Tofiq İbrahimov rayon icra nümayəndəsi Azər Paşayevlə ortaqlaşaraq Bulaqotağı və Qəsr kəndlərinin Türyançay ərazisinə düşən 40-50 hektarlıq otlaq yerlərini də zəbt edərk balıq vətəgəsi yaradıblar
Ağdaşda icra hakimiyyətinin başçısı və icra hakimiyyətində yüksək vəzifə tutanlar rayon ərazisini balıq vətəgəsinə döndəriblər. Bunun üçün onlarla hektar torpaq sahəsi zəbt edilərək gölməçələrə çevrilib. Faktı dəqiqləşdirmək üçün aparılan qısa araşdırmadan sonra isə bu rayonda baş verən məmur özbaşınalığının, vəzifədən sui-istifadə edərək əhalinin necə əzildiyinin şahidi olduq.BTV.AZ-ın əldə etdiyi məlumata görə, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov özünün birinci müavini, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovla şərik 55-60 hektar Cücük, Qaradağlı, Malay kəndlərinin otlaq yerlərini zəbt edərək oranı qazdırıb və bütün ərazini süni balıq vətəgəsinə döndərib Bundan başqa Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov rayon icra nümayəndəsi Azər Paşayevlə ortaqlaşaraq Bulaqotağı və Qəsr kəndlərinin Türyançay ərazisinə düşən 40-50 hektarlıq otlaq yerlərini də zəbt edərk balıq vətəgəsi yaradıblar. Hazırda Bulaqotağı kəndinin ərazsisindəki meşə zolağı kəsilərək növbəti vətəgələr üçün hazırlanır.
Sorğu
Yeni dizaynımız necədir?