdə tutulan səkilərdə yeriməyin mümkün olmadığını deyirlər.

Həqiqətən də 7-ci mikrorayondakı yollardan bir dəfə keçən, ikinci dəfə keçmək istəmir. “Bolluq bazarı” deyilən ərazidən üzü yuxarı - yolun sağ tərəfində piyadalar üçün nəzərdə tutulan səkidə yağışlı günlərdə palçıq və yolun kələ-kötürlüyü səbəbindən yerimək olmur. “Ankara” restoranının ətrafında da yol da eyni vəziyyətdəidir. Yalnız bu ərazidə avtobus dayanacağının ətrafı asfaltlanıb. Qalan yerlər isə ucqar və tərk edilmiş bir kəndin yollarını xatırladır.

Bir qədər aşağıda - “Azadlıq” metrostansiyasının sağından keçən yolun iki addımlığında yerləşən eni 2, uzunluğu isə 25 metr olan piyadalar üçün nəzərdə tutulan hərəkət zolağı isə tamamilə bərbad vəziyyətdədir.

Bu azmış kimi, “Bolluq bazarı”ndan üzü yuxarı yolun bir neçə yerini də qazıblar. Qazılan yerdən üfunət iyindən keçmək olmur. Bu azmış kimi sakinlər qazılan yerlərə zibil atır. Yağış da zibilin üstünə yağır və iylənən suyun əlindən bu yoldan keçmək mümkün olmur.

Sakinlər, xüsusən də yaşlı adamlar bu yolda yeriməyə əziyyət çəkdiklər. Onlar yolun bu vəziyyəti ilə bağlı dəfələrlə Binəqədi rayonunun İcra Başçısı Xaləddin İsgəndərova xəbər veriblər.

Ancaq icra başçısı Xaləddin İsgəndərov bu şikayətlərin heç birinə əhəmiyyət vermir.

Binəqədi qəsəbəsi, Gülüstan küçəsinin vəziyyəti də acınacaqlıdır. Burada da yollar sıradan çıxıb, böyük çalalar əmələ gəlib. "Azərsu" məhəlləyə su çəkdikdən sonar bura bərbad hala düşüb. Qazıntıdan əvvəl isə məhəllə asfalt idi. Yollar yağış yağandan sonra isə keçiləsi olmur. Yolda əmələ gəlmiş çalalar büsbütün su ilə dolur.

Süleyman Sani Axundov küçəsində isə yol tamamilə sıradan çıxıb və burada dərin göllər əmələ gəlib. Sakinlər deyir ki, payız gələndə günləri qara olur: “Adam küçəyə çıxmaq istəmir. Yollarımız bərbad haldadır. Hara müraciət edirik, baxacaqlarını deyirlər. Amma illərdir bu gündəyik, nə gələn var, nə baxan, arada gəlib, yollara daş töküb gedirlər. Bəzən olur ki, nəsə ediblər. Yollarımıza ayaqqabı da dözmür. Payızda küçəyə çıxanda dizə qədər palçığa batırıq Hər yerə “Təmiz Binəqədi” yazıb vurublar. Küçələr, yollar bərbad gündədirsə, "təmiz" yazmağın nə mənası?"

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində də eyni vəziyyət hökm sürür.

Ümumiyyətlə, rayon ərazisində hara baxsan bax, bu cür mənzərə ilə qarşılaşırsan.

Cəfər Cabbarlı küçəsinin sakinləri də eyni problemdən əziyyət çəkir. Burada da yollar sıradan çıxıb, böyük çalalar əmələ gəlib. Sakinlər deyir ki, yağış yağan vaxtı yoldakı çalalar su ilə dolur, bu isə gediş-gəlişə tamamilə mane olur:

"Uşaqlar məktəbə getməkdə çox əziyyət çəkirlər. Nəzərə alsaq ki, yol çox istifadə olunan magistral yoldur, çox çətinliklə avtobus məhəlləyə gəlir. Yağış yağanda isə yolda əmələ gəlmiş çalalar büsbütün su ilə dolur".

