"YAP namizədliyimi irəli sürdüyü üçün paritiyaya layiq işlər görməyə can atıram".
Milli.Az əməkdaşı ilə söhbətində millət vəkili Cavanşır Paşazadənin dediyinə görə, həmişə YAP-a layiq işlər görüb.
"Bu dönəmdə seçkiqabağı hazırlıq işləri görürük. Seçkiyə hazırlıq işlərinə başlamazdan əvvəl də vətəndaşlarla mütəmadi görüşürdük. İnsanlarla görüş zamanı verdiyimiz sözləri yerinə yetirməyə çalışırıq. Təbii ki, yerinə yetiririk də. Ona görə də xalq YAP-a inanır. Mən inanıram ki, seçkiləri çox demokratik, çox səmimi, xalqla bir yerdə keçirəcəyik. Xalqın inandığı, tanıdığı adamam, buna görə də özümü çox şanslı hiss edirəm", - C.Paşazadə deyib. C.Paşazadə qeyd edib ki, artıq gələn aydan seçicilərlə seçkilərlə bağlı görüşlər keçirəcəyik: "Bu görüşlər proqram əsasında baş tutacaq. Hər bir millət vəkili seçilmək istəyən şəxs çalışmalıdır ki, xalqın inamını qazansın. Namizədliyin verilməsi hələ seçilmək demək deyil".
O bildirib ki, YAP aparıcı partiyadır, gələcəyin partiyasıdır: "Mən özümü çox xoşbəxt hiss edirəm ki, YAP tərəfindən namizədliyim verilib. Seçkilərdə qalib gələcəyimə inanıram".
Sorğu
Yeni dizaynımız necədir?