Son günlər mətbuatda nəqliyyat naziri Ziya Məmmədovun öz postu ilə vidalaşacağı ilə bağlı xəbərlər yer alır. Onun Nazirlər Kabinetinin sonuncu iclasına çağrılmaması söylənilən ehtimalların həqiqətə yaxın olduğunu deməyə əsas verir. Cebhe.info-nun əldə etdiyi məlumat isə artıq bu prosesə start verildiyini göstərir. Əldə etdiyimiz məlumata görə, Bakı Beynəlxalq Avtovağzal kompleksi Z.Məmmədovun qardaşı millət vəkili Elton Məmmədovun kurasiyasından çıxarılıb. Artıq E.Məmmədovun avtovağzala nəzarət funksiyası onun əlindən alınıb. Bundan başqa isə avtovağzalın müdiri və digər rəhbər şəxslər vəzifəsindən azad edilib. Hazırda bu vəzifəni yeni və gənc şəxslər idarə edir. Yeni əməkdaşların general Bəylər Əyyubova yaxın şəxslər olduğu bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?