Bakının Binəqədi rayonu ərazisində, Binəqədi-Biləcəri yolu da keçilməz sahəyə çevrilib. DSK adlanan ərazidə yolun bərbad vəziyyətdə olması o istiqamətdə işləyən sərnişin avtobuslarının hərəkəti üçün böyük maneələr yaradır. Həmin istiqamətdə keçən avtobuslar yolun yararsız olması səbəbindən maşınların sıradan çıxması ilə nəticələnir. Bundan əlavə, yolun bərbad olması daşınan sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradır. Dəfələrlə mövcud problemlərlə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətinə və digər aidiyyatlı qrumlara müraciət olunub. Lakin dəfələrlə müraciət olunmasına baxmayaraq, bu ərazi ilə də bağlı heç bir tədbir görülməyib.

Yolların bərbad olması səbəbindən nəqliyyatın da hərəkətində problemlər yaranır. Avtobusların gec-gec işləməsi üzündən hər gün sakinlər işə, məktəblilər isə məktəbə geciir.

Yolun bərbad olması səbəbindən sakinlərlə yanaşı avtobus sürücüləri də zara gəlib. Ən çox əziyyət çəkən isə 88, 10, 53 və170 saylı avtobusun sürücüləridir.

Binəqədi rayon icra hakimiyyətinin isə bütün şikayətlərə standart cavabı var: “Problemdən xəbərimiz var. Bizə məktublar gəlib. Şikayətlərə baxılır. Əməkdaşlarımız əraziyə baxış keçirib. Problem yaxın vaxtda həll olunacaq”.

Ancaq problemlər həll olunmur ki, olunmur.

Binəqədi rayon İcra Hakimiyyətini problemi həll etmək əvəzinə bəzi küçələrdəki vəziyyətə görə “Azərsu”nu suçlayır.

İcra hakimiyyəti iddia edir ki, Süleyman Sani Axundov küçəsindəki yolun təmiri “Azərsu”dan asılıdır. Həmin ərazidən

keçən su və kanalizasiya xətləri yeniləndikdən sonra yolun tam təmiri nəzərdə tutulub.

Amma yolun təmiri bizdən asılı olmayan səbəblərə görə ləngiyir. Həmin ərazi ilə bağlı “Azərsu”nun layihəsi var. Layihəyə əsasən, ərazidən keçən su və kanalizasiya xətləri yenilənməlidir. Ancaq bundan sonra yolun təmirinə başlanılacaq.

Birinci mərhələ ”Azərsu”dan asılı olduğu üçün bir söz deyə bilmərik. Su xətlərinin yenilənməsi başa çatdıqdan dərhal sonra Binəqədi Rayon İcra Hakimiyyəti yolun təmirinə başlayacaq. Təmirin gecikməsi bizimlə əlaqədar deyil”.

“Azərsu”dan isə deyirlər ki, hələlik sözügedən ərazidə yeni xətlərin çəkilməsi planda yoxdur və gözlənilmir.

Demək belə çıxır ki, Binəqədi rayonu göllər diyarına çevrilməkdə davam edəcək və sakinlər sözügedən problemlərdən hələ uzun müddət əziyyət çəkəcəklər. Hər halda bu məsələdə optimist olmaq üçün heç bir əsasımız yoxdur.

Onu da qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb və rayona xeyli vəsait ayrılıb. Məsələn, Prezident elə təkcə Binəqədi rayonunun Xocasən və Biləcəri qəsəbələri ərazisində iyirmi üç min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 5,7 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manat ayırıb. Ancaq bu vəsaitdən sonra adı çəkilən ünvanda yollar yenə də bərbad vəziyyətdədir. Dövlət vəsait ayırsa da, bu pullar səmərəli xərclənmir və başda icra başçısı olmaqla rayon məmurlarının cibinə gedir.

