Bu gün AXCP-nin növbəti qurultayı keçirilir. Aylar öncədən partiya daxilində baş verən qalmaqallar qurultayda öz sözünü deyib. Faktiki olaraq, iki hissəyə parçalanmış qurum qurultayda yetərsayı aldıra bilmir. Partiya rəhbərliyi boş qalan 76 yeri doldurmaq üçün muzdlu insanları qurultaya gətirib.
gundemxeber.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə partiyadan xaric edilən Nərimanov təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu status paylaşıb: "Bu dəqiqlərdə aldığım məlumata görə, AXCP-nin Əli Kərimli qanadı qurultayın yetərsayını aldıra bilmədiyi üçün muzdlu insanlar gətirirlər. Mənbənin verdiyi məlumata görə, yetərsayın düzəlməsi üçün 76 nəfər lazımdır. Kərimli bu anlarda ağır vəziyyətdə və pis durumdadır. Nə yolla olursa olsun, yetərsayı aldırmağa çalışırlar. Gətirilən muzdlu insanlar üçün ödəniləcək maliyyə xərcini Fuad Qəhrəmanlı öz üzərinə götürüb. Əli Kərimli çalışır ki, rəqibləri məsələdən xəbər tutmasınlar". Sabiq şöbə müdiri sonda bildirib ki, gün ərzində qurultayda yaşanan bütün hadisələrlə bağlı məlumat verəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?