“Təşkilatın qurucuları arasında “Gənclər Klubu” təşkilatının, digər qurumların üzvləri çoxluq təşkil edir”
Politoloq Ərəstun Oruclu fevralın 18-də “Media forum” saytına açıqlamasında təsisçilərindən olduğu yeni qurumdan danışıb. O bildirib ki, “Azərbaycan – 2013”, qısaca “A-13” adlandırılan qurumun təşəbbüs qrupuna daxil olan insanların 80 faizi gənclərdir: “Təşkilatın qurucuları arasında “Gənclər Klubu” təşkilatının, digər qurumların üzvləri çoxluq təşkil edir. Bloqçular Ramil Qafarov, Etibar Salmanlı, fotojurnalist Fuad Hacıyev, fəallar Zaur Əkbər, Rövşən Nəsirli, Şahin Hüseynli, Həmid Hüseynli, Hüseyn Məmmədov, Pərvin Quliyev və başqaları “A-13”də toplaşıb”. “A-13”ün böyük bir islahat proqramı var. Həmin proqram üzərində artıq üç aydır işləyirik. Proqramda bütün dövlət strukturlarında islahatlar, siyasi islahatlar, iqtisadi islahatlar, Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşma, Azərbaycanın xarici siyasət strategiyası, təhlükəsizlik prioritetləri, beynəlxalq təhlükəsizlik sistemində və qlobal dünyada Azərbaycanın yeri, ölkənin iqtisadi modeli, hakimiyyət qanadları arasında hansı şəkildə bölgü aparılması, mülkiyyət statusu məsələsinə münasibət əksini tapıb. Proqram təşəbbüs qrupunda ətraflı müzakirə olunub təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq. Yəqin ki, proqramı ən geci iki həftəyə açıqlaya biləcəyik”. Ərəstun Oruclu Gəncədə anadan olub. Sankt-Peterburq Tibb Universitetini bitirib. 1987-ci ildən ictimai-siyasi fəaliyyətdədir. AXCP Ali Məclisinin üzvü olub. 1992-1993-cü illərdə MTN-də qulluq edib. 1996-2011 illərdə Almaniyanın Fridrix Naumann Fondunun Azərbaycan üzrə nümayəndəsi olub. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəridir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?