Bir sözlə, icra başçısı rayonun abadlığı deyil, şəxsi qazancı barədə düşünür. İş burasındadır ki,

Bakının mərkəzi Səbail rayonunda belə Binəqədidə olduğu kimi tikintiyə haqq alınmır. Burada bütün rayon ərazisindəki tikililərə qiymət vahid cədvəl əsasında qoyulub. Əgər Xaləddin İsgəndərovdan əvvəl - Milli Məclisin spikeri Oqtay Əsədovun qudası Alı Qocayevin İcra Başçısı işlədiyi dövrdə daha çox Biləcəri, Binəqədi və Xocasən qəsəbələrində hasar çəkmək pulsuz, istənilən ölçüdə ev tikmək isə 500-1000 manat “şirinliklə” baş tuturdusa, Xaləddin İsgəndərovun “zühuru” ilə qiymətlər “ceyran belinə qalxıb”. Medianın müxtəlif vaxtlarda apardığı araşdırmalara görə, X.İsgəndərovun göstərişi ilə rayon ərazisində hasar çəkmək 2-3 min, kürsülü ev 8-10 min, ikimərtəbəli evin tikintisi üçün isə 12-15 min manat rüşvət tələb olunur. Sakinlərin verdiyi son məlumata görə, manatın devalvasiyası yay aylarına – tikinti bumunun yaşandığı dövrə təsadüf etdiyindən X.İsgəndərovun “ağ nivalı”ları da xəracı dollarla toplayırlar.

Vətəndaş sözügedən məbləği vermədiyi təqdirdə, ya evindən olur, ya da İcra Hakimiyyətinin qeyri-rəsmi əməkdaşlarının - mütəşəkkil qoçu dəstəsinin (onlar ağ rəngli “Niva” markalı maşınlarda gəzirlər) daha kobud müdaxiləsi ilə üzləşirlər.

Onların sırasında daha ağırı tikililərin məhkəmə qərarı olmadan dağıdılmasıdır. Bu üsul ağır olsa da, digərləri üçün “nümunədir”. Əlbəttə, bütün bunlar narazı vətəndaş kütləsinin yaranmasına və böyüməsinə şərait yaradır.

Bir müddət öncə icra başçıları və dövlət rəsmiləri qarşısında çıxış edən Prezident İlham Əliyev son vaxtlar cəmiyyətdə geniş əks-səda doğuran bir sıra məsələlərə, o cümlədən yerli icra strukturlarının başçıları və məmurlarla vətəndaşlar arasında münasibətlərə geniş yer ayırmışdı. Prezident xüsusilə rayonlarda icra başçılarının vətəndaşlarla münasibətinə toxunmuş, icra başçılarının bəzilərinin öz məsuliyyətini dərk etmədiyini bildirmişdi. Prezident demişdi ki, hər bir icra başçısını təyin edəndə, onu qəbul edəndə deyir ki, onların işi vətəndaşlara xidmət etməkdir. Dövlət başçısı bəzi məmurların vətəndaşları saymadığını, onlara yuxarıdan aşağı baxdığını deməklə bunu yolverilməz adlandırmışdı.

Göründüyü kimi, Prezident İlham Əliyev çıxışlarında İcra başçılarına, dövlət məmurlarına vətəndaşlara xidmət etmələri, problemlərini çözmələri, onları incitməmələri barədə dəfələrlə çağırışlar edib. Ancaq bəzi məmurlar ölkə başçısının bu tapşırıqlarını qulaqardına vururlar. Aparılan müşahidələr onu göstərir ki, bu tip məmurların axırı heç də yaxşı sonluqla bitmir. Nə yazıq ki, Xaləddin İsgəndərov da həmin məmurlar sırasındadır. Yəqin ki, o da vaxtını gözləyir.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Binəqədinin icra başçısı daha bir məmuru işdən çıxardı

    Binəqədinin icra başçısı daha bir məmuru işdən ...

    12-02-2014, 13:27

  • 
  • Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni müavin təyin etdi

    Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni ...

    5-12-2013, 11:37

  • 
  • Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən AZAD EDİLİB?

    Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən ...

    19-03-2018, 15:06

  • 
  • Binəqədinin icra başçısı 1-ci müavinini işdən çıxardı

    Binəqədinin icra başçısı 1-ci müavinini işdən ...

    2-12-2013, 12:54

  • 
  • Binəqədi rayon İcra başçısının həbsinə start verildi

    Binəqədi rayon İcra başçısının həbsinə start ...

    10-02-2016, 14:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu