Binəqədi, İsmayıllı və Beyləqana yeni kadrların icra başçısı göndəriləcəyi gözlənilir
Bü günlərdə prezident İlham Əliyev icra aparatında kadr dəyişiklikləri apardı. Belə ki, bəzi icra başçıları başqa rayonlara göndərildi, eyni zamanda icra strukturunda çalışanlardan bəziləri icra başçısı postuna təyin edildi. Belə ki, Eldar Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Onu bu postda Abşeronun sabiq başçısı Zakir Fərəcov əvəzlədi.
Nəsib Məhəməliyev isə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Onun yerinə
Səbailin sabiq başçısı Asif Əsgərov təyin edildi.
Eldar Əzizov isə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
Prezident Abşeron rayon İcra hakimiyyətinin başçısının təyin edilməsi barədə də sərəncam verdi. Prezidentin sərəncamı ilə Abşeron rayonunun icra başçısının I müavini İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
“Gündəm xəbər”ə daxil olan məlumatlara görə, icra strukturunda islahatlar davam edəcək. Məlumatlı mənbənin bildirdiyinə görə, bu islahatlar zamanı bir sıra icra başçıları öz postlarını itirəcəklər. Daha dəqiqi, onlara yeni vəzifə verməyəcəklər. Çünki bu icra başçıları həm hakimiyyətdəki yüksək vəzifəli məmurlarla konfliktdədirlər, həm də onların bəziləri göstərilən etimadı doğrultmamaqla yanaşı, ciddi siyasi səhvlərə yol verib, eləcə də hakimiyyətin nüfuzuna xələl gətiriblər.
Mənbənin sözlərinə görə, bu sırada adı çəkilən icra başçılarından biri Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısı Xaləddin İsgəndərovdur. Qeyd edək ki, son vaxtla onun haqqında məqalələr böyük rezonans doğurur. Buna səbəb onun qanunsuz fəaliyyəti,rayonda rüşvətxorluğun baş alıb getməsidir. Onu da qeyd edək ki, Binəqədidə hündürmərtəbəli binanın Avropa Oyunları ərəfəsi yanması, icra başçısının bir sıra qara əməllərinin üstünün açılması, onun müxalif mətbuata müsahibə verməsi yuxarı dairələrdə çox mənfi qarşılanıb.
Son vaxtlar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xərac yığması haqqında da yazılar dərc olunur. Bu yazılarda iddia olunur ki, Binəqədi rayonunun icra başçısı
özündən qabaqkı icra başçılarının dövründə satılan torpaqların təftişinə göstəriş verib. Və artıq neçə vaxtdır həmin torpaqlarda məskunlaşan sakinlər və iş adamları üçün ciddi problemlər yaranıb. Torpaqlar öz sahiblərinə yenidən satılır, bununla yanaşı, yeni ev və ya obyekt tikməyə başlayanlardan xərac toplanır.
Bu barədə yuxarı instansiyalara saysız-hesabsız şikayətlər edilsə də, icra başçısı “xərac” yığımından nəinki əl çəkmir, əksinə, getdikcə “xəracların” səviyyəsi artır. Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret “məzənnə” müəyyənləşib. Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb
olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir. Xocəhəsəndə bu qiymətlər 2000-3500 manat, Biləcəridə 3500-4000 manat, Rəsulzadə qəsəbəsində 5000-10000 manat civarındadır.
Xəbəri verən mənbə iddia edir ki, X.İsgəndərovun “xərac” yığanları hər axşam Sumqayıt yolundakı “Neapol” restoranına yığışaraq başçıya hesabat verirlər. Bəzi məlumatlara görə, “Neapol” da X.İsgəndərovundur.
Onu da vurğulayaq ki, icra hakimiyyətinin başçısı postuna Vergilər Nazirliyindən gətirilən X.İsgəndərov vergilər naziri, son
vaxtlar hakim elitanın önəmli simalarından birinə çevrilmiş Fazil Məmmədovun yaxın qohumudur. Binəqədidə “xərac”ların vergilər nazirinin göstərişi ilə yığılması barədə də məlumatlar dolaşır.
Rayon sakinləri hesab edir ki, Binəqədi Xaləddin İsgəndərovun sayəsində “ən rüşvətxor” rayona çevrilib: “Biləcəri-Rəsulzadə qəsəbələri arasındakı ərazilərdə birmərtəbəli ev tikmək üçün 8 min manat, ikimərtəbəli ev tikmək üçün 15 min manat rüşvət tələb edirlər. Adını da qoyub ki, hamısı yuxarı gedir. Əhsən belə dövlətə, belə idarəetməyə!”
Son olaraq iki Qarabağ əlilinin Binəqədidə, polis bölməsinin inzibati binası qarşısında intihara cəhd etmələri də hakimiyyətin yuxarı instansiyasında səbr kasasını doldurub.
Mətbuatda yer alan məlumatlara əsasən bir çox vətəndaşların tikililəri məhkəmə qərarı olmadan dağıdılaraq onlara külli miqdarda ziyan vurulub. Bütün bunlar narazı vətəndaş kütləsinin yaranmasına və böyüməsinə şərait yaradır. Xatırladaq ki, prezident İlham Əliyev çıxışlarında icra başçılarına, dövlət məmurlarına vətəndaşlara xidmət etmələri, problemlərini çözmələri, onları incitməmələri barədə tapşırıq verməsi
haqqında fikirlər səsləndirir. Ancaq bəzi məmurlar ölkə başçısının bu tapşırıqlarını qulaqardına vururlar. Aparılan müşahidələr onu göstərir ki, bu tip məmurların axırı heç də yaxşı sonluqla bitmir. Vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olan Xaləddin İsgəndərov da həmin məmurlar sırasındadır və onun yaxın vaxtlarda vəzifədən uzaqlaşdırılacağı gözlənilir.
Redaksiyamıza daxil olan məlumata görə qohumunun rayonda yaratdığı özbaşınalıq nazirə də başağrısı olub. Məlumata əsasən bu barədə ona xəbərdarlıq edilib.
Vəzifəsindən uzaqlaşdırılması gözlənilən digər şəxs İsmayıllının icra başçısı Mirdamət Sadıqovdur. Qeyd edək ki, o, verdiyi «rüşvət almayacam, eynən Gürcüstan prezidenti Saakaşvili kimi işləyəcəm» vədinə əməl etməyib.
Mənbənin sözlərinə görə, Mirdamət Sadıqov rayona yeni başçı təyin ediləndə əhali ilə görüşlərdə ağız dolusu danışırdı ki, dövlət başçısı onu rayona 40 milyon manatla göndərib və bərk-bərk tapşırıb ki, əhalinin problemlərini həll etsin, rayonda gərçək iş yerləri açsın. Həmən dönəmdə Mirdamət müəllim o qədər yağlı vədlər vermişdi ki, insanlar sevincindən bilmirdilər nə etsin. Sadə insanlar həmin vaxtlar danışırdılar ki, Mirdamət müəllimin Ismayıllıya başçı göndərilməsi Allahın bizlərə rəhmidir. Ancaq görünən budur ki, bu sevinc çox uzun çəkmədi. Çünki Mirdamət müəllimin dedikləri elə günümüzə kimi vəd olaraq da qalmaqdadır.
Əksər vədlərinin arxasından qaçan alim-başçını indi adamlar lağ mənbəyinə çevirib. Çünki görüşlərdə lətifə, şeir, tapmaca deməyi xoşlayan başçı, eyni zamanda görüşlərinin birində belə bir söz işlədib: “Mən rüşvət almayacam, eynən Gürcüstan prezidenti Saakaşvili kimi işləyəcəyəm”. Hazırda Ismayıllıda ona Ismayıllının Saakaşvilisi də deyə söhbətə başlayanlar var. Məsələ burasındadır ki,
rayonda nəinki yeni iş yerləri açıldı, əksinə, rayon üçün ayrılmış böyük məbləğlər havaya sovruldu. Rayonda guya yenidən sökülərək mədəniyyət sarayı tikildi, ancaq bina fərqli formada yeni görkəmdə təmir olundu. Bu bina üçün, aldığımız məlumata görə, 2 milyon manat vəsait silinib, uşaq kitabxanası binanın içi yenidən təmir olundu, binanın çöl tərəfinə üzlük daşı vuruldu 1,5 milyon manat silindi.
Biabırçı layihə rayon icra hakimiyyəti üçün həyata keçirildi. Belə ki, bu binanı keçmiş icra başçısı Nizami Ələkbərov 2012-ci ildə əsaslı təmir elətdirmişdi. Heç suvağı qurumamış Mirdamət Sadıqov
göstəriş verdi ki, bina sökülüb yeni formada tikilməlidir. Indi bu binanın layihəsi ilə görünüşü düz gəlmir. Kənardan baxanda univermağa oxşayır. Binanın şüşələri qara rəngdədir, içəri görünmür, görən onlar içəridə hansı ayıb işi görürlər, yaxud fövqəladə hallar nazirliyi hara baxır? Icra hakimiyyəti üçün 3 milyon manat vəsait silinib..
Bunu alim-başçı da bilməmiş deyil ki, idarə müəssisə rəhbərləri gördükləri işi çox keyfiyyətsiz görürlər. Dəfələrlə bunu sübut edən faktlar ortaya çıxıb ancaq hansı tədbir görülüb. Başçı özü etiraf edir ki, müdirlər onu saymır.
Yerli sakinlər bildiri ki, icra başçısı rayonda Lahıc-Ərəkit-Əhən birliyi yaradıb. Bu birliyi təmsil edənlərin 99%-nin keçmişi isə ləkəlidir. Rayonda elə vəziyyət yaradılıb, dedi-qodu o dərəcədə populyarlaşıb ki, hər bir insan axşam evinə salamat dönəndə Allaha şükür edir ki, şərlənməyib. Bir sözlə, İsmayıllı əhalisi icra başçısından narazıdır və hakimiyyətin bu narazılıq etiraz aksiyalarına çevrilməmiş icra başçısını istefaya göndərəcəyi deylir.
“Vurulacaq” icra başçıları arasında Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev də var. Onun yarıtmaz fəaliyyətinə dair son vaxtla KİV-
də xeyli tənqidi material dərc edilib. Bu yazılardan sonra rayon ictimaiyyətindən mətbuata ünvanlanan məlumatların ardı-arası kəsilmir.
İicra başçısı Vaqif Abdullayevin ətrafında korrupsiya və maxinasiya çetesi formalaşdığı bildirilir. Rayondakı mənbənin bildirdiyinə görə, birbaşa icra başçısının rəhbərlik etdiyi bu dəstəyə Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi Azil Aslanov və Beyləqan Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov daxildir. Onu da bildirək ki, bu üç şəxs bir-biri ilə yaxın qohumdur. Mənbəmiz bildirir ki, Azil Aslanov daha əvvələr Beyləqan Kommunal Təəsərrüfat İdarəsinə rəhbərlik edib və bu idarənin əli ilə, həmçinin onun
və Məhəmməd Həsənovun adına olan MMC-lər vasitəsi ilə yuyulub. Bildirilir ki, Vaqif Abdullayev Beyləqana gəldikdən sonra Azil Aslanovu Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi təyin edib. Beləcə dəstə rayonun mühüm postlarını ələ keçirərək icra başçısının mənəvi və siyasi himayəsi altında talan əməliyyatına start verib. Bu məliyyatların maliyyə maxinasiyalarının qanuniləşdirilməsini isə məhz M.Həsənov həyata keçirir. Məlumatda bildirilir ki, bu qohumların adına bir neçə MMC və kiçik müəsisə qeydiyyatdan keçirilib. Ötən illər ərzində rayonun bir çox sahələri üzrə görülmüş işlər bu MMC-lərə həvalə olunub və M.Həsənovun əli ilə bu pullar mənimsənilib. Mənbəmiz həmin MMC-
lərdən ikisi haqda danışaraq konkret faktlara toxunub. Onun sözlərinə görə maxinasiyaya cəlb olunan şirkətlərdən biri Atamoğlan Məmmədov adlı şəxsin adına qeydiyyatdan keçən “Mirdamət-2008″ MMC-dir: “2013-cü ildə Beyləqan rayon Mədəniyyət və Türizm İdarəsinin təmirini və şəhərin abadlaşdırılması üçün “Mirdamət-2008″ MMC-yə üst-üsta 300 min manatdan çox vəsait ayrılmışdır. Məlumat verən mənbə bildirir ki, rayon Mədəniyyət və Turizm İdarəsi normal şəkildə təmir edilsədə, əsas vəsait rayon abadlaşdırılması adı altında silinib. Bildirir ki, icra başçısının göstərişi ilə “Mirdamət-2008″ MMC şirkətinə ayrılan pul sadəcə hesabdan hesaba köçürülüb və bankdan çıxarılaraq nəqdləşdirilərək məlum dəstə
arasında bölüşdürülüb. Bunun müqabilində isə icra başçısı köçürtmə əməliyyatında iştirak edən şirkətə 16 faiz «əməliyyat haqqı»verib. 2014- cü il üçün isə Beyləqan rayon büdcəsi üçün nəzərdə tutulan vəsaitdən Beyləqan şəhərinin daxilinin abadlaşdırılması, tikintisi və səkilərin yenilənməsi, işıq dirəklərinin dəyişdirilməsi və sair işlər üçün “Mirdamət-2008″ MMC-yə 240 min manat ayrılıb.
Bu vəsaitin də yarıdan çoxu mənimsənilib və ayrılan vəsaitin yalnız 13 faizi “Mirdamət-2008″
MMC-nin gördüyü işlərə yönəlib”. Mənbəmizin haqqında bəhs etdiyi ikinci şirkət isə Mədəniyyət və
Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənova məxsus “Elmir-Murad” MMC-dir: “Bu şirkət kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsaitlər ayıraraq onların böyük qismini mənimsəyirlər. Bu il Mədəniyyət və Turizm Şöbəsinə ayrılan 120 min manat vəsait məhz Məhəmməd Həsənova məxsus “Elmir-Murad” müəsissəsinə verilib. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların “cari təmiri”nə, həmçinin
digər avadanlıqların alınmasına “xərclənib”.
Bizi məlumatlandıran mənbə iddia edir ki, M.Həsənovun gəlirləri yalnız bu maxinasiya ilə yekunlaşmır, o, hər ay Mədəniyyət və Turizm Şöbəsində işləyən işçilərin əmək haqqından 10 manat kəsməklə ayda 3 min manata yaxın qazanc əldə edir: “Bundan başqa musiqi məktəbində işləyən müəllimlərin adına yazılan artıq dərs saatlarının puluna məhz Məhəmməd Həsənov nəzarət edir. Baş mühasib artıq dərs saatlarından ayda 2 min manatdan çox gəlir götürür”.
Beyləqanda bu cür korrupsiya şəbəkəsinin formalaşmasından Prezident Administrasiyasında da xəbərdardılar. Mənbəmizin bidirdiyinə görə, kresosu ilə vidalaşacaq icra başçıları arasında Vaqif Abdullayevin də adı çəkilